image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1-gencler-siyasetinin-tentenesi

İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk

image-legitimaz-810x90

İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk

Beynəlxalq idman yarışlarında Azərbaycan Dövlət Bayrağının ucaldılması hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu anlar təkcə idman uğurunun təzahürü deyil, eyni zamanda dövlətimizin gücünün, xalqımızın iradəsinin və milli birliyimizin simvoludur. İdmançılarımızın qazandığı hər bir qələbə Azərbaycan adının dünya arenasında uca tutulmasına xidmət edir və cəmiyyətimizdə milli qürur hissini daha da möhkəmləndirir.
Son beş il ərzində Azərbaycanın Dövlət Bayrağı beynəlxalq arenalarda qalib ölkənin bayrağı kimi dalğalanır. Bu dövr ölkəmizin tarixində xüsusi yer tutur. Əldə edilən şanlı Zəfər Azərbaycanın dünyadakı mövqeyini köklü şəkildə dəyişmiş, xalqımızın özünəinamını daha da artırmışdır. Bu yeni reallıq idman sahəsində də aydın şəkildə hiss olunur. Beynəlxalq yarışlara qatılan idmançılarımız ölkəmizə və xalqımıza olan yüksək hörməti, rəğbəti və diqqəti açıq şəkildə duyurlar.

İdmançılarımız yarış meydanlarına çıxarkən artıq yalnız şəxsi və ya komandalarının uğuru üçün deyil, müzəffər xalqın nümayəndələri kimi mübarizə aparırlar. Bu amil onların çıxışlarına əlavə ruh, inam və məsuliyyət gətirir. Qalib xalqın təmsilçisi olmaq idmançılardan həm yüksək peşəkarlıq, həm də mənəvi möhkəmlik tələb edir. Məhz bu məsuliyyət hissi onların hazırlıq prosesində və yarışlardakı çıxışlarında özünü göstərir.

Beş il əvvəl əldə edilmiş tarixi Qələbə idmançılarımız üçün təkcə qürur mənbəyi deyil, eyni zamanda böyük öhdəlikdir. Bu Qələbə Azərbaycan idmançılarının üzərinə ölkəni hər zaman layiqincə təmsil etmək, Dövlət Bayrağını ucalarda saxlamaq kimi şərəfli vəzifə qoyur. Onlar bilirlər ki, hər bir çıxışları, hər bir nəticələri milyonlarla insanın qürur və sevincinə, eyni zamanda beynəlxalq aləmdə ölkəmizin imicinə təsir göstərir.
Dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı bu uğurların davamlı olmasını təmin edən əsas amillərdəndir. Müasir idman infrastrukturu, yüksək səviyyəli hazırlıq şəraiti və idmançıların sosial müdafiəsi onların beynəlxalq arenalarda daha inamla çıxış etməsinə imkan yaradır. Bu dəstək idmançıların məsuliyyət hissini daha da artırır və onları yeni nailiyyətlərə ruhlandırır.

İdman arenalarında əldə olunan qələbələr gənc nəsil üçün də mühüm nümunə rolunu oynayır. Gənclər idmançılarımızın timsalında Vətənə sədaqəti, əzmkarlığı və zəhmətkeşliyi görür, onlardan ilham alırlar. Bu isə idmanın yalnız yarış nəticələri ilə deyil, həm də milli ruhun formalaşmasında mühüm vasitə olduğunu bir daha təsdiqləyir.

İdmançılarımızın beynəlxalq yarışlarda Dövlət Bayrağını qaldırması Azərbaycan xalqının qürur duyduğu ən parlaq məqamlardandır. Son illərin tarixi Qələbəsi bu qüruru daha da dərinləşdirib, eyni zamanda idmançılarımızın məsuliyyətini artırıb. Onlar bu gün müzəffər xalqın layiqli nümayəndələri kimi dünya arenalarında çıxış edir və Azərbaycanı hər zaman qalib ölkə kimi tanıdırlar.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki