image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1767018395-1762940018_07j6iefuxyhf5zmjdof14yguyon1zhpouresoltv_825_1762939027

İcra başçısının işdən çıxarılmasının səbəbi bilindi

image-legitimaz-810x90

Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.

Xeberaz.info-nun əldə etdiyi məlumata görə, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.

Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.

Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki