image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1758183409437

İcra başçısı Taleh Qaraşov Viravul kəndinin sakinlərinin qayğı və problemlərini dinləyib-FOTOLAR

image-legitimaz-810x90

Taleh Qaraşov Viravul kəndinin sakinlərinin qayğı və problemlərini dinləyib

Sentyabrın 17-də razılaşdırılmış qrafikə uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti görüş-qəbulunu Viravul kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

Xeberaz.info xəbər verir ki, səyyar görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak edib.
Ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verən icra başçısı bildirilib ki, şəhər İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan ədalətli və obyektiv qaldırılan bütün məsələlər həll edilib, digər məsələlər barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb, vətəndaşlara bununla bağlı müvafiq məlumatlar verilib. Taleh Qaraşov qeyd edib ki, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şəraitin yaradılması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması cənab Prezident İlham Əliyevin dövlət məmurları qarşısında qoyduğu əsas tələb və prinsiplərdəndir.
Viravul kəndinin sakinləri səyyar görüşdə sərbəst, maneəsiz fikir və istəklərini, şəxsi problemlərini icra başçısına çatdırıblar, qaldırdıqları məsələlərin həlli istiqamətində nəticəyə yönəlik tapşırıq və göstərişlərin verilməsindən məmnun qalıblar.
Yerli sakinlər məmur-vətəndaş münasibətlərindəki qarşılıqlı etimad mühitinin daha da möhkəmlənib inkişaf etdiyi üçün cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

image-fb_img_1758183409437 image-fb_img_1758183411883 image-fb_img_1758183414276 image-fb_img_1758183417088 image-fb_img_1758183420041 image-fb_img_1758183422375


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki