image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1726644260

 “İkili standartlar” siyasəti

image-legitimaz-810x90

 “İkili standartlar” siyasəti

Ölkəmizə qarşı münasibətdə ikili standartlar siyasəti Prezident cənab İlham Əliyev tərəfindən haqlı olaraq tənqid edilmişdir. Dövlətimizin başçısı diqqəti ona yönəltmişdir ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparılır və bu kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir. İkili standartlar siyasəti ictimai rəy vasitəsilə rəqiblərinə təsir göstərmək vasitəsi və öz hərəkətlərinə haqq qazandırmaq üsulu kimi istifadə edilir. İkili standartlarda ittiham etmək də geniş yayılmışdır və tənqidləri dəf etmək üçün çox vaxt ona əl atırlar. Beynəlxalq münasibətlərdə ikili standartlar siyasəti, adətən özlərinin və ya müttəfiqlərinin oxşar hərəkətlərinə haqq qazandırmaq üçün prinsiplərin, konvensiyaların və öhdəliklərin pozulmasında, “ümumbəşəri dəyərlərin tapdalanması”nda, “insan hüquqlarının pozulması”nda, “beynəlxalq hüquq normalarından geri çəkilmək”də xoşa gəlməyənlərin ittiham edilməsi formasındadır. Onu da qeyd etmək lazımdır ki, başqa ölkələrin işlərinə qarışmaq cəhdləri bəzən rəsmi dairələrin qeyd etdikləri kimi ayrı-ayrı ictimai qurumların, fondların və lobbiçilik təşkilatlarının könüllü fəaliyyətləri kimi başa düşülməməlidir. Bütün bunlar varsa da, onlar Qərb dövlət başçılarının mövqeyini reallaşdırırlar.

Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dünyaya açıq bir ölkə olmaqla, xarici əlaqələrin qurulmasında çox maraqlıdır.
Cənab Prezidentimizin bu sahədə də siyasəti yalnız qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl olunması, ikili standartlara yol verilməməsi üzərində qurulmuşdur. Bu baxımdan Prezident cənab İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşərdi: “Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”.
“Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki