image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20250703-wa0030

İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

image-legitimaz-810x90

İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

Azərbaycan təkcə Cənubi Qafqazda deyil, o cümlədən Avrasiya məkanında mövqeyini möhkəmləndirir, beynəlxalq arenada yüksək imicə sahibdir. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə əməkdaşlığı ölkələrimizin və xalqlarımızın, eləcə də türk dünyasının inkişafında önəmli rol oynayır və müasir qlobal çağırışlar zəminində yüksələn xətlə inkişaf edir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə olmaqla yanaşı, dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə öz töhfəsini verir. Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü keçirilib. Eyni kökə malik, ortaq tarixi, dini və mədəniyyəti bölüşən hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatan ənənəvi dostluq və qardaşlıq əlaqələri iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib. Ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Mərkəzi Asiyadan Xəzər dənizinə, daha sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına gedən nəqliyyat marşrutları xüsusi aktuallıq kəsb edir. Həyata keçirilən layihələr, tədbirlər nəticəsində əməkdaşlığın yeni sahələri müəyyən edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində imzalanan sənədlər gələcək əməkdaşlıqda yeni yollar açıb və uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasının olması əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Daşkənddə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq sənədlərinin imzalanması dövlətlərarası münasibətlərin inkişafında, iqtisadi münasibətlərdə, investisiya, ticarət imkanlarının genişlənməsində mühüm əhəmiyyət kəsb etmiş oldu. Tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan-Özbəkistan münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bərqərar olan sabitliyin və davamlı inkişafın təmin edilməsində də mühüm rol oynayır. İki ölkə arasında bu vaxtadək imzalanmış çoxsaylı sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki