GİRİŞ – SSRİ-nin dağılması ilə Azərbaycan Sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasında (bundan sonra “AR” olaraq adlandırılacaq) olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. SSRİ dövründə mövcud olan dövlət əmlakı hüquqi baxımdan xalq mülkiyyəti hesab olunurdu. 1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi Ədalətin təmin olunması üçün Qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırılmışdır və Özəlləşdirmə haqqında Qanunun özündə özəlləşdirmə paylarının dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edilmişdir.
Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq məhdudlaşdırılması və ya ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir.
Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz.
Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı qanuni gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.
I Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir
- 07.01.1993-cü il tarixli 445 saylı “Azərbaycan Respublikasıında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunu (bundan sonra “I Özəlləşdirmə Qanunu” adlandırılacaq) “Dövlət özəlləşdirmə Proqramı” adlanan 10-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Özəlləşdirmənin Dövlət Proqramı hər il noyabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisin – qanunverici orqanın) təsdiqinə verilir. Azərbaycan Respublikasının Ali Soveti özəlləşdirmənin Dövlət Proqramını dekabrın 20-dən gec olmayaraq təsdiq edir. Dövlət Proqramında dəyişikliklər Azərbaycan Respublikası Ali Sovetinin razılığı ilə edilə bilər” (https://e-qanun.az/framework/8062).
- I Özəlləşdirmə Qanununun 10-cu maddəsində deyilir ki, “Özəlləşdiriləcək müəssisələrin, obyektlərin (əmlakı) siyahısı, özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları ancaq qanunverici orqan tərəfindən Qanunla qəbul olunacaq Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilə bilər”.
- Həmin Qanununun “Özəlləşdirmə payı” adlı 18-ci maddəsinin 1-ci bəndində deyilir ki, “Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.
Bu bənd ilə Qanunla Dövlət Özəlləşdirmə Payının (bundan sonra DÖP) əvəzsiz verilən mülkiyyət hüququ olduğunu təsdiqlədi və dövlət vətəndaşın mülkiyyət hüququnu tanıdı.
Həmin 18-ci maddədən aydın olur ki, Özəlləşdirmə payının məbləği özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisəsi və obyektlərinin dəyərinə əsasən müəyyənləşdirilir və verilməsi mexanizmi – bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanır və yalnız hesabdan-hesaba keçirilir. Özəlləşdirmə payı vərəsilik hüququ əsasında keçdikdə də ancaq təyinatlı məqsədlə istifadə olunur. Bununla da dövlət vətəndaşların hüquqların icra mexanizmini müəyyənləşdirdi. Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.
- I Özəlləşdirmə Qanununun “İnvestisya fondu” adlı 19-cu maddəsində deyilir ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır. Bu məqsədlə respublikada xüsusi (şəxsi) investisiya fondları da yaradıla bilər”.
Göründüyü kimi, Dövlət Qanunda bu normanı (mexanizmi) qəbul etməklə qanuni gözlənti formalaşdırmışdır. Dövlət vətəndaşlara öhdəlik kimi zəmanət verdi və alternativ olaraq imperativ norma kimi qəbul etdi ki, “dövlət investisiya fondları yaradılacaq”. Bununla Dövlət hər bir vətəndaşın ixtisaslaşdırılmış investisiya fonduları vasitəsi ilə özəlləşdirmə paylarını əldə edə biləcəklərinə 100% Dövlət zəmanəti verir.
II Çeklər qiymətli kağız kimi mülkiyyət hüququ yaradır
- Qeyd edək ki, 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq edildi (bundan sonra “Qanunla qəbul edilmiş Dövlət Proqramı” adlanacaq). Qanunla qəbul edilmiş həmin Dövlət Proqramının GİRİŞ hissəsində yazılır ki, Dövlət Proqramına hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikası Milli Məclisi tərəfindən edilir (https://e-qanun.az/version/8967).
- Qanunla qəbul edilmiş Dövlət Proqramının” “DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYI” adlı 3-cü hissəsinin 2-ci bəndində (abzasında) yazılır ki, “Özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.
Bu qanundan da göründüyü kimi, Dövlət bu norma ilə 1993-cü il tarixli 445 saylı Qanununda olduğu kimi DÖP-nin əvəzsiz verilən mülkiyyət hüququ olduğunu bir daha təsdiqlədi və vətəndaşın mülkiyyət hüququnu tanıdı.
- Onu da qeyd edək ki, 2000-ci ilin sentyabrın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) “Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi” adlı 14-cü maddəsinin 2.2-ci bəndinə uyğun olaraq təsdiqlədiyi əsaslarla – birbaşa sürətdə dövlətin qəbul etdiyi hüquqi aktlar əsasında əldə edib.
Dövlət Özəlləşdirmə Payı “sosial güzəşt” deyil, qanunla yaranmış mülkiyyət hüququdur, dövlət borcudur.
MADDİ FORMA HÜQUQUN HÜQUQİ MAHİYYƏTİNƏ TƏSİR ETMİR.
- Özəlləşdirmə paylarının çeklərə çevrilməsi hüququ ləğv etməmişdir. Bu, yalnız onu sənəd formasında maliyyə alətinə çevirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dəfələrlə qeyd etmişdir ki, milli hüquq mülkiyyət hüququnu tanıyırsa, forma mahiyyəti aradan qaldıra bilməz (Stretch Birləşmiş Krallığa qarşı).
- Adsız qiymətli kağızlar universal olaraq mülkiyyət kimi tanınır. Hüququn sənəd forması onun hüquqi statusuna təsir etmir.
Bu fakt aşağıdakı hüquqi nəticəni yaradır:
Bu paylar sadəcə iqtisadi alət deyil, birbaşa mülkiyyət hüququnun obyektidir.
Həmin hüququn əsas xüsusiyyətləri:
- Dövlət tərəfindən verilmişdir
- Hüquqi sənədlərlə təsdiq edilmişdir
- Qiymətli kağız formasında rəsmiləşdirilmişdir
- İrsən keçə bilirdi
- Satıla bilirdi
- Girov qoyula bilirdi
Mülkiyyət hüququ aşağıdakı elementlərdən ibarətdir:
- Sahiblik
- İstifadə
- Sərəncam
Özəlləşdirmə çekləri bu üç elementi tam təmin etmişdir. Bu səbəbdən bu hüquq Konstitusiya ilə qorunan mülkiyyət hüququdur.
III Çeklərin inflyasiyadan qorunan maddi dəyəri qanunla təsbit olunub
- “DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYI” adlı 3-cü hissəsində yazılır:
- Özəlləşdirmə payı – respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər.
- Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə), nağd qiymətli kağız formasında olan 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir.
Burada Dövlət Qanunla mülkiyyət hüququnun reallaşdırılması aləti kimi əvvəlki 445 saylı Qanunda olan pul formasında icrasından imtina edir və əvəzində qiymətli kağız formasını – Dövlət Özəlləşdirmə Çeklərini tətbiq edir və eyni zamanda hər bir vətəndaşa verilən çeklərin eyni dəyərə malik olduğu göstərilərək – bərabərlik hüququ tanıyır.
- Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır.
- Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir: çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir.
Burada Dövlət özəlləşdirmə payını təsdiq edən hər bir çekin maddi ekvivalent dəyərinin inflyasiyadan qorunan qiymətli kağız forması olduğu elan edildi.
- Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən Dövlət Əmlak Komitəsinin (DƏK, indiki adı ilə Əmlak Məsələləri Dövlət Xidməti) yerli qurumları ilə birlikdə tərtib edilir. Özəlləşdirmə paylarının (çeklərinin) verilməsi mexanizmi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir.
Buradan aydın olur ki, Dövlət Qanunla təsdiq olunmuş Özəlləşdirmə paylarının (çeklərinin) (bundan sonra DÖP/Ç) verilməsi mexanizmi (paylanması) Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir.
Məhz “Qanunla qəbul edilmiş Dövlət Proqramı”nın icrasını təmin etmək üçün “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” AR Prezidentinin 25.03.1996-cı ilə tarixli 450 nömrəli Fərmanı qəbul edildi və həmin Fərman ilə AR-da dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə təsdiq edildi (https://e-qanun.az/framework/33673). Bu gün də qüvvədə olan həmin Əsasnamənin 1-ci hissəsinin 5-ci bəndində yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”. Yəni həmin Əsasnamə, bütün özəlləşdirmə dövründə çeklərin ödəmə-tədavül vasitəsi kimi istifadəsindən – qəbulundan imtina etməyin qəti qadağan olduğunu qəbul edib.
Xüsusi QEYD: 7 mart 1995-ci ildə Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident Sarayında (baxın – https://lib.aliyevheritage.org/az/4962292.html) çıxışının YEKUN hissəsində xüsusi qeyd etmişdir ki, özəlləşdirmənin pul və ya qiymətli kağız (vauçer) formasında həyata kecirilməsindən aslı olmayaraq, hətta 15-20 il keçsə də, hər bir vətəndaş öz miras əmlak payını almalıdır. Ulu Öndər Heydər Əliyevi ən cox narahat edən sua “Bəs, bu, necə olacaq?” məsələsi idi.
- Özəlləşdirmə çeklərinin verilməsi mülkiyyət hüququnun dəyişdirilməsi və ya Dövlət Özəlləşdirmə Payının ləğvi deyil – qanunun həyata keçirilməsinin mexaniki formasının dəyişdirilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün yeni sənədin qəbul edilməsidir.
Qeyd etməliyik ki, həmin 450 nömrəli Fərmanla imzalanan Əsasnamənin hazırlanmasına SƏBƏB olan “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 07.01.1993-cü il tarixli 445 nömrəli Qanunun DÖP-ları adlanan 18-ci maddəsinin 8-ci bəndində deyilir ki, “Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir”.
Göründüyü kimi, həmin Əsasnamənin 5-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”.
Burada DÖP/Ç-lərin bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi kimi istifadəsinin hüquqi əsasının əmələ gəlmə səbəbi bu hüquqi tarazlığı yaradan 1993-cü ildə qəbul olunmuş 445 nömrəli Qanunun 19.1-ci maddəsidir.
Belə ki, həmin Qanunun 19.1-ci maddəsində deyilir ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır”.
Bu isə o mənaya gəlir ki, Dövlət tərəfindən investisiya fondu yaradılana qədər Özəlləşdirmə Paylarının banklarda pul və ya Dövlət Qiymətli Kağızı olan DÖP/Ç-lər formasında verilməsi qaydasından asılı olmayaraq, onların bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi olması birbaşa qanunla tənzimlənib.
- 29.09.1995-ci il tarixli 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramı ilə özəlləşdirmə payının pul hesabı formasından imtina edilir; əvəzində adsız səndəli qiymətli kağız olduğu qəbul olunur, bununla da özəlləşdirmə çeki tətbiq olunur; hər çek, dövlət mülkiyyəti ilə təmin edilir; DÖP/Ç-lər verildiyi an eyni dəyərə malikdir, bərabər hesab olunur, nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olduğu göstərilirir.
- Özəlləşdirmə payları və çekləri qanunla verilib və bunu Mülki Məcəllə də təsdiq edir:
- AR Mülki Məcəlləsində (bundan sonra AR MM) Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi haqqqında 14-cü maddəyə əsasən: 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları.
- Maddə 183. “Mülkiyyətin qiymətli kağızlar vasitəsi ilə verilməsi – Mülkiyyətin əldə edənə keçməsi üçün əşyanın verilməsi əvəzinə qiymətli kağız verilməsi məcburidirsə, özgəninkiləşdirənin qiymətli kağızı əldə edənə verdiyi andan mülkiyyət əldə edənə keçmiş sayılır”.
- Maddə 1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.
Bununla da Dövlət qanunla DÖP/Ç ilə vətəndaşların ikinci mülkiyyət hüququnu tanıyır və qiymətli kağız kimi bu hüquq AR MM-in 1078-4.1-ci maddəsi ilə tənzimləyir.
Göründüyü kimi, AR MM-in 14.2.2-cü, 183-cü və 1078-4-cü maddələrinə əsasən, özəlləşdirmə çekləri mülkiyyət hüququ yaradan qiymətli kağızlardır.
- AR MM Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
- Onu da qeyd edək ki, Qanunla qəbul edilmiş Dövlət Proqramında dövriyyədə olan DÖP/Ç-lərin tədavül vasitəsi kimi (alqı-satqı, bankda girov qoymaq və s.) istifadəsi 3 il müəyyən edildi – lakin qanunlarda heç vaxt dövriyyədə olduğu müddətdə ödəmə-tədiyyə vasitəsi kimi istifadəsinə müddət qoyulmadı.
- Məhz çekin üstündə də yazılır ki, “BU ÖZƏLLƏŞDİRMƏ ÇEKİ AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜLKİYYƏTİ İLƏ TƏMİN EDİLİR”.
Bu çeklərin üzərində müddət yazılmayıb. Özəlləşdirmə payları-çekləri adsız qiymətli kağız sayılır və mülkiyyət hüququ sənəd sahibindədir.
Bu, o deməkdir ki, dövlət bu çeklərin arxasında maddi öhdəlik götürüb. DÖP və DÖÇ sadəcə normativ vəd, təkcə gələcək ümid deyil, qanunvericilikdə tanınmış, fərdiləşdirilmiş və iqtisadi dəyərə malik hüquqlardır və mülkiyyətlə təmin olunmuş dövlət borcu xarakteri daşıyır.
- “Qanunla qəbul edilmiş Dövlət Proqramının” ORTA VƏ İRİ MÜƏSSİSƏLƏRİN ÖZƏLLƏŞDİRİLMƏSİ adlı 8-ci hissənin 3-cü bəndinə əsasən, ödəmə vasitəsi kimi çeklərdən istifadə etməklə səhmdar cəmiyyətin səhmlərinin satışı belə bölüşdürülür: 15% – əmək kollektivinə və 50%-dən az olmayaraq – çek auksionlarına (investisiya müsabiqələri və hərraclarına) yönəldilir.
Göründüyü kimi, Qanunla qəbul olunmuş bu proqramda çeklərin nə dövriyyədə olma müddəti, nə də çeklərin dövriyyədə olduğu müddətdə ödəmə – tədiyyə vasitəsi kimi istfdəsi hec vaxt məhdudlaşdırılmadı. Dövlət Proqramında çeklərin tədavül müddəti göstərilsə də, çeklər investisiya qiymətli kağızları olduğu üçün ancaq özəlləşdirmə zamanı ödəmə vasitəsi kimi istifadə olunmuş çeklərin dövriyyədən çıxarılması nəzərdə tutulurdu və istifadə olunmayan çeklərin qanunla dövriyyədən çıxarılması mexanizmi nəzərdə tutulmamışdır.
Qanunla qəbul edilmiş Dövlət Proqramının 8-ci hissəsinin 3-cü bəndinin imperativ tələbinə görə, bütün özəlləşdiriləcək əmlakın (səhmlərin) ancaq 35%-i pulla satıla bilər, qalan 65% isə ancaq və ancaq DÖP/Ç-lər ilə satılmalıdır – əvəzlənməlidir. Qanunla investorlar əmək kollektivi tərəfindən özəlləşdirilməyən – 15%-dən qalan DÖP-ni və hərraclar üçün nəzərdə tutulmuş 50% DÖP-ni ancaq vətəndaşlardan çeklərini əldə etməklə sahib ola bilərdi. Qanunla xarici investorlar özəlləşdirmədə iştirak etmək üçün əvvəlcədən opsion almalı idi.
IV Özəlləşdirmə Paylarının maddi ekvivalent dəyəri
- Qanunla qəbul edilmiş Dövlət Proqramının DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ OPSİONU adlı 4-cü hissəsində yazılır: Xarici sərmayəçilər tərəfindən dövlət özəlləşdirmə payları (çekləri), habelə ilkin və təkrar bazarlarda özəlləşdirilən müəssisələrin səhmləri yalnız dövlət özəlləşdirmə opsionları silinmək üçün təqdim edildikdən sonra satın alına bilər. Hər özəlləşdirmə opsionu bir çek almaq hüququ verir.
Qanunvericiliklə Xarici İnvestorların özəlləşdirmədə iştirakını təmin etmək üçün AR Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli “222” saylı Əmri ilə təsdiq edilmiş, AR Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydaların (https://e-qanun.az/version/13494) 2-ci bənddə “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin iki min manatdan az olmamaq şərti ilə müəyyən edilir” yazılmışdır.
Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent olub. Demək ki, Dövlət Əmlak Komitəsi 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çekinin əmlak ekvivalenti dəyərinin ən azı 500 USD və bir özəlləşdirmə Payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət – Əmlak Ekvivalentini dəyəri Əmlak Komtəsi tərəfindən ən azı 2000 USD müəyyən edib.
Həmin dövürdə bu məbləğ Qanunla qoyulmuş qaydaya uyğun olaraq gələcəkdə özəlləşdiriləcək ümumi dövlət müəsisələrinin dəyərinin 65%-nin vətəndaşların sayına uyğun paylanmış 8 milyon DÖP-yə bölünməsi nəticəsində məlum olmuşdur. Bu dəyər inflyasiyadan qorunduğu üçün “lakin iki min manatdan az olmamaq şərti” istifadə edilmişdir.
Qeyd edək ki, Qanunla təsdiq edilmiş Dövlət Proqramının 8-ci bəndinin 3-cü abzasının imperativ tələbinə görə, bütün özəlləşdiriləcək əmlakın (səhmlərin) ancaq 35%-i pulla satıla bilər, qalan 65% isə ancaq və ancaq dövlət özləşdirmə payları (çekləri) ilə satılmalıdır. Qanunla bütün (yerli və xarici) investorlar 15% əmək kollektivindən qalan payları və hərraclar üçün nəzərdə tutulmuş 50% payı ancaq və ancaq vətəndaşlardan AR-in dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirdiyi dövlət özəlləşdirmə çeklərini əldə etməklə sahib ola bilərdi.
Dövlətin verdiyi rəsmi məlumatlara əsasən, bu gün vətəndaşlarda özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunmayan 1milyon 500 min DÖP (6 milyon DÖP/Ç) qalıb (https://az.trend.az/business/economy/1801769.html).
1995-ci ildə – ölkənin iqtisadi cəhətdən ən ağır vəziyyətində, dövlət büdcəsində heç 1 milyard dolar olmayanda Ulu Öndər Heydər Əliyevin Tarixi Ədalət Siyasətinin təmin olunması üçün özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65%-ni Miras Əmlak Payı olaraq Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri ilə əvəzləndirilməsini Dövlət Qanunla qəbul etdi. Ötən 30 ildəki inflyasiyanı nəzərə alsaq, nəticədə bu gün üçün Maliyyə Nazirliyi gələcəkdə özəlləşdiriləcək bu əmlakların dəyərini yenidən qiymətləndirərsə, hətta bir özəlləşdirmə payına düşən və qanunla inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin bu gün üçün, bəlkə də, 80 000 manat olması faktı üzə çıxar.
Hətta uzun illərdir dövlətin özəlləşdirmə planında olan iri müəsisələrdən tək SOCAR – qanunla qoyulmuş qaydada (65%) özəlləşdirilərsə, hər özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin ən azı 40 000 manat olduğunu təsdiqlənər.
02.08.2023-cü ildə AYNAZ.AZ saytında “Özəlləşdirmə çeklərinin qiyməti: Qanunvericilik nə deyir?” adlı məqlə yayımlanıb. Orada iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov inflyasiyanı nəzərə almaqla, bir DÖP-nin əmlak ekvivalenti dəyərinin ən azı 20 000 ABŞ dolları olduğunu əsaslandırmışdır və bu məlumat mətbuatda yayılmışdır. (https://www.ayna.az/ozellesdirme-ceklerinin-qiymeti-qanunvericilik-ne-deyir)
İqtisadçı alimlərlə yanaşı, Konstitusiya Hüququ, Mülkiyyət Hüququ və Qiymətli Kağızlar üzrə Konstitusiya Məhkəməsinin, Dövlət Ali Atestasiya Komitəsinin ekspertləri olan ondan çox hüquqşünas alimin elmi-praktik aşdırmalarında qeyd olunur ki, gələcəkdə özəlləşdiriləcək bu gün böyük özəlləşdirmə üçün İnvestisiya Holdinqində olan 10-larla orta və iri müəssisə, hətta ali və orta ixtisas təhsil müəssisələri, xəstəxana və poliklinikalar, müqavilələr əsasında xarici və yerli şirkətlərdə icarədə olan – idarəciliyə veriliş mədən və sənaye müəssisələri, Beynəlxalq Bank, “Azərcell”, MKİS-lər və s. nəzərə alınsa, ümumi dəyər 100 milyard ABŞ dolları qədər hesablana bilər.
Yuxarıdakı bütün faktlarAzərbaycan Respublikasınn elmi jurnallarından biri olan “Qanun” jurnalında dərc olunmuşdur. Həmin Məqalələrin adları aşağıdakılar olub:
1) “Dövlət özəlləşdirmə payları” və “dövlət özəlləşdirmə çekləri” anlayışlarının müqayisəli hüquqi təhlili” (05 (331) / 2022, 32-41-ci səhifələrdə)
Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, Konstitusiya Məhkəməsinin eksperti;
Rəyçi: h.ü.e.d., prof. A.M.Qasımov; Təqdim edən: h.ü.e.d., prof. Z.İ.Cəfərov.
2) “Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmadığının hüquqi təhlili” (07 (333) / 2022, 41-50-ci səhifələrdə)
Müəlliflər: Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü;
Süleymanlı Sərvər Süleyman oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti;
Rəyçi: h.ü.e.d., dos. S.F. Əliyev; Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov.
3) “Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericiliklə birbaşa müəyyən edilməsinin vacibliyi” (08 (334) / 2022) 57-65-ci səhifələrdə)
Müəlliflər: Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü;
Əliyev Sübhan Fərmayıl oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru, Konstitusiya Məhkəməsinin eksperti, Vəkillər Kollegiyasının üzvü;
Rəyçi: h.ü.f.d., dos. S.S.Süleymanlı; Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov.
4) “Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması prosesinin hüquqi təhlili” (2 (340) / 2023) 38-48-ci səhifələrdə)
Müəlliflər: Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Konstitusiya Məhkəməsinin eksperti, Vəkillər Kollegiyasının üzvü;
Süleymanlı Sərvər Süleyman oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, Konstitusiya Məhkəməsinin eksperti;
Rəyçi: h.ü.e.d. S.F.Əliyev; Təqdim edən: h.ü.e.d., prof. M.D.Dəmirçiyeva.
Göründüyü kimi, çeklərin nominal dəyəri qanunvericilikdə birbaşa göstərilməsə də, bəzi qanunvericilik aktlarından çeklərin dəyəri hesablana bilir və bu dəyər qanunla inflyasiyadan qorunan maddi ekvivalentlə əlaqələndirilmişdir. Son 30 ildə ciddi inflyasiya baş verib. Həmin vaxt bir çekin maddi ekvivalenti təxminən 2000 ABŞ dolları idi ki, bu da Bakıdakı bir otaqlı mənzilə uyğun gəlirdi. Cari dəyər və zərər baxımından Bakıda belə bir mənzilin hazırkı bazar dəyəri 30-40 min ABŞ dolları arasında qiymətləndirilir. Sonradan əldə edilmiş arxiv sənədləri göstərir ki, bəzi özəlləşdirilmiş müəssisələr üçün müəyyən vaxtlarda bir DÖP-nin (4 çek) dəyəri 35 000-65 000 ABŞ dolları arasında qiymətləndirilmişdir. Bu faktlar dövlətin qeyri-ardıcıl təcrübəsini nümayiş etdirir və vətəndaşların əmlakının real iqtisadi dəyərini vurğulayır.
V MÜLKİYYƏT HÜQUQUNUN MÖVCUDLUĞU
- 7 yanvar 1993-cü il tarixli Özəlləşdirmə haqqında Qanun dövlət özəlləşdirmə paylarını hər bir vətəndaşa əvəzsiz verilən dövlət əmlakının bir hissəsi kimi açıq şəkildə tanımışdır. 29 sentyabr 1995-ci il tarixli Qanunla təsdiq edilmiş Dövlət Proqramı bu payın ölçülə bilən iqtisadi dəyərə malik fərdiləşdirilmiş hüquq olduğunu təsdiq etmişdir.
- Bu hüquq:
- fərdiləşdirilmiş;
- qeydiyyata alınmış;
- iqtisadi cəhətdən ölçülə bilən;
- qanunla tanınan alətlərlə ötürülə bilən idi.
- Çeklərin özü ərizəçinin mülkiyyət hüququnun ilkin sənəd sübutudur.
Qanunvericiliyə uyğun olaraq hər vətəndaşa şəxsiyyət vəsiqəsi təqdim edilməklə – imza atdıqdan sonra fərdi nömrəsi olan 4 çekdən ibarət 1 DÖP verilib.
Bu xüsusiyyətlər AİHM-in mülkiyyətin tanınması meyarlarına cavab verir. Buna görə də vətəndaşlar 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququna malikdır.
- Dövlət özəlləşdirmə paylarının (çeklərinin) səmərəli yerləşdirilməsi üçün lazımi şərait yaradılmasını təmin etmək məqsədi ilə 29.09.1995-ci il tarixli 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının, “FOND BAZARININ İNKİŞAFI” adlı 7 saylı Əlavəsininin 6-cı bəndində deyilir ki, “Çek investisiya fondları sonradan dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində istifadə etmək məqsədinə fiziki və hüquqi şəxslərdən özəlləşdirmə paylarını (çeklərini) yığırlar”.
- Qanunun 7-ci Əlavəsinin icrası üçün “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AR Prezidentinin 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanında deyilir ki, “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşması, dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı buraxılan qiymətli kağızlara əhali tərəfindən qoyulan vəsaitlərin qorunması və dövlət özəlləşdirmə paylarının (çeklərinin) səmərəli yerləşdirilməsi üçün lazımi şərait yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə təsdiq edilsin.
- Bu Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamənin 1-ci bəndində deyilir ki, “Çek investisiya fondları dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində fiziki və hüquqi şəxslərin dövlət özəlləşdirmə payları (çekləri) vasitəsi ilə iştirakını təmin etmək məqsədi ilə çekləri toplamaq üçün yaradılır (https://e-qanun.az/framework/16409).
- Həmin Əsasnamənin 6-cı bəndində isə deyilir ki, “Azərbaycan Respublikasının ərazisində çek investisiya fondlarının fəaliyyətinin lisenziyalaşdırılması Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir”.
- Bu Əsasnamədə və “29.09.1995-ci il tarixli 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramında” ixtisalaşdırılmış çek investisiya fondlarının 1993-cü il tarixli 445 saylı Qanununun 19-cü maddəsində olduğu kimi, dövlət tərəfindən yaradılacağı birbaşa norma ilə tənzimlənməsə belə, hesab edirik ki, 1993-cü il tarixli 445 saylı Qanununun 19-cü maddəsi həmin fondların dövlət tərəfindən yaradılmasını məcburi hala gətirib. Yəni əvəzsiz verilən əmlak payı, ödəmə vasitəsi statusu, səmərəli yerləşdirmə ideyası, fond mexanizmi – “hər kəs öz payını almalıdır” prinsipi ləğv olunmayıb. Qanunun müvafiq müddəaları dövlətin bu hüquqların həyata keçirilməsi üçün normativ və institusional mexanizmlər yaratmaq öhdəliyini nəzərdə tuturdu. Dövlət bu mexanizmi yaratmaqla “legitimate expectation” (qanuni gözlənti) formalaşdırdı. Lakin bu günə qədər Qanuna əməl olunmadı – bütün özəlləşdirmə dövründə heç bir dənə də İxtisaslaşdırılmış Çek İnvestisiya fondu yaradılmadı. Göründüyü kimi, qanunvericilikdə imperativ qaydada nəzərdə tutulmasına rəğmən, ixtisaslaşdırılmış çek investisiya fondları yaradılmadı, nəticədə Ərizəçinin özəlləşdirmə payını kollektiv və təhlükəsiz şəkildə reallaşdırmaq imkanı təmin edilmədi. Başqa bir ifadə ilə dövlət öz pozitiv öhdəliyini icra etmədi.
VI Normativ aktlarda hüquqi mövcudluq
- Maraqlı və araşdırılması vacib olan məsələlərdən: DÖP/Ç-lərin səmərəli istifadəsi üçün 1120 saylı Qanunun 7 saylı Əlavəsi əsasında icrası bu gün də qüvvədə olan “İxtisaslaşdırılmış çek investisiya fondları” haqqında 14 may 1997-ci il 579 Fərmanla təsdiqlənmiş ƏSASNAMƏ ilə nəzərdə tutulan Çek investisiya fondları da yaradılmadı. 2011-ci ildə DÖP/Ç-lərin tədavül və tədiyyə vasitəsi kimi istifadəsinin dayandırılmasına baxmayaraq, bu ƏSASNAMƏDƏ 22 dekabr 2014-cü ildə 426 nömrəli Fərmanla dəyişikliklər edilib.
Nazirlər Kabinetinin müxtəlif illərdə qəbul etdiyi qərarlar və Prezident fərmanlarında dövlət özəlləşdirmə paylarına dair müddəalar saxlanılmışdır.
- Məlum olduğu kimi, 29.09.1995-ci il tarixli 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” AR Prezidenti 25.03.1996-cı ilə tarixli 450 nömrəli Fərman imzaladı və həmin Fərman ilə Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə (bundan sonra “Çeklər haqqında Əsasnamə” adlanacaq) təsdiq edildi (https://e-qanun.az/framework/33673 ).
- Bu gün də qüvvədə olan həmin Çeklər haqqında Əsasnamənin 1-ci hissəsinin 5-ci bəndində yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”. Yəni həmin Əsasnamə, bütün özəlləşdirmə dövründə çeklərin ödəmə-tədavül vasitəsi kimi istifadəsindən – qəbulundan imtina etməyin qəti qadağan olduğunu qəbul edib. Başqa bir ifadə ilə həmin Əsasnamədə çeklərin ödəmə – tədiyyə vasitəsi kimi istifadəsi üçün heç bir müddət qoyulmayıb, bütün özəlləşdirmə dövrü çeklərdən istifadənin mümkün olduğunu göstərib.
VII Çeklərin ödəmə vasitəsi olması qanunla təsbit olunub
- Qeyd edək ki, 16 may 2000-ci il tarixli, 878-IQ nömrəli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun (bundan sonra “2000-ci il tarixli 878-IQ saylı Qanun” adlandırılacaq) qəbul edilmişdir (https://e-qanun.az/framework/26044).
Bu gün qüvvədə olan bu qanunun 1.0.1-ci maddəsində deyilir ki, “dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir”.
Həmin qanunun 1.0.5-ci maddəsində deyilir ki, “dövlət özəlləşdirmə payı – dörd özəlləşdirmə çekindən ibarət, Azərbaycan Respublikasının 1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına dəyəri ödənilmədən paylanmış və çeklə özəlləşdirilən dövlət əmlakının orta hesabla 1/8000000 hissəsini ifadə edən adsız (təqdim edənə), nağd şəkildə buraxılan qiymətli kağızların məcmusudur”.
- Yuxarıda da qeyd edilən Qanunla qoyulmuş normalardan aydın olur ki, özəlləşdirmə dövlət proqramlarında sonradan ediləcək dəyişikliklər də ancaq qanunla həyata keçirilə bilər. Belə ki, 1993-cü il tarixli 445 saylı Qanununun “Dövlət özəlləşdirmə Proqramı” adlanan 10-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Özəlləşdirmənin Dövlət Proqramı hər il noyabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisin – qanunverici orqanın) təsdiqinə verilir. Azərbaycan Respublikasının Ali Soveti özəlləşdirmənin Dövlət Proqramını dekabrın 20-dən gec olmayaraq təsdiq edir. Dövlət Proqramında dəyişikliklər Azərbaycan Respublikası Ali Sovetinin razılığı ilə edilə bilər”.
Yenə 29.09.1995-ci il tarixli 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının GİRİŞ hissəsində yazılır ki, Dövlət Proqramına hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikası Milli Məclisi tərəfindən edilir.
- Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra AR Konstitusiya) 13 və 29-cu maddəsində deyilir ki, mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və qanunla qorunur.
- AR Konstitusiyasının 94-cü maddəsinin 13-cü və 29-cu bəndinə əsasən, mülkiyyət hüququ ancaq AR MM tərəfindən ümumi qaydalarla müəyyən edilir. AR Konstitusiyanın 109-cu maddəsi ilə, bu səlahiyyətlər AR Prezidentinin səlahiyyətinə aid deyil.
- Bundan başqa AR MM-in 153.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
- Lakin 2000-ci il tarixli 878-IQ saylı Qanunun 5.1-ci maddəsində deyilir ki, “Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur”. Göründüyü kimi söhbət adi dövlət proqramından deyil, mülkiyyətin bölgüsünü və mülkiyyət hüququnun yaranmasını tənzimləyən normativ aktdan gedir. Başqa dövlət proqramlarından fərqli olaraq bu proqram mülkiyyətin bölgüsünü və mülkiyyət hüququnun yaranmasını, istifadəni və sairəni tənzimlədiyi üçün fərmanla deyil, qanunla qəbul olunmalı idi.
- Milli hüquq sistemində mülkiyyət hüquqlarının tənzimlənməsi yalnız qanunla mümkündür. Lakin bu halda dövlət, mülkiyyət hüquqlarını və bölgüsünü tənzimləyən əsas normativ aktı qanunvericilik səviyyəsindən icra hakimiyyəti səviyyəsinə endirilmişdir.
Lakın Konstitusiyaya və qanunlara tam zidd olaraq, Mülkiyyət və Bərabərlik hüququ, Əmlak bölgüsü ilə bağlı qanunla əvvəllər dövlət tərəfindən özəlləşdirmə payının verildiyi vaxt Qanunla qəbul edilmiş dövlət öhdəlikləri sonradan – 2000-ci ildə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2.2, 5.2.3, 5.2.4, 5.2.6, 16.2, 17.1, 22.1, 29.1-ci maddələri ilə qanunverici orqan tərəfindən həyata keçirilməli olan səlahiyyətlər bəzi maraqlı subyektlər tərəfindən müvafiq icra hakimiyyətinə aid edildi. Bu isə Konstitusiyaya görə qəbul edilməzdir.
- Adi dövlət proqramlarından fərqli olaraq, Dövlət Özəlləşdirmə Proqramı dövlət əmlakının bölüşdürülməsini tənzimləyir və fərdi mülkiyyət hüquqlarının yaranması və əhatə dairəsini birbaşa müəyyən edir. Həmin dövrdə qüvvədə olan daxili qanunvericiliyə görə, belə bir proqram yalnız Milli Məclisin qəbul etdiyi qanunla qəbul edilə və dəyişdirilə bilərdi. Lakin sonrakı qanunvericilik dəyişiklikləri bu səlahiyyəti icra hakimiyyəti orqanına verdi ki, proqramın qəbul edilməsinə, nəticə etibarı ilə Prezident tərəfindən təyin edilməsinə icazə verildi. Vətəndaşların qanunla müəyyən edilmiş mülkiyyət hüquqları, qanuna uyğunluq, hüquqi müəyyənlik və legitim gözlənti prinsipləri pozulmaqla, sonradan icra hakimiyyəti orqanının normativ hüquqi aktı (fərman) ilə dəyişdirilmişdir. Bu dəyişiklik proseduru deyil, bu dəyişiklik hakimiyyət bölgüsünü dəyişir. Beləliklə, mülkiyyət hüquqlarının yaranmasına, bölgüsünə və ləğvinə birbaşa təsir edən normativ çərçivə qanunverici orqanın səlahiyyətindən çıxarılaraq icra hakimiyyətinin diskresiyasına verildi.
- Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun “Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi” adlı 10-cu maddəsində deyilir ki, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”. Qanundan göründüyü kimi özəlləşdirmə çeklərinin əsas mahiyyəti – onları kimlərəsə satmaq və ya Banka kirov qoymaq – yəni dövriyyədə tədavül vasitəsi kimi istifadə etmək YOX, Qiymətli Kağız kimi dövriyyədə Ödəmə – Tədavül vasitəsi kimi istifadə olunmasıdır.
Xüsusi qeyd: Ümumilli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini Tədavül vasitəsi kimi satmamağı – onlardan Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi məsləhət görürdu. Ulu Öndər Heydər Əliyevin Xalqa məsləhətinə uyğun olaraq vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi (alqı-satqı, banka girov və s.) olması vacib deyil. Yüzminlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və dividend almaq ümidi ilə öz çeklərini satmayıb – saxlayıblar.
- Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsindən göründüyü kimi, DÖP/Ç-lərin əsas funksiyası tədavül vasitəsi (alqı-satqı, girov və s.) predmeti olmaq deyil, “onların üzərindəki yazılara” münasib olaraq dövriyyədə olduğu dövrdə ödəmə – tədiyyə vasitəsi kimi dövlət əmlakı ilə təmin edilməsidir. Bu qanun maddəsi bütün özəlləşdirmə zamanı vətəndaşları mülkiyyət hüquqlarının qorunması üçün həm dövlətin zəmanəti – həm də dövlət öhdəliyidir. Bu Qanuna əsasən DÖP/Ç-lər manatla yanaşı ödəmə vasitəsi kimi tanınmış, onların istifadəsinə dair qanunda müddət məhdudiyyəti müəyyən edilməmişdir və bu status qanun səviyyəsində verilmişdir.
Eyni zamanda bu Qanunda yerli investorlar üçün adsız sənədli investisiya qiymətli kağızı kimi dövriyyədə tədavül (alqı –satqı, girov və s.) vasitəsi kimi istifadəsi də müddət ilə məhdudlaşdırılmayıb.
Ən əsası, DÖP/Ç-lərin dövriyyədə olma və dövriyyədən çıxarılma müddəti ilə bağlı qanunda heç bir məhdudiyyət nəzərdə tutulmamışdır.
- Bütün özəlləşdirmə dövrü üçün Ödəmə – Tədiyyə vasitəsi kimi istifadənin müddətsiz olduğunu təsdiq edən bu qaydanın hüquqi əsası 1993-cü il tarixli 445 saylı Qanununun imperativ norması olan 19.1-ci maddəsi ilə qoyulub. Xüsusilə qeyd edək ki, Belarus Respublikasında özəlləşdirmə bizdən əvvəl başlayıb, bu gün də çeklər tədavül vasitəsi kimi deyil, ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunur və özəlləşdirmə çeklərinin nominal qiyməti hər il indeksasiya olunur.
- Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun – Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət özəlləşdirmə çeklərinin və dövlət özəlləşdirmə opsionlarının tədavüldən çıxarılması haqqında 12-ci Maddəsində deyilir: “Dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir”.
Buradan aydın olur ki, Qanunda özəlləşdirmə çeklərinə dövriyyədə hec Tədavül müddəti də qoyulmur və DÖP/Ç-lər investisiya qiymətli kağızı olduğu üçün – ancaq və ancaq özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi istifadə olunmuş çek və opsionlar tədavüldən çıxarılır və Mülki Məcəlləyə əsasən, ancaq bu halda DÖP/Ç-lər tədavüldən və dövriyyədən çıxarılmış sayılır.
Bu isə o deməkdir ki, Qanunun 10-cu maddəsi ilə qoyulmuş qaydaya əsasən Azərbaycanda da DÖP/Ç-lər dövriyyədən çıxarılana qədər, qanunla ödəmə-tədiyyə vasitəsi kimi dövlət öhdəliyi olaraq ya bütün özəlləşdirmə dövrü, ya da dövlət tərəfindən İxtisaslaşmış çek investisiya fondları yaradılana qədər istifadə olunmalı idi.
- Onu da qeyd edək ki, 2000-ci il tarixli 878-IQ saylı Qanunun 33.2-ci maddəsinə əsasən, “1993-cü il tarixli 445 saylı Qanununu və 29.09.1995-ci il tarixli 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramı qüvvədən düşmüş hesab edilmişdir”.
- Yenə həmin 2000-ci il tarixli 878-IQ saylı Qanunun 33.1-ci maddəsində XÜSUSİ norma olaraq QEYD edilir ki, “Bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır”.
Belə ki, 33.1-ci maddənin “əvvəlki qanunlarla ziddiyyət təşkil etməyən hissədə əvvəlki qanunlar qüvvədə qalır” — qaydası o deməkdir ki, əvvəlki qanunlar tam ləğv olunmayıb, onların ziddiyyət təşkil etməyən normaları hüquqi qüvvədədir və Dövlət öhdəlikləri dəyişməyib.
Çek hərracları 1-5-ci günlər (iş günləri) keçirilirdi və ölkədə bu fəaliyyəti göstərən çox az məntəqələrin qarşısında növbələr mövcud idi. Dövlət müəsisələrində işləyən – kəndlərdə və şəhərdə yaşayan müəllim, həkim, polis, hərbçi və s. vətəndaşların özəlləşdirmə çeklərindən birbaşa istifadə etmək imkanı olmadı. Qüvvədə olan əvvəlki qanunvericiliyə əsasən, dövlətin investisiya fondları yaratmaq və həmin fondlar vasitəsilə ərizəçinin mülkiyyət hüququnun reallaşdırılmasını təmin etmək öhdəliyi mövcud olmuşdur. Sonradan qəbul edilmiş qanunun keçid müddəaları bu öhdəliyi aradan qaldırmamışdır. Lakin bu mexanizm praktikada yaradılmamış və vətəndaşların mülkiyyət hüququ faktiki olaraq təmin edilməmişdir.
Eyni zamanda 16 may 2000-ci il tarixində “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 878 nömrəli qanunu qəbul ediləndən 3 ay sonra, yəni 10 avqust 2000-ci ildə “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” qəbul olunub. Həmin 878 saylı Qanunun 33.2-ci maddəsi ilə “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 07.01.1993-cü il tarixli 445 nömrəli Qanunu və “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU qüvvədən düşmüşdür. Həmin 3 aylıq dövr ərzində keçirilən özəlləşdirmələrdə isə Dövlət Əmlak Komitəsi, DÖP/Ç-ləri ödəniş vasitəsi kimi qəbul edib və istifadə olunub. Burda SUAL olunur ki, “Əgər həmin 878 saylı Qanunun 33.2-ci maddəsi ilə 1993-cü ilə tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU qüvvədən düşübsə, onda həmin 3 ay ərzində aparılan Özəlləşdirmələr zamanı DÖP/Ç-lər hansı hüquqi əsasla ödəniş vasitəsi kimi qəbul olunub?
Bu vəziyyətə üç hüquqi izah verilə bilər:
Birincisi, yeni 878 saylı Özəlləşdirmə Qanununun 10-cu maddəsinin hüquqi əsas olduğu deyilə bilər.
Məhz həmin 10-cu maddədə deyilir ki, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və QANUNLA müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.
Əgər bu, belədirsə, demək ki, DÖP/Ç-lər bu gün də ÖDƏMƏ vasitəsi kimi qəbul olunmalıdır! Çünki həmin 10-cu maddə hələ də qüvvədədir.
İkincisi, “qüvvədə olan başqa qanunvericilik aktları hüquqi əsasdır” deyilə bilər.
Unutmayaq ki, həmin dövrdə qüvvədə olan və DÖP/Ç-lərin ödəmə vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini tənzimləyən və bu gün də qüvvədə olan qanunvericilik aktı Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 25.03.1996-cı il tarixli 450 nömrəli “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamədir”. Həmin Əsasnamənin 5-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”.
Göründüyü kimi, Dövlət Əmlak Komitəsi, ya yeni Qanunn 10-cu Maddəsinə, ya da həmin dövrdə qüvvədə olan Əsasnaməyə əsaslanaraq 3 ay müddətində DÖP/Ç-ləri ödəmə vasitəsi kimi qəbul edib.
Üçüncüsü, “yeni 878 saylı Özəlləşdirmə Qanunun 33.1-ci maddəsi hüquqi əsasdır” deyilə bilər.
Belə ki, yeni 878 saylı Özəlləşdirmə Qanunun bu gün də qüvvədə olan 33.1 Maddəsində deyilir ki, “bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır”. Əgər Dövlət Əmlak Komitəsi bu göstərişinə əsaslanaraq 3 ay ərzində DÖP/Ç-ləri ödəmə vasitəsi kimi qəbul etmişdirsə, deməli Qanunla DÖP/Ç-lər bu gün də ödəmə vasitəsi olmalıdır. Çünki Qanunla tənzimlənən mülkiyyət və bərabərlik hüquqları sonradan Konstitusiyaya zidd olaraq Qanun qüvvəsində olmayan normativ hüquqi aktlarla məhdudlaşdırıla və ləğv oluna bilməz.
Məhz 20% vətəndaşın həm mülkiyyət, həm də bərabərlik hüquqlarının Qanun qüvvəsində olmayan normativ hüquqi aktlarla pozulması həm Ulu Öndərimiz Heydər Əliyevin və Dövlətin Kapitalizmə keçidi üçün Qanunla tənzimlənən Yeni İqtisadi Siyasətinin əsasını təşkil edən Tarixi ƏDALƏT prinsiplərinə, həm də Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına tam ziddir.
Yəni hər üç halda Konstitusiya və Qanunlara əsasən, DÖP/Ç-lər bu gün də ödəmə vasitəsi olmalıdır. Göründüyü kimi, bu faktların Konstitusiya Məhkəməsində araşdırılması zəruridir.
- Dövlətin pozitiv öhdəliyi (investment funds) əvvəlki qanunlarda açıq şəkildə yazılıb. Başqa bir ifadə ilə vətəndaş özəlləşdirmə çekindən birbaşa istifadə edə bilmirsə, dövlət investisiya fondları yaratmalı, vətəndaş həmin fondlar vasitəsilə öz mülkiyyət hüququnu reallaşdırmalı idi. Burada artıq, sadə proqram vədindən yox, Qanunla qəbul olunmuş imperativ (məcburi) dövlət öhdəliyindən söhbət gedir.
Mülkiyyət və Bərabərlik hüquqlarının Konstitusiya ilə qorunduğunu nəzərə alaraq, həmin dövrdə qüvvədə olan Konstitusiya və Qanunlara və DÖP/Ç-lər haqqında Əsasnaməyə əsəsən, bu durumda onların ödəniş vasitəsi kimi istifadəsi məhdudlaşmadığı üçün, ya DÖP/Ç-lər bütün özəlləşdirmə dövrü üçün ödəniş vasitəsi kimi istifadə olunmaqda davam edəcəkdi, yaxud da Qanuna uyğun olaraq inflyasiyadan qurunan əmlak ekvalenti dəyəri 445 nömrəli Qanunun 19.1-ci maddəsinə və II Özəlləşdirmə Qanununun 7-ci Əlavəsinə görə, respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu (Çek İnvestisiya Fondları) yaradılaraq istifadə olunmalı idi.
Bu vəziyyətə Konstitusiya Məhkəməsi tərəfindən TAM aydınlıq gətirilməlidir. Hesab edirik ki, dövlət öz pozitiv öhdəliklərini yerinə yetirmədi və sonradan bəzi şəxslər Qanun qüvvəsində olmayan normativ hüquqi aktlarla və hüquqi terminlərlə manipuliyasiyalar edilərək, vətəndaşların bərabərlik və mülkiyyət hüquqları pozuldu, həmin hüquqlar onların əllərindən alındı.
- 2000-ci il tarixli 878-IQ saylı Qanunun 14-cü maddəsinə əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini həyata keçirmək məqsədilə Dövlət Komissiyası yaradılır. Komissiyanın fəaliyyəti, onun hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ hüquqi aktla tənzimlənir”.
- Qeyd edək ki, qanunun 14-cü maddəsinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini gücləndirmək məqsədilə AR Prezidentinin 28 fevral 2007-ci il 2006 nömrəli Sərəncamı ilə (https://e-qanun.az/framework/12838) “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın sədri Baş nazir təyin edildi. Prezident öz Sərəncamında Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırdı ki, bir ay müddətində Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.
- 2007-ci ildən sonra bu Sərəncamda Prezident tərəfindən 11 dəfə dəyişikliklər edilib (axırıncı dəfə 3 mart 2023-cü il tarixli 3782 nömrəli) – LAKİN bu günə qədər AR Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının ƏSASNAMƏSİ hazırlanmayıb – yoxdur. Məhz bu səbəbdən də özəlləşdirmə prosesində heç bir dövlət nəzarəti olmayıb. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulan institusional nəzarət mexanizmi praktik olaraq mövcud olmamışdır.
- 2000-ci il tarixli 878-IQ saylı Qanunu qəbul olunandan 3 ay sonra “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı”nın qəbul edilməsi barədə AR Prezidenti 10 avqust 2000-ci il 383 nömrəli Fərman imzaladı (bundan sonra Fərmanla qəbul olunmuş Dövlət Proqramı) (https://e-qanun.az/framework/356) .
- Həmin Dövlət Proqramı ilə aşağıdakı yeniliklər gətirildi:
1) Həmin Fərmanla qəbul edilmiş Dövlət Proqramının 1.5-ci bəndi ilə çeklərdən dövriyyədə tədavül vasitəsi kimi istifadə edilməsinə müddət qoyuldu və bir necə dəfə fərmanlarla uzadıldı, 2011-ci ildən çeklərin tədavülü dayandırıldı.
2) Həmin Fərmanla qəbul edilmiş Dövlət Proqramının 4.2.4-cü bəndi ilə “bir özəlləşdirmə çekinin qiyməti son 2 çek hərracında satılmış dövlət əmlakının dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə çeklərinin sayına bölünməklə müəyyən ediləcəyi” qəbul olundu.
3) Həmin Fərmanla qəbul edilmiş Dövlət Proqramının 7.4.1-ci bəndi ilə “satıcının müəyyən etdiyi hallarda tərəfin razılığı ilə özəlləşdirilən dövlət əmlakının dəyəri ödəniş tarixinə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən alınan rəsmi məlumatlar əsasında bazar dəyəri müəyyən edilən dövlət özəlləşdirmə payları (çekləri) ilə pul ekvivalentinə münasib şəkildə ödənilə bilər”.
- Məhz bu səbəbdən dövlət icra orqanları hər həftə özəlləşdirmə hərraclarına çıxarılacaq müəsisələrin sayı, maliyyə tutumu və səhmlərin sayı ilə manipuliyasıyalar edərək, özləri “bazar dəyərini” istədikləri kimi tənzimləyiblər.
Həmin dövrdə Dövlət qəzeti olan “Mülkiyyət” qəzetindən məlum olduğu kimi, özəlləşdirmə zamanı bir DÖP/Ç çox fərqli qiymətdə ödəmə – tədiyyə vasitəsi kimi qəbul edilib və əmək kollektivinin üzvlərinə bir özəlləşdirmə payına (4 çek) çox fərli –yüksək dəyərində səhm verilib. Bir cox hallarda orta müəsisələr kicik müəsisə kimi özəlləşdirilir və bu zaman BİR Özəlləşdirmə Payının Əmlak Dəyəri Məbləğı bir kollektiv üzvü üçün 65 000$ hesabladıqları hallar olub (həmin dövrdə 1ABŞ dolları 0,78 manat idi).
Məsələn:
3 iyun 2008-ci il Bakı şəh, Binəqədi ray, Azadlıq pr.187, İXMİM-nin Əmlak kompleksi 1 DÖP (4 çek) 60 488 manat.
19 avqust 2008-ci il Şuraxanı ray, Əmircan qəs, Balandın küc. İXMİM-nin “Atəşgah” fabrik-mətbəxi 1 DÖP (4çek) 60 760 manat.
3 mart 2009-cu il Bakı şəh, Qaradağ ray, Puta qəs, Əmək kompleksi 1 DÖP 41 858 manat.
30 iyun 2009-cu il Bakı şəh, Yasamal ray, “Sevinc” kafesi 1 DÖP 29 100 manat.
10 noyabr 2009-cu il Bakı şəh, Əzizbəyov ray, Şüvalan qəs, Təsərrüfat hesablı 1 nömrəli Univermaq 1 DÖP (4 çek) 27 764 manat dəyərində səhm.
Bildiyimiz kimi hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və qanunlardır.
Bir sıra dövlət məmurlarının cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində qəbul etdirməyə nail olduqları fərmanlar və digər qanunvericilik aktları ilə bu durumda manipulyasiya imkanı yaradılmışdır.
Qanun qarşısında hamı bərabər hüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı-seçkilik meydana gətirilmişdir. Məsələn, 2010-cu ildə “Siyəzən Broyler”in özəlləşdirilməsində əmək kollektivinin 1 DÖP-yə (4 cek) 100 manat dəyərində səhm verildiyi halda – investor üçün bir DÖP (4 çek) 1400 manat olaraq hesablanmışdır. Belə ki, 14 milyon 337 minlik dövlət əmlak üçün investor ödəmə vasitəsi kimi 10 000 DÖP (40.000 çek) verilmişdir.
Diqqət: Bu faktlar DÖP-lari təsdiq edən və Dövlət Qiymətli Kağızı olan DÖP/Ç-lərin nominal qiymətinin Dövlət Komissiyası yaradılaraq hamı üçün (bərəbərlik hüququ) eyni olan, inflyasiyadan qorunan nominal qiyətinin qanunla qoyularaq ELAN edilməsinin vacibliyini göstərir.
VIII Qanunvericilik aktları və retroaktiv müdaxilə
- 10.08.2000-ci il tarixli 383 saylı Fərmanla qəbul olunmuş Dövlət Proqramında sonradan hüquqi terminlərlə manipuliyasiya nəticəsində Konstitusiya və qanunlar pozulmuşdur. Belə ki, həmin Fərmanla qəbul olunmuş Dövlət Proqramının 7.2 və 7.4 bəndlərində olan “dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı halda” həmin Dövlət Proqramının 5.8-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulan səhmlər ixtisaslaşdırılmış pul hərracında satılır – qaydası – sonradan 22 iyun 2010-cu il tarixli 283 nömrəli AR Prezidentinin Fərmanı ilə ləğv olunmuş və əvəzində 5.8-ci bəndin 5-ci abzasında “özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarına” sözləri əlavə edilmişdir.
- Bu hüquqi manipulyasiya nəticəsində – özəlləşdirmə çekləri dövriyyədən çıxarılmadan və kompensasiya olunmadan – Qanunla vətəndaşlara məxsus müəssisələrin səhmlərinin 65%-inin pulla satılması qeyri-qanuni leqallaşıb. Bu dəyişikliklər hüquqi müəyyənlik, legitim gözlənti və mülkiyyət hüququnun qorunması prinsipləri ilə ziddiyyət təşkil edir. Beləliklə, dövlət tərəfindən yaradılan mülkiyyət hüququnun praktik və effektiv istifadəsi məhdudlaşdırılmış, Avropa İnsan Hüquqları haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququ pozulmuşdur.
- Ən ciddi hüquqi problem və pozuntular Ulu Öndər Heydər Əliyev rəhmətə gedəndən 6 ay sonra – Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin hazırladığı, 11 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında” AR Prezidentinin Fərmanı (bundan sonra “11.06.2004-cü il tarixli 75 saylı Fərman” adlanacaq) (https://e-qanun.az/framework/6149) ilə meydana gəlmişdir.
2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖP/Ç-lərin tədiyyə (ödəniş) vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb. Lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra bu Fərmana hec bir əsas və ehtiyac olmadan – PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanət və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində, 2004-cü ildə qəbul edilən 75 saylı fərman ilə bu müddət məhdudlaşdırıldı. Həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə görə, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.
Xüsusi Qeyd: Ümumilli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini tədavül vasitəsi kimi satmamağı – onlardan dövlət əmlaklarının özəlləşdirilməsi zamanı bir-bir ödəmə-tədiyyə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi, ayrı-ayrı müəssisələrə qoymağı məsləhət görürdü. Və deyirdi ki, əgər bir müəssisə yaxşı dividend verməsə, başqası yaxşı olar və beləliklə tarazlıq yarada bilərsiniz. Hətta deyirdi ki, 15-20 il keçməsindən aslı olmayaraq, hər bir vətəndaş öz əmlak payını almalıdır.
Məmurların dövlət başçısının etimadından sui-istifadə etməsi haqqında Prezidentimiz özü dönə-dönə danışıb. Bu barədə ölkə mətbuatı, o cümlədən “Haqqın.az” saytı dəfələrlə yazıb (Кто и как лишил граждан Азербайджана прав на приватизацию? (https://haqqin.az/investigations/273600).
- Mülkiyyət hüquqlarını tənzimləmə Konstitusiyanın 94-cü maddəsinin 13-cü və 29-cu bəndinə əsasən qanunverici orqana aiddır və Konstitusiyanın 109-cu maddəsi ilə Prezidentin səlahiyyətinə aid deyil. Bu hal AR Mülki Məcəllənin 153.3-cü maddəsinin tələblərinə ziddir.
DÖP üzərindəki mülkiyyət hüququ 1993-cü il tarixli 445 saylı Qanunun və 29.09.1995-ci il tarixli 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının tələbləri əsasında yaranmışdır. Qeyd edək ki, həmin DÖP-nın DÖP/Ç-lər ilə dövlət qiymətli kağızı kimi mülkiyyət hüququnu təsdiqləməsi isə, 29.09.1995-ci il tarixli 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramı və sonradan qəbul edilən AR Mülki Məcəllə əsasında həyata keçirilmişdir.
IX MÜLKİYYƏTƏ MÜDAXİLƏ
53.Dövlət icra tədbirləri vasitəsilə çeklərin praktik istifadəsini dayandırmış, lakin onları tənzimləyən qanunvericiliyi formal olaraq qüvvədə saxlamışdır.
AR MM 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
Konstitusiyanın 94-cü maddəsinə uyğun olaraq Milli Məclisin səlahiyyətinə aid edilmişdir. Bu baxımdan mülki hüquqların məhdudlaşdırılması ilə bağlı qaydalar da yalnız qanunla müəyyənləşdirilə bilər.
Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu Maddə 18.2. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir.
Avropa Məhkəməsinin presedent hüququna görə dövlət mülkiyyət mexanizmi yaradıb sonradan onu kompensasiya və ya qanuni xitam proseduru olmadan səmərəsiz edə bilməz (Broniowski Polşaya qarşı).
Buna görə vətəndaşların hüququ hüquqi baxımdan mövcud olaraq qalır – hətta müvəqqəti icra olunmasa belə. Bu vəziyyət mülkiyyətdən dinc istifadə hüququna müdaxilə təşkil edir.
Beləliklə: Hüququn formal mövcud olduğu, lakin yalnız dövlətin hərəkətsizliyi səbəbindən qeyri-müəyyən müddət ərzində istifadə edilə bilmədiyi hüquqi vəziyyət Konvensiyanın hüquqların nəzəri və illüziya xarakterli deyil, praktik və effektiv olmasını tələb edən prinsipinə ziddir (Airey İrlandiyaya qarşı).
- 11.06.2004-cü il tarixli 75 saylı Fərmanın 1.2-ci bəndində deyilir ki, “bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır”.
X Dövlət Özəlləşdirmə Paylarının (Çeklərinin) dövriyyədən çıxarılmadığını təsdiq edən faktlar və dövlət orqanlarının RƏSMİ MÖVQEYİ
- Mülki qanunvericiliyə görə qiymətli kağız yalnız: Qiymətli kağızların dövriyyədən çıxarılması emitentin ləğvi, kağızların geri alınması və ya qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla baş verir. Prosedur rəsmi elanın dərc edilməsini, reyestr qeydi və emitent tərəfindən ləğv aktının tərtibini nəzərdə tutur. Proses zamanı qiymətli kağızların növü, sayı və dövlət qeydiyyat nömrəsi rəsmiləşdirilir.
Qanunvericilik aktlarına görə, Azərbaycan Respublikası adından qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək səlahiyyətləri əvvəllər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına aid idi. İndi isə bu səlahiyyət Mərkəzi Banka aiddir.
BİRİNCİ: Qanunvericiliklə (https://e-qanun.az/framework/16405) qiymətli kağızların dövriyyədən çıxarılmasına cavabdeh olmuş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2011-2016-cı illərdə öz rəsmi saytındakı SUAL-CAVAB bölməsində “Hal-hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir?” sualına cavab olaraq özəlləşdirmə çeklərinin dövriyyədə olduğu yazılır.
Bu arxivdəki 2016-cı ilə qədər olan məlumatlarında deyilir ki, “hal-hazırda Azərbaycanda veksellər, çeklər, istiqrazlar, səhmlər, depozit sertifikatı, ipoteka kağızı, opsion, fyuçers, mənzil sertifikatı, Mərkəzi Bankın notları və özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir” (https://web.archive.org/web/20160326152215/http://scs.gov.az/muraciet/m36).
İKİNCİSİ: 2017-ci ildə vətəndaşların müraciəti əsasında AR Baş Prokurorluğunun AR Maliyyə Bazarlarına Nəzarət Palatasından vətəndaşlara verilmiş 27.07.2017-ci il tarixli və 23.10.2017-ci il tarixli məktublarda bu çeklərin hələ də dövriyyədə olduğu təsdiq edilir. Orada müvafiq olaraq deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılma prosedurları müəyyən olunmayıb”, “2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur” (axırda Əlavə olunub).
Hal-hazırdakı dövlət özəlləşdirmə payları hələ də QANULA dövriyyədə olduğu halda, vətəndaşlar həmin payların mülkiyyətçisi olaraq öz konstitusion hüquqlarından istifadə edə bilmirlər. Buna səbəb isə həmin paylar üzərindəki mülkiyyət hüquqlarının Konvensiyaya, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına zidd olaraq, müvafiq icra hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılması, pozulmasıdır.


ÜÇÜNCÜSÜ: 2011-ci ildən sonra birbaşa DÖP/Ç-lər ilə əlaqəli Dövlət sənədlərində dəfələrlə yeniliklər olub: Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında AR Nazirlər Kabinetinin 15 iyul 2004-cü il 95 nömrəli QƏRARINDA 2011-ci ildən 2022-ci ilə qədər 6 dəfə dəyişiklik edilib. (https://e-qanun.az/framework/6307).
Bundan başqa, 19 oktyabr 2011-ci ildə 168 nömrəli yeni Qərarla dəyişiklik edilib; 11 dekabr 2012-ci ildə yenə də 300 nömrəli Qərarla dəyişiklik edilib; 14 fevral 2014-cü ildə 46 nömrəli ilə Qərarının 21 bəndi ilə dəyişiklik edilib; 13 may 2016-cı ildə 195 nömrəli ilə Qərarının 27 bəndi ilə dəyişiklik edilib; 7 mart 2019-cu ildə 82 nömrəli Qərarının 9 bəndi ilə dəyişikliklər edilib; 5 avqust 2022-ci ildə 285 nömrəli Qərarının 8-ci bəndi ilə dəyişiklik edilib.
Bundan başqa, Özəlləşdirmə Payları ilə bağlı “Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü il tarixli, 276 nömrə-li QƏRARI da var (https://e-qanun.az/framework/26741).
Diqqət edək! Ən əsası: AR Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın (https://e-qanun.az/version/3506) 5.5. bəndində yazılırdı: Xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və müvafiq qanunlarla tənzimlənir.
DÖRDÜNCÜSÜ: Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanı ilə təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanla dəyişikliklər edilib (https://e-qanun.az/framework/28949).
28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.1.4-cü bəndi (https://e-qanun.az/framework/53110) ilə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanının 4-cü bəndində dəyişiklik etmişdir və orada yazılır: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın; öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın icrasını təmin edən digər tədbirlər həyata keçirsin (https://e-qanun.az/framework/356#_ednref2).
Diqqət edək: Bu, o deməkdir ki, dövlət orqanının hüquqi varisliyi (səlahiyyətlərin ötürülməsi) 2022-cü ildə hələ də çeklərin istifadəsi ilə bağlı normanı qüvvədə saxlayıb. Bu uyğunlaşdırmalar yalnız o halda edilə bilər ki, norma hələ qüvvədə olsun.
Dəfələrlə AR NK və AR Prezidenti tərəfindən edilən bu dəyişikliklərin sırf texniki xarakter daşıması ehtimalı zəifdir – əsaslandırılmır, texniki səhv sayıla bilməz!
Bu normanın saxlanılması həmin hüququn – müvafiq institutun qüvvədə qalmasını göstərir.
Dövlət özü 2022-ci ildə özəlləşdirmə çeklərinin istifadəsi üçün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə hüquqi mexanizmin mövcud olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-cü il tarixli fərmanı ilə özəlləşdirmə çeklərinin istifadəsi ilə bağlı normada yalnız səlahiyyətli orqan dəyişdirilmiş, lakin normanın özü qüvvədə saxlanılmışdır. Bu isə özəlləşdirmə çeklərinin hüquqi institut kimi mövcudluğunu və hüquqi qüvvəsinin davam etdiyini təsdiq edir. Beləliklə 2022-ci ildə normada səlahiyyətli orqanın dəyişdirilməsi həmin mexanizmin hüquqi mətnlərdə saxlanıldığını göstərir. Bu hal, çeklərin hüquqi taleyinin qəti şəkildə dövriyyədən çıxarılma proseduru ilə tamamlanmadığına dair arqumenti gücləndirir.
BEŞİNCİ: AR Ədliyyə Nazirliyinin 8 Fevral 2025-ci il tarixində mətbuata verdiyi RƏSMİ xəbərdən məlum oldu ki, 2011-ci ildə ödəmə -tədiyyə vasitəsi kimi istifadəsi uzadılmayan DÖP/Ç-lərin dövriyyədən çıxarılması haqqında Normativ Hüquqi Aktların Reyestrində heç bir qanunvericilik norması movcüd deyil.
Beləliklə 2025-ci il 8 Fevral tarixli açıqlamada normativ hüquqi aktların reyestrində dövlət özəlləşdirmə paylarının (çeklərin) dövriyyədən çıxarılması barədə xüsusi normanın mövcud olmadığı bildirilmişdir. Bu hal, çeklərin dövriyyədən çıxarılmasına dair qanunla tələb olunan prosedurun (reyestr qeydi və rəsmi dərc daxil olmaqla) tamamlanmaması barədə arqumenti gücləndirir.
“Sitat TV” – 8 Fevral 2025-ci il. Özəlləşdirmə çekləri ilə bağlı mühüm xəbər: Dövriyyədən çıxarılmayıb (https://sitat.info/news/53313/ozellesdirme-cekleri-il%20e-bagli-muhum-xeber-dovriyyeden-cixarilmayib
Vətəndaşlar hüquqi dövlət prinsiplərinə, qanunların aliliyinə və dövlətin qəbul etdiyi normativ aktlara etibar edərək özəlləşdirmə çeklərini satmamış, onların gələcəkdə inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin müəyyən ediləcəyini və ya qanuni qaydada dövriyyədən çıxarılaraq ədalətli kompensasiya veriləcəyini gözləmişlər. Bu gözləntilər dövlət orqanlarının rəsmi mövqeləri və uzun müddət ərzində açıq dövriyyədən çıxarılma qərarının olmaması ilə möhkəmləndirilmişdir.
XI DÖVLƏTƏ AİD HÜQUQİ QEYRİ-MÜƏYYƏNLİK
- Aşağıdakı faktlar da vətəndaşların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan “mülkiyyət hüququnun” pozulduğunu təsdiq edir:
1) Vətəndaşların özəlləşdirmə çekləri qanunla heç vaxt rəsmi olaraq dövriyyədən çıxarılmamışdır və buna görə də mülkiyyət obyekti kimi mövcud olmağa davam etmişdir. Bununla belə, 2011-ci ildən etibarən dövlət onların dövriyyəsi və ödəmə vasitəsi kimi istifadəsi üçün bütün mexanizmləri dayandıraraq ərizəçilərin mülkiyyət hüquqlarını praktiki olaraq həyata keçirməsini qeyri-mümkün edib.
Sonradan qəbul edilmiş Prezident fərmanları ilə əvvəl mövcud olmuş özəlləşdirmə payları üzrə hüquqlar faktiki olaraq məhdudlaşdırıldı və onların icra mexanizmi ləğv edildı. Hüquq yalnız formal sənəd səviyyəsində saxlanılmış, iqtisadi məzmunu kompensasiya verilmədən faktiki olaraq aradan qaldırılmışdır. DÖP/Ç-lər artıq ödəniş vasitəsi kimi istifadə oluna bilməsə belə, onlar Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasında sahiblik təşkil etməkdə davam edirdilər.
2) 2011-2017-ci illər arasında dövlət orqanları tərəfindən verilən rəsmi cavablarda etiraf edilmişdir ki: özəlləşdirmə çeklərinin ödəniş vasitəsi kimi istifadəsi 2011-ci ilin yanvarında başa çatıb; onların dövriyyədən çıxarılması üçün heç bir prosedur qəbul edilməmişdir; istifadə olunmamış çekləri tənzimləyən qanunvericilik bazası natamam qalmışdır.
Səlahiyyətli maliyyə orqanının 2017-ci il tarixli rəsmi yazışması təsdiq etmişdir ki, özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması ilə bağlı heç bir qanunvericilik aktı qəbul edilməmiş və müvafiq qanunvericilik hələ hazırlanma mərhələsindədir. Yəni dövriyyədən çıxarılması barədə qanunla nəzərdə tutulan prosedur başa çatdırılmamışdır.
2011-ci ildə çekdən istifadənin dayandırılmasına baxmayaraq, sonrakı hökumət aktlarında Nazirlər Kabinetinin qərarları və qəbul edilmiş Prezident fərmanları da daxil olmaqla, özəlləşdirmə çeklərinin mövcud maliyyə alətləri kimi qeyd edilməsi davam etdirilmişdir.
Hüquqi müəyyənlik hüququn aliliyinin əsas elementidir və Konvensiya sisteminin fundamental prinsipidir (Brumărescu Rumıniyaya qarşı).
Dövlətin hüquqi çərçivənin hələ də həll olunmadığını etiraf etməsi göstərir ki, vətəndaş müdaxilənin nə vaxt qəti xarakter aldığını müəyyən edə bilməzdi.
Hüquqi qeyri müəyyənlik dövlətin özü tərəfindən yaradıldıqda şəxslər ondan irəli gələn nəticələri qabaqcadan görə bilmədiklərinə görə məsuliyyət daşıya bilməzlər (Beyeler İtaliyaya qarşı; Öneryıldız Türkiyəyə qarşı).
3) Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində deyilir ki, mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və qanunla qorunur.
Azərbaycan Respublikası Konstitusiyasının 94.1-ci maddəsinin 13-cü bəndində deyilir ki, mülkiyyət hüququ ancaq AR Milli Məclisi tərəfindən ümumi qaydalar müəyyən edilir.
Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 64.12. Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.
Vətəndaşlar hüquqi dövlət prinsiplərinə, qanunların aliliyinə və dövlətin qəbul etdiyi normativ aktlara etibar edərək özəlləşdirmə çeklərini satmamış, onların gələcəkdə: inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin müəyyən edilərək özəlləşdirmə payı – əmlak veriləcəyini və ya qanuni qaydada dövriyyədən çıxarılaraq ədalətli kompensasiya veriləcəyini gözləmişlər. Bu gözləntilər dövlət orqanlarının rəsmi mövqeləri və uzun müddət ərzində açıq ləğvetmə qərarının olmaması ilə möhkəmləndirilmişdir.
XII 1 illik və 10 illik müddətlə bağlı ƏSASLANDIRMA
1) AR Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, mülkiyyət hüququ toxunulmazdır, mülkiyyət yalnız məhkəmə qərarı ilə və ya ədalətli kompensasiya şərti ilə məhdudlaşdırıla bilər.
2) AR MM Maddə 384. İddia müddətinin şamil edilmədiyi tələblər
384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri;
3) Maddə 1078-27. Qiymətli kağızların dövriyyədən çıxarılması
1078-27.1.4-1. tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə
1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
1078-27.2. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər dövlət qeydiyyatına alınmış qiymətli kağızlar dövriyyədən çıxarıldıqda Azərbaycan Respublikasının Mərkəzi Bankı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər etməlidir.
1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi mediada dərc olunmalıdır. (6 iyul 2023-cü il tarixli 936-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilmişdir).
1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.
1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.
1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
4) İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur”.
14-cü maddəsində deyilir ki, “Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”.
62.1-ci maddəsində deyilir ki, İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.
5) AR Konstitusiyası:
Maddə 13. Mülkiyyət
1.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 29. Mülkiyyət hüququ
I Hər kəsin mülkiyyət hüququ vardır.
II Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Beləliklə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və qanunla qorunur, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar
94.1-ci maddəsinin 13-cü bəndində deyilir ki, mülkiyyət hüququ, o cümlədən mülkiyyətinin hüquqi rejimi, digər əşya hüquqları; öhdəlik hüququ ancaq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ümumi qaydalar müəyyən edilir.
Məhkəmələr zamanı 1 illik və 10 illik müddətlə bağlı qanunsuzluq
Bundan başqa məhkəmələr hesab edib ki, guya ərizəçi və digər iddiaçılar Mülki Məcəllinin 373.1-ci maddəsində olan 10 illik iddia müddətini və “İnzibati icraat haqqında” Qanun 67.11-ci maddəsində olan 1 illik müddəti ötürüblər. Hesab edirik ki, məhkəmənin gəldiyi bu nəticə AR Konstitusiyasına və digər qanunvericilik aktlarına ziddir.
- Milli inzibati hüquqa görə kompensasiya tələbi üçün bir illik müddət yalnız qanunsuz inzibati aktın ləğvi barədə rəsmi bildirişdən sonra başlayır.
- Belə bildiriş və ya rəsmi dərc heç vaxt baş verməmişdir.
- Buna görə bir illik müddətin başlanğıcı heç vaxt yaranmamışdır.
- Hökumət rəsmi ləğv bildirişin mövcud olduğunu iddia edərsə, sübutetmə yükü dövlətin üzərinə düşür, çünki belə məlumat yalnız onun institusional məlumat sahəsindədir.
- İş materiallarında DÖP və DÖPÇ-lərin dövriyyədən çıxarılması barədə nə normativ hüquqi akt, nə inzibati akt, nə də qanunla tələb olunan rəsmi elan mövcuddur. Belə olan halda 1 illik müddətin başlanması hüquqi baxımdan mümkün deyildir.
- Onu da qeyd edək ki, həmin norma imperativ xarakterli normadır. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”. Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamayıb ki, bitmiş olsun.
10 illik müddət
- İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir. Mülkiyyət hüququ pozuntularına isə iddia müddəti şamil olunmur.
Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir.
- Vətəndaşlar mülkiyyət hüququnun davam edən məhdudlaşdırılmasını mübahisələndirdiyinə görə milli hüquqa əsasən də müddət qaydaları tətbiq edilə bilməz. Cünki qanunun 10-cu maddəsi hələ də qüvvədədir və Qanunla DÖP/Ç-lər ödəmə-tədiyyə vasitəsidir.
- Çekləri ləğv edən heç bir rəsmi dərc, bildiriş və ya qanunvericilik aktı mövcud olmamışdır.
Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətinin ötürdüyünü qəbul etməsi, məhkəmənin işi obyektiv və hər tərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozduğunu təsdiq edir.
İDDİA MÜDDƏTLƏRİ ÜMUMİYYƏTLƏ BAŞLAMAYIB
- AİHM-də Məhkəmə dəfələrlə qeyd etmişdir ki, iddia müddətləri yalnız ərizəçi hüququna son və qəti müdaxilə barədə kifayət qədər məlumat əldə etdikdən sonra başlaya bilər (Varnava Türkiyəyə qarşı; Sabri Güneş Türkiyəyə qarşı).
- Bu işdə:
- hüququ ləğv edən qanun yoxdur;
- hüququn xitamını elan edən rəsmi bildiriş yoxdur;
- kompensasiya mexanizmi yaradılmayıb;
- daxili məhkəmələr belə gələcək qanunvericiliklə hüququn bərpası ehtimalını qəbul etmişlər.
- Buna görə hüquqi müəyyənlik yaranmamışdır və heç bir iddia müddəti etibarlı şəkildə başlaya bilməz.
- İddia müddəti hüquqi baxımdan başlamadan bitmiş hesab edilə bilməz (Miragall Escolano İspaniyaya qarşı).
Nəticə
Yuxarıdakı faktlar göstərir ki:
- Çeklərin dövriyyədən çıxarılması barədə normativ akt mövcud deyil.
- Dövlət orqanlarının rəsmi cavabları hüquqi qüvvənin saxlandığını təsdiq edir.
- Vətəndaşlar hüquqi baxımdan tanınmış mülkiyyət hüququna malik olmuşdur.
- Bu hüquq heç vaxt qanuni qaydada ləğv edilməmişdir.
- Dövlət onun həyata keçirilməsinə mane olan hüquqi qeyri-müəyyənlik yaratmış və saxlamışdır.
- Hüquqa son qoyan qəti müdaxilə müəyyən edilməmişdir. Buna görə:
- bir illik müddət başlamamışdır;
- on illik müddət başlamamışdır;
- vəziyyət davam edən pozuntu təşkil edir;
- ratione temporis baxımından tam qəbul ediləndir
XIII ŞİKAYƏTİN PREDMETİ
Bu şikayət Azərbaycan Respublikası Konstitusiyasının aşağıdakı maddələrinin pozulmasını ehtiva edir:
Bu işdə Konstitusiyanın aşağıdakı müddəalarının pozulduğu iddia edilir:
- Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi – Mülkiyyətin toxunulmazlığı prinsipi pozulmuşdur.
- Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi – Mülkiyyət hüququnun dövlət tərəfindən qorunması təmin edilməmişdir.
- Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi – Konstitusiyanın və qanunların aliliyi prinsipi pozulmuşdur.
- Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi – Normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyası pozulmuşdur.
- Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi – Mülkiyyət hüquqlarının tənzimlənməsinin yalnız qanunverici orqana aid olması prinsipi pozulmuşdur.
- Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi – İnsan və vətəndaş hüquqlarının təmin edilməsi ilə bağlı dövlət öhdəlikləri pozulmuşdur.
- Maddə 60 – Məhkəmə müdafiəsi hüququ
Ərizəçilərin mülkiyyət hüquqları və həmin hüquqların praktik həyata keçirilməsi imkanları qanunla nəzərdə tutulmuş prosedur və təminatlar olmadan məhdudlaşdırılmışdır. Mülkiyyət hüququna müdaxilə yalnız qanunla, hüquqi müəyyənlik və ədalətli kompensasiya prinsipləri gözlənilməklə mümkündür; icra hakimiyyəti xarakterli aktlarla bu hüququn faktiki məhdudlaşdırılması hüquqi dövlət prinsipinə ziddir.
Xüsusi QEYD: Daxili qanunvericiliyə əsasən, AR Cinayət Məcəlləsinin 308, 341-ci Maddələri və AR Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun 1-ci və 9-cu maddələri ilə dövlət əmlakının qanunsuz özgəninkiləşdirilməsi və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş səlahiyyət hüdudlarının aşılması, dövlət əmlakının qanunsuz özgəninkiləşdirilməsi, vətəndaşlara məxsus mülkiyyət hüquqlarının icra hakimiyyəti aktları ilə məhdudlaşdırılması və kompensasiya ödənilmədən faktiki müsadirə edilməsi halları korrupsiya xarakterli əməllər kimi qiymətləndirilə bilər.
Bununla belə, ərizəçilər Konstitusiya Məhkəməsindən bu əməllərə cinayət-hüquqi kimi qiymət verilməsini deyil, sözügedən davranışların Konstitusiyanın və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququnun pozulması kimi tanınmasını xahiş edir.
Dövlət ərizəçilərə özəlləşdirmə çekləri təqdim etməklə, onlara real iqtisadi dəyərə malik əmlak vəd etmişdir. Lakin nəticədə ərizəçilərə yalnız bu vədin “qablaşdırılması” təqdim edilmiş, vəd edilən dəyərin özü isə heç vaxt əlçatan olmamışdır.
Beləliklə, ərizəçilər mülkiyyət hüququnun məzmununu deyil, yalnız onun boş hüquqi qabığını əldə etmişlər.
XIV DAVAM EDƏN POZUNTU (continuous violation)
- Dövlət tanınmış mülkiyyət hüququnun reallaşdırılması üçün mexanizm yaratmadıqda pozuntu davam edən pozuntu (continuous violation) xarakteri daşıyır (Kotov Rusiyaya qarşı).
- Ərizəçinin çeklərdən istifadə edə bilməməsi tamamlanmış tarixi aktın deyil, hakimiyyət orqanlarının davam edən hərəkətsizliyinin nəticəsidir.
- Buna görə vəziyyət keçmiş hadisə deyil, davam edən müdaxilə təşkil edir və iddia müddətləri tətbiq oluna bilməz.
Bu Faktlar Avropa Məhkəməsində açıq mülkiyyət hüququ pozuntusu kimi qiymətləndirilib. Hazırkı hüquqi vəziyyət Avropa İnsan Hüquqları Məhkəməsinin aşağıdakı presedentlərində formalaşdırılmış prinsiplərlə uyğunluq təşkil edir.
Beynəlxalq hüquqla bağlı ƏSASLANDIRMA – Avropa Məhkəməsinin müvafiq presedentləri
- Daxili məhkəmələrin ərizəçinin mülkiyyət hüququnun qanuni ləğvinin olmaması ilə bağlı əsas arqumentlərini araşdırmaması Konvensiyanın 6.1 maddəsi üzrə problem yaradır; həmin maddə məhkəmələrin qərarlarını kifayət qədər əsaslandırmasını tələb edir (Ruiz Torija İspaniyaya qarşı).
- Ərizəçinin tanınmış mülkiyyət hüququnu həyata keçirməsinə imkan verən hər hansı daxili hüquqi mexanizmin olmaması Konvensiyanın 13-cü maddəsinin – effektiv hüquqi müdafiə vasitəsi hüququnun – pozuntusunu təşkil edir.
- AİHM-in presedent hüququna əsasən, “sahiblik” təkcə mövcud əmlakı deyil, həm də mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsinə dair qanuni gözləntiləri əhatə edə bilər (Kopecký Slovakiyaya qarşı; Stretch Birləşmiş Krallıqa qarşı).
Vətəndaşların qanunla yaradılmış və dövlət əmlakı ilə təmin edilmiş özəlləşdirmə çekləri buna görə də 1 saylı Protokolun 1-ci maddəsinin mənasına uyğun olaraq “mülkiyyət” təşkil edirdi.
- Broniowski Polşaya qarşı (2004) – qanunla tanınmış əmlak hüququnun sistemli icra edilməməsi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu kimi tanınmışdır;
- Pressos Compania Naviera Belçikaya qarşı (1995) – mövcud hüquqa geriyə qüvvəli normativ müdaxilə hüquqi müəyyənlik prinsipinə zidd hesab edilmişdir;
- Beyeler İtaliyaya qarşı (2000) – dövlət müdaxiləsinin qeyri-müəyyən və proqnozlaşdırılmaz olması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir;
- Stretch Birləşmiş Krallığa qarşı (2003) – legitimate expectation (qanuni gözlənti) müdafiəsi mülkiyyət hüququnun ayrılmaz elementi kimi tanınmışdır.
XV LEGITIMATE EXPECTATION (HÜQUQİ GÖZLƏNTİ) TESTİ
Bu test beynəlxalq hüququn əsas testidir.
Dövlət:
- qanun qəbul etmişdir
- hüquq vermişdir
- istifadə imkanını təsdiq etmişdir
Bu isə hüquqi gözlənti yaratmışdır. Sonradan bu hüquq faktiki olaraq aradan qaldırılmışdır. Bu isə hüquqi gözləntinin pozulmasıdır.
Vətəndaşların qanunla yaradılmış və dövlət əmlakı ilə təmin edilmiş özəlləşdirmə çekləri buna görə də 1 saylı Protokolun 1-ci maddəsinin mənasına uyğun olaraq “mülkiyyət” təşkil edir. AİHM: Məhkəmənin presedent hüququna əsasən, “sahiblik” təkcə mövcud əmlakı deyil, həm də mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsinə dair qanuni gözləntiləri əhatə edə bilər (Kopecký Slovakiyaya qarşı; Stretch Birləşmiş Krallıqa qarşı).
Hüquqi müəyyənlik və “legitimate expectation” (qanuni gözlənti), normativ iyerarxiya və səlahiyyət dəyişməsi: Hüquqi müəyyənlik prinsipi və qanuni gözləntilərin qorunması 1 saylı Protokolun 1-ci maddəsinin mühüm hissəsini təşkil edir (Beyeler İtaliyaya qarşı).
ULTRA VIRES TESTİ
Ultra vires – səlahiyyətdən kənar hərəkət deməkdir.
Qanunu dəyişdirmək səlahiyyətinə malik deyil. Bu səlahiyyət yalnız Milli Məclisə məxsusdur.
Bu səbəbdən fərman səlahiyyət həddini aşmışdır.
Dövlət mexanizm yaratmalı idi, yaratmadı – bu, sistemli pozuntu kimi qiymətləndirildi. İxtisaslaşdırılmış çek investisiya fondlarının yaradılmaması dövlətin müsbət öhdəliklərinin pozulması deməkdir. AİHM: Məhkəmə hesab etdi ki, daxili qanunvericilik mülkiyyət hüququ yaratdıqda, dövlət onun həyata keçirilməsi üçün praktiki və effektiv mexanizmin mövcudluğunu təmin etməlidir (Broniowski Polşaya qarşı).
AİHM-in presedent hüququna görə, fərdləri artıq formalaşmış mülkiyyət hüquqlarından məhrum edən və geriyə qüvvə verən normativ müdaxilə hüquqi müəyyənlik prinsipi ilə uyğun gəlmir və 1 saylı Protokolun 1-ci maddəsi baxımından problem yarada bilər (Pressos Compania Naviera S.A. Belçikaya qarşı).
İstənilən müdaxilə ümumi maraq tələbləri ilə fərdin mülkiyyət hüquqlarının qorunması arasında ədalətli balans yaratmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı). İndiki halda nə kompensasiya, nə keçid mexanizmi, nə də effektiv müdafiə vasitələri təmin olunub.
Çeklər ləğv edilməyib, geri alınmayıb, kompensasiya verilməyib. Hüquqi vəziyyət açıqdır. “Davamlı pozuntu və hüquqi qeyri-müəyyənlik” (“Continuous violation and legal uncertainty”). AİHM hesab etdi ki, daxili qanunvericilik mülkiyyət hüququ yaratdıqda, dövlət onun həyata keçirilməsi üçün praktiki və effektiv mexanizmin mövcudluğunu təmin etməlidir (Broniowski Polşaya qarşı). İxtisaslaşdırılmış çek investisiya fondlarının yaradılmaması dövlətin müsbət öhdəliklərinin pozulması deməkdir.
XVI KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ və DEPUTATLARA müraciətin SƏBƏBLƏRİ
1.Hüquqi müəyyənlik prinsipinin pozulması (legal certainty)
2.Qanuni gözləntinin pozulması (legitimate expectation)
- Dövlətin vətəndaşlara verdiyi rəsmi vədlərin yerinə yetirilməməsi
- Dövlətin yaratdığı hüquqi sistemin yarımçıq saxlanılması
- Effektiv hüquqi müdafiənin olmaması (məhkəmələr müdafiə etmir)
Mediada dərc edilmiş deputat mövqeləri
Bu pozuntular barədə vətəndaşlar özləri və mətbuat vasitəsi ilə Milli Məclisə müraciətlər edirlər (https://ayna.az/deputatlar-ve-vicdan-haqqinda).
Çoxsaylı deputatlardan qanun tələbi: ədalət təmin edilməlidir – çağırışları mətbuat vasitəsi ilə hakimiyyətə ünvanlanır (https://ayna.az/deputatlardan-qanun-telebi-edalet-temin-edilmelidir).
Azərbaycan Respublikasında özəlləşdirmə çeklərinin hüquqi statusu ilə bağlı məsələ yalnız ərizəçilərin fərdi mövqeyi deyil, həm də dövlət səviyyəsində ictimai və parlament müzakirəsi predmetidir.
