image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-002da293a93e1423237ca14b0a89a5b8

İmzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir

image-legitimaz-810x90

İmzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir

Azərbaycan ilə Türkiyə arasında mövcud olan münasibətlər sadəcə diplomatik əlaqələr çərçivəsində qiymətləndirilə bilməz. Bu əməkdaşlıq – regionda və beynəlxalq müstəvidə nadir rast gəlinən, dərin tarixi və mənəvi köklərə əsaslanan unikal müttəfiqlik modelidir. Bu modelin əsasını birgə tarix, ortaq etnik mənsubiyyət, eyni dil, mədəniyyət, din, milli dəyərlər və bir-birinə arxa-dayaq olmaq ənənəsi təşkil edir. Bu tarixi bağlar əsrlər boyunca sınaqlardan çıxmış, müxtəlif dövrlərdə xalqlarımız çiyin-çiyinə durmuş, bir-birinin ağrılarını və sevincini paylaşmışdır. Məhz bu amillər Azərbaycan-Türkiyə münasibətlərini adi tərəfdaşlıq çərçivəsindən çıxararaq, sarsılmaz strateji müttəfiqliyə çevirmişdir. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.” Bu sözlər, mövcud münasibətlərin yalnız ikitərəfli formatda deyil, həm də qlobal səviyyədə nümunə olduğunu göstərir. Əməkdaşlığımız regional sabitliyin dayağı, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçısı, sülh və inkişafın aparıcı platformasıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” fikri isə bu ittifaqın qarşılıqlı güc və etimad üzərində qurulduğunu ifadə edir. Bu siyasi əməkdaşlıqdan tutmuş enerji layihələrinə, müdafiə sənayesindən mədəniyyət mübadiləsinə qədər geniş spektrdə öz real təsdiqini tapmış münasibətlər sistemidir. Bu baxımdan, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin birliyini dünyaya bəyan edən geosiyasi manifestdir. Bu bəyannamə göstərdi ki, iki qardaş ölkə bundan sonra təkcə keçmişin mirasını bölüşmür, həm də ortaq gələcəyi birlikdə qurmaq əzmindədir. Burada təsbit edilən müddəalar əməkdaşlığımızı hüquqi zəminə oturtmaqla yanaşı, onun gələcəkdə sistemli və məqsədyönlü şəkildə inkişafına xidmət edir.

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi qətiyyətli siyasi və mənəvi dəstək, qardaşlıq və strateji tərəfdaşlığımızın əsl mahiyyətini bir daha ortaya qoydu. Prezident Ərdoğanın 2021-ci il 15 iyun tarixində Şuşaya rəsmi səfəri və bu səfər çərçivəsində imzalanmış Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil, bütövlükdə regionun gələcək təhlükəsizlik arxitekturası üçün fundamental strateji hadisədir. Bu Bəyannamə, xüsusilə də bölgədə sülh prosesini ləngitməyə çalışan, revanşist niyyətlər güdən qüvvələrə və onların xaricdəki havadarlarına verilmiş aydın və qəti siyasi mesaj idi. Ermənistanda revanşizmin yenidən gücləndiyi, bəzi dairələrin Qars müqaviləsinin ləğvi ilə bağlı əsassız və təhlükəli ritorikaları səsləndirdiyi bir vaxtda imzalanan bu sənəd, həm tarixi yaddaşı, həm də beynəlxalq hüququ əsas tutaraq bölgədə sabitliyin və əməkdaşlığın alternativsiz yol olduğunu bir daha təsdiqlədi. Məhz bu kontekstdə, Prezident cənab İlham Əliyev də vurğuladı: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Reallıq ondan ibarətdir ki, Qars müqaviləsini hədəfə alan bütün çağırışlar və iddialar regionda yeni qarşıdurmalar yaratmağa yönəlmiş, beynəlxalq hüquqla ziddiyyət təşkil edən destruktiv cəhdlərdir. Şuşa Bəyannaməsi bu baxımdan həm hüquqi, həm siyasi, həm də geosiyasi cavabdır. Bu sənəd Azərbaycan və Türkiyənin yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün strateji koordinasiyasını təmin edən platformadır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki