image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-mdb-oyunlari-gence

III MDB Oyunları

image-legitimaz-810x90

III MDB Oyunları

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, qlobal miqyasda yeni çağırışlar formalaşır. Bu proseslər fonunda regional əməkdaşlıq formatlarının rolu daha da artır, xüsusilə Müstəqil Dövlətlər Birliyi kimi çoxtərəfli platformalar sabitlik, qarşılıqlı etimad və birgə tərəqqinin təminində mühüm vasitəyə çevrilir. Müstəqil Dövlətlər Birliyinin fəaliyyəti bu gün təkcə tarixi əlaqələrin qorunması ilə məhdudlaşmır, həm də üzv dövlətlərin ortaq məqsədlər naminə bir araya gəldiyi effektiv əməkdaşlıq müstəvisini formalaşdırır.

Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığın əsasını bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və milli maraqların uzlaşdırılması prinsipləri təşkil edir. Bu prinsiplər təşkilatın davamlılığını təmin etməklə yanaşı, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə də xidmət edir. Birlik çərçivəsində qəbul edilən qərarlar, həyata keçirilən humanitar və iqtisadi layihələr iştirakçı dövlətlərin sosial-iqtisadi inkişafına real töhfələr verir. Müstəqil Dövlətlər Birliyinin çoxşaxəli fəaliyyəti həm iqtisadi, təhlükəsizlik məsələləri, həm də elm, təhsil, mədəniyyət və idman kimi sahələri əhatə edir, bu da təşkilatın inteqrasiya potensialını artırır. Son illər Müstəqil Dövlətlər Birliyi məkanında yeni əməkdaşlıq istiqamətləri formalaşmaqdadır. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, ərzaq sabitliyi və ekoloji siyasət kimi məsələlər üzv ölkələrin qarşılıqlı maraqlarını birləşdirən əsas mövzulara çevrilib. Bu istiqamətlərdə ortaq səylərin gücləndirilməsi regionda dayanıqlı sabitlik və sosial rifahın təminatına xidmət edir. Müstəqil Dövlətlər Birliyinin humanitar sahədəki fəaliyyəti həm xalqlar arasında mənəvi yaxınlığı gücləndirir, həm də regionda qarşılıqlı etimad mühitinin dərinləşməsinə xidmət edir. Bu istiqamətdə Azərbaycanın təşəbbüsü ilə keçirilən III Müstəqil Dövlətlər Birliyi Oyunları da mühüm hadisə kimi tarixə düşüb. Qədim Gəncə şəhərində, eləcə də ölkənin bir neçə şəhərində təşkil olunan bu yarışlar 13 ölkədən 1600-dən çox idmançını bir araya gətirdi. Belə tədbirlər təkcə idman yarışları deyil, həm də dostluğun, həmrəyliyin və birgə dəyərlərin təntənəsidir. Beləliklə, Müstəqil Dövlətlər Birliyinin çoxşaxəli fəaliyyəti bu gün inteqrasiyadan daha çox həmrəyliyə, ortaq dəyərlərin qorunmasına və dayanıqlı gələcəyin formalaşdırılmasına yönəlib. Həmrəyliyin, etimadın və birgə rifahın möhkəmlənməsi birliyin gələcək uğurlarının əsasını təşkil edir.

Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki