image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bf11f68595c5389

İkinci Qarabağ müharibəsi BMT-nin Nizamnaməsi əsasında aparıldı

image-legitimaz-810x90

İkinci Qarabağ müharibəsi BMT-nin Nizamnaməsi əsasında aparıldı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi −1995-ci ilin yanvarından ATƏT — Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində – BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz Suverenliyimiz tam bərpa etdik. Nəticə olaraq Azərbaycan təkcə beynəlxalq hüquq normalarına riayət etməsi (yəni BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadın legitimliyi) baxımından deyil, tarixi ədalətli müharibə prinsiplərinə əməl etməsi baxımından da haqlı hesab oluna bilər. Ən böyük haqq və ədalət isə torpaqlarımızın işğaldan azad olunmasıdır. Belə ki, 9 noyabr 2020 tarixində tarixi ədalət bərpa olunaraq Azərbaycanın 7 rayonu və Şuşa şəhərinin işğaldan azad edildiyini rəsmiləşdirən üçtərəfli (Azərbaycan- Rusiya-Ermənistan) atəşkəs sazişi imzalandı. Rus sülhməramlılarının nəzarəti altında və faktiki olaraq erməni idarəçiliyinin hökm sürdüyü ərazilərdə Azərbaycan bayrağının qaldırılacağı və bölgədə əbədi sülhün təmin olunacağı gün isə əsl bayram olacaqdır. Həmin gün haqq və ədalətin hər zaman sonda qalib olduğu inancını hər kəs səmimi qəlbdən qəbul edəcəkdir.

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhaı kənd tam orta ümumtəhsil məktəbin müəllimi Səriyyə Muradova.

 

 

Dost ölkələr , strateji tərəfdaşlar

Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur.

Azərbaycan-Macarıstan münasibətləri son illərdə qarşılıqlı əməkdaşlıq əsasında inkişaf edərək, yüksələn bir xətt üzrə irəliləyir. Bu münasibətlərin yaxşılaşdırılması hər iki ölkənin milli maraqlarına uyğun gəlir. Macarıstan hər zaman Azərbaycanın haqq-ədalət mübarizəsini dəstəkləyib və bu mübarizədə ölkəmizə öz dəstəyini göstərib. Hazırda Macarıstan Avropa İttifaqı   çərçivəsində güclü mövqeyə sahib olan bir dövlətdir və bu dövlətin inkişafı, qonşu ölkələrlə əlaqələrinin möhkəmliyi və sağlam diplomatik münasibətləri nəticəsində iqtisadi inkişafına zəmin yaratmışdır.

Azərbaycanla Macarıstan arasında kənd təsərrüfatı, iqtisadiyyat, mədəniyyət, turizm və digər sahələrdə imzalanan sənədlər, ikitərəfli əməkdaşlığı daha da gücləndirir

Azərbaycan və Macarıstan strateji münasibətlərə malik ölkələrdir. Nəzərə alsaq ki, Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verib, eyni zamanda fərqli platformalarda əməkdaşlıq nümayiş etdirib və qarşılıqlı dəstək göstəriblər, bunlar təbii ki, ölkələr arasında bir tərəfdən strateji əməkdaşlığın mövcud olduğunu, enerji tərəfdaşlığının inkişaf etdirildiyini göstərir. Digər tərəfdən iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları da kifayət qədər yüksəkdir. Çünki həm turizm, həm də investisiya cəlbi sahələrində ölkələrin əməkdaşlıq potensialı yüksək qiymətləndirilir. Gözlənilir ki, ümumilikdə mövcud əməkdaşlıq platforması çərçivəsində Prezident İlham Əliyevin səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verəcək. Bu baxımdan bu səfər Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin və bütövlükdə strateji münasibətlərin dərinləşməsi baxımından yeni bir mərhələ olacaq. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur. Ölkə başçımızın bütün xarici səfərlərində respublikamızın mövqeyi birbaşa xarici tərəfdaşlara çatdırılmışdır. Bu, artıq bir reallıqdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi həm daxili, həm də xarici siyasət ölkəmizə beynəlxalq aləmdə böyük rəğbət qazandırmışdır və rəsmi Bakını regionun fəal aktoruna çevirmişdir. Dövlət rəhbərimizin uğurlu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada iqtisadi və texnoloji baxımdan inkişaf edən, öz ölkəsində islahatlar keçirən bir ölkə kimi tanınır. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin son xarici səfərləri Azərbaycanın hərtərəfli inkişafına daha böyük təsir göstərməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin intensiv inkişafına da güclü impuls verəcəkdir.                                                      

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı Əliyeva Leyla


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki