İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti.
“Daşnaksutyun” partiyası bütün erməniləri Qriqoryan dini ətrafında birləşdirdi. Bu partiyanın əsas qayəsi daha çox türk xalqlarına qarşı terror, genosid törətməklə Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaq, guya ermənilərin “haqq işini müdafiə etmək” olmuşdur.
Əsas təşkilati prinsip kimi yerli komitələrin muxtariyyəti ütünlük təşkil edirdi. Qafqazın dincliyi bu partiya yaranandan sonra pozuldu. “Daşnaksutyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır Daşnaksütyun partiyası Zaqafqaziyada milli münaqişəni qızışdırırdı. r.XX əsrdə ermənilərin türk xalqlarına qarşı törətdikləri soyqırım cinayətləri üzə çıxdıqca bu toplumun terrorçu xisləti bir daha özünü göstərir. Daşnaklar mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə XX əsr ərzində 4 mərhələ üzrə -1905-1906-cı , 1918-1920-ci, 1948-1953-cü , 1988-1993-cü illərdə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və uşaqlara, qadınlara, qocalara qarşı xüsusi amansızlıq etməklə soyqırımları həyata keçirmişlər.
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. 2020-ci ilin sentyabrında başlayan 2-ci Qarabağ müharibəsində şanlı Azərbaycan ordusunun döyüş meydanındakı həmlələrinə cavab verməkdə acizlik çəkən ermənilər müharibə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər şəhərlərini hədəfə alırdılar. 1918-ci ildən fərqli olaraq 2020-ci ildə Kütləvi informasiya vasitələrinin imkanları sayəsində erməni xislətinin həqiqi simasını dünya ictimaiyyətinə çatdıraraq əsl soyqırımın kimə törədildiyini göstərmək mümkün olmuşdur. Dünyanın ali qurumları ədalətsizliyə sussa da, Azərbaycan öz haqqını döyüş meydanında aldı. Yenilməz Sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və 24 saatlıq antiterror tədbirlərində əldə etdiyi Zəfərlə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların da qısasını aldı.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc