İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk.
Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir”. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər. Dekabrın 24-dən 30-dək Taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birincilikləri, böyüklər arasında Azərbaycan çempionatı başa çatdı. Dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı bu uğurların davamlı olmasını təmin edən əsas amillərdəndir. Müasir idman infrastrukturu, yüksək səviyyəli hazırlıq şəraiti və idmançıların sosial müdafiəsi onların beynəlxalq arenalarda daha inamla çıxış etməsinə imkan yaradır. Bu dəstək idmançıların məsuliyyət hissini daha da artırır və onları yeni nailiyyətlərə ruhlandırır.
Dekabrın 24-dən 30-dək Taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birincilikləri, böyüklər arasında Azərbaycan çempionatı başa çatdı. Bu yarışda doğma kəndimiz Yarməmmədbağı kənd sakini Səmərrux Osmanova birincilik əldə etdi və qizil medala sahib oldu.Bu biriclik bütün kənd əhalisinin qürur hissi idi.Bayrağımızı yüksəklərə qaldıran bütün idman iştirakçılarina minnətdarlığımızı bildiririk.
Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal – Araz Allahverdiyev

