Belə ki, “Ayna.az” xəbər portalında 2026-cı ildə dərc edilmiş “Deputatlardan qanun tələbi: ədalət təmin edilməlidir” (https://ayna.az/deputatlardan-qanun-telebi-edalet-temin-edilmelidir) və “Tarixi ədalət istəyi və YAP deputatlarından dəstək – Fərman qanunu poza bilməz” (https://ayna.az/tarixi-edalet-isteyi-ve-yap-deputatlarindan-destek) başlıqlı məqalələrdə də Azərbaycan Respublikası Milli Məclisinin 10-larla deputatı özəlləşdirmə çeklərinin hüquqi taleyi ilə bağlı aşağıdakı mövqeləri bildirmişlər:
– “Hüquqları pozulan vətəndaşların haqlarının bərpası mütləqdir”
– “Onlar hüquqlarının pozulması iddialarında qanunla haqlıdırlar. Görünən odur ki, bu problemin həllində maraqlı olmayanlar var”.
– “Özəlləşdirmə hüququndan istifadə etməyən, yaxud da edə bilməyən vətəndaşların haqları özlərnə qaytarılmalıdır”.
– “Çekləri əllərində qalmış vətəndaşların hüquqlarının bərpa olunması lazımdır”.
– “Çek məsələsində vətəndaşların pozulan hüquqlarının bərpası mütləqdir. Özəlləşdirmə prosesində çox ciddi nöqsanlar yaşanıb, korrupsiya halları olub”.
– “Ya çeklərdən özəlləşdirmədə istifadəyə şərait yaradılmalıdır, ya da vauçerlər qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir”.
– “İstifadə edilməmiş özəlləşdirmə çeklərinin taleyinə hüquqi qiymət verilməlidir və vətəndaşların hüquqları pozulubsa, bu hüquqlar bərpa olunmalıdır”.
– “Bu məsələ araşdırılmalı və hüquqi həll yolu tapılmalıdır”.
– “Zərurət yaranarsa, kompensasiya mexanizmi də nəzərdən keçirilə bilər”.
Həmçinin məqalələrdə qeyd edilmişdir ki, bu mövqe 60-dan artıq deputat tərəfindən dəstəklənmişdir.
Bu fakt onu göstərir ki:
- Özəlləşdirmə çekləri ilə bağlı hüquqi qeyri-müəyyənlik dövlət hakimiyyətinin qanunverici qolunun üzvləri tərəfindən də tanınır;
- Bu məsələ fərdi və əsassız iddia deyil, geniş ictimai və hüquqi əhəmiyyət kəsb edən konstitusion mübahisədir;
- Vətəndaşların mülkiyyət hüquqlarının bərpası məsələsi real və legitim hüquqi tələb kimi qəbul olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır və bu hüquq qanunsuz olaraq məhdudlaşdırıla bilməz.
Bu səbəbdən, deputatların bu məsələ ilə bağlı rəsmi və açıq şəkildə ifadə olunmuş mövqeləri ərizəçilərin iddialarının əsassız olmadığını, əksinə, ciddi konstitusion hüquq pozuntusu ehtimalının mövcud olduğunu təsdiq edən əlavə sübut kimi qəbul edilməlidir.
Bu problemin ölkə daxilində tam araşdırılması vacibdir.
Cənab Prezident hüquqşünas deyil.
Vətəndaşlar məmurlardan fərqli olaraq bu problemin Ulu Öndər Heydər Əliyev öləndən 6 ay sonra Ramiz Mehdiyev və bu işdə maraqlı olan “oliqarx məmurların” xəyanəti və cənab Prezidentin etimadından sui-istifadə nəticəsində yarandığına ƏMİNDİRLƏR!
Ulu Öndər Heydər Əliyevin siyasətini dəstəkləyən, ona inanaraq özəlləşdirmə paylarını (çeklərini) satmayan vətəndaşlar Ali Baş Komandan, cənab Prezident İlham Əliyevi dəstəkləyir, sevir və inanırlar. İNANIRLAR ki: Ulu Öndər Heydər Əliyevin vəsiyyətini əməl edərək Qarabağı və hətta heç kimin ağlına gəlməyən Xankəndini işğaldan azad edən, vicdanlı, qeyrətli, yüksək mənəviyyata malik bir şəxsiyyət – öz atasının Xalqa vədini və qanunları bilə-bilə heç vaxt pozmaz!
Konstitusiya və “Quran”a əl basaraq, dövlətçiliyə və xalqa xidmət edəcəyinə and içən bu böyük şəxsiyyət heç vaxt qanunun aliliyinə xələl gətirilməsinə imkan verməz, dövlətinin və onu sevən xalqının ziyanına heç zaman vaxt addım atmaz!
Dövlətçiliyimizə, Qanunun aliliyinə, hüquqi dövlət olduğumuza və cənab Prezidentə inanan vətəndaşların hüquqi problemləri ölkə xaricində, Avropada həll olunmamalıdır. Qanunun aliliyi təmin olunmalı və bu hüquqi problem ölkə daxilində narazılıq, qarşıdurma, sosial gərginlik yaratmamalıdır.
QƏRƏZLİ MƏHKƏMƏLƏR və KONSTİTUSİYON POZUNTULAR
Bakı İnzibati Məhkəməsində pozuntuların hüquqi əsaslandırılması:
21.08.2024-ci il tarixində 686 iddiaçı və 3000-dən çox üçüncü şəxs Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıların (ərizəçilərin) mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə payları (çekləri) üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması və bu paylar (çeklər) ilə bağlı digər hüquqlarının təmin olunması” barədə məhkəmə qərarının verilməsini xahiş etdi.
- Bakı İnzibati Məhkəməsi (bundan sonra BİM adlandırılacaq) tərəfindən işə baxılarkən ərizəçilərin iddia ərizəsində və məhkəmə iclaslarında irəli sürdükləri həlledici hüquqi arqumentlər araşdırılmamış, onlara hüquqi qiymət verilməmiş və qəbul edilməməsinin səbəbləri qərarda göstərilməmişdir.
- Ərizəçilər dövlət tərəfindən qanun əsasında verilmiş DÖP/Ç-lərin mülkiyyətçiləridir. Həmin hüquq 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə əsasən tanınmışdır və DÖPÇ-lər qanunla ödəmə vasitəsi kimi müəyyən edilmişdir.
- İddia ərizəsində əsas tələb DÖP və DÖÇ-lərdən irəli gələn mülkiyyət hüquqlarının tanınması, cavabdeh dövlət orqanlarının hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bu hüquqların praktik və effektiv şəkildə həyata keçirilməsinin təmin olunması olmuşdur.
- Məhkəmə isə iddianın mahiyyətini düzgün hüquqi kvalifikasiya etməmiş, mübahisəni kompensasiya tələbi kimi qiymətləndirərək iddia müddəti tətbiq etmişdir.
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4 və 384.0.5-ci maddələrinə əsasən mülkiyyətçinin hüququnun pozuntularının aradan qaldırılması və dövlət orqanının mülkiyyət hüququnu pozan aktının etibarsız sayılması barədə tələblərə iddia müddəti şamil edilmir. Bu norma imperativ xarakter daşıyır.
- Ərizəçilərin tələbi məhz mülkiyyət hüququnun tanınması və hüququ pozan normativ-hüquqi müdaxilənin aradan qaldırılması ilə bağlı olmuşdur. Buna baxmayaraq, Məhkəmə 10 illik ümumi iddia müddətinin keçdiyini göstərmiş, lakin bu müddətin hansı tarixdən hesablandığını əsaslandırmamışdır.
- Məhkəmə həmçinin “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə, 1 illik müddət qanunsuz inzibati aktın ləğvi barədə maraqlı şəxsə məlumat verildiyi gündən başlayır.
- Ərizəçilər məhkəmədə bir neçə dəfə vəsatət qaldıraraq, DÖP/Ç-lərin dövriyyədən çıxarılması barədə normativ aktın təqdim edilməsini və rəsmi elanların araşdırılmasını xahiş etmişlər.
- Məhkəmə bu vəsatətlərə ayrıca qərarla münasibət bildirməmiş, cavabdeh dövlət nümayəndəsinin şifahi bəyanatına əsaslanaraq qərar qəbul etmişdir.
- İş üzrə təqdim edilmiş rəsmi sənədlər göstərir ki, 2017-ci il tarixli dövlət məktubunda DÖP/Ç-lərin dövriyyədən çıxarılması barədə qanunvericilik aktının mövcud olmadığı bildirilmişdir.
- Bu sənədlər iş üçün həlledici əhəmiyyət daşıdığı halda, Məhkəmə onları qiymətləndirməmiş və qərarında bu sənədlərə münasibət bildirməmişdir.
- Məhkəmə qərarında DÖP/Ç-lərin 2011-ci il 1 yanvar tarixindən qüvvəsini itirdiyini göstərmiş, lakin bunun hüquqi əsasını konkret normativ aktla əsaslandırmamışdır.
- 2011-ci il tarixli dəyişikliklər yalnız tədavül və tədiyyə vasitəsi kimi istifadəyə məhdudiyyət qoymuşdur. Lakin “dövriyyədən çıxarılma” barədə ayrıca normativ akt mövcud deyil.
- 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə əsasən, dövlət özəlləşdirmə payları özəlləşdirmə zamanı qanuni ödəmə vasitəsi kimi tanınmışdır.
- 11.06.2004-cü il tarixli 75 saylı Fərman ilə bu hüquqa məhdudiyyət tətbiq edilmişdir. Ərizəçilər məhkəmədə bildirmişlər ki, Fərman ilə Qanun arasında açıq normativ ziddiyyət mövcuddur.
- Normativ iyerarxiya prinsipinə görə, Qanun Fərmandan üstün hüquqi qüvvəyə malikdir. Bu ziddiyyətin həlli üçün işin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə vəsatət verilmişdir.
- Məhkəmə bu vəsatətə hüquqi qiymət verməmiş və iş Konstitusiya Məhkəməsinə göndərilməmişdir.
- Bu hal normativ iyerarxiya prinsipinin və hüquqi müəyyənlik prinsipinin pozuntusuna səbəb olmuşdur.
- Ərizəçilər məhkəmə iclaslarında aşağıdakı sualları qaldırmışlar:
– DÖP və DÖÇ-lərin dövriyyədən çıxarılması barədə normativ akt hansıdır?
– Bu barədə rəsmi elan nə vaxt və harada dərc olunmuşdur?
– Kompensasiya mexanizmi yaradılmışdırmı?
– Kompensasiya məbləği necə müəyyən edilmişdir?
- Bu sualların heç birinə məhkəmə qərarında cavab verilməmişdir.
- Məhkəmə iclasları video-çəkilişlə aparılmışdır və bu, ərizəçilərin arqumentlərinin cavabsız qaldığını obyektiv şəkildə təsdiq edə bilər.
- BİM DÖP/Ç-lərin Qanunla deyil, Fərmanla verildiyini göstərmişdir. Halbuki iddia ərizəsində onların qanunla verildiyi açıq şəkildə göstərilmişdir.
- Bu yanlış hüquqi təsnifat işin obyektiv və hərtərəfli araşdırılmadığını göstərir.
- Məhkəmə tərəfindən sübutların toplanmaması, rəsmi sənədlərin tələb edilməməsi və yalnız şifahi bəyanata əsaslanaraq qərar qəbul edilməsi ədalətli məhkəmə araşdırması prinsipinə ziddir.
- Məhkəmə 10 illik iddia müddətinin keçdiyini göstərmiş, lakin bu müddətin başlanma tarixini, hüquqi əsasını və konkret normanı izah etməmişdir.
- Əgər hüququn xitamı barədə rəsmi akt mövcud deyildirsə, müddətin başlanması da hüquqi baxımdan müəyyən edilə bilməz.
- DÖP/Ç-lər dövlət qiymətli kağızı statusuna malik olmuş və üzərində müddət məhdudiyyəti göstərilməmişdir.
- Bu hal mülkiyyətçinin legitim gözləntilərinin formalaşmasına səbəb olmuşdur.
- 2011-ci ildən sonra özəlləşdirmənin yalnız pulla aparılması DÖP/Ç-lərin faktiki olaraq istifadəsini mümkünsüz etmişdir.
- Lakin DÖP/Ç-lərdən istifadənin məhdudlaşdırılması DÖP və DÖÇ-lər üzərindəki mülkiyyət hüququnun ləğvi demək deyildir.
- Dövlət tərəfindən kompensasiya mexanizmi yaradılmamış və hüququn faktiki neytrallaşdırılması baş vermişdir.
- Məhkəmə bu müdaxilənin qanuniliyi və proporsionallığı barədə heç bir qiymətləndirmə aparmamışdır.
- Məhkəmə tərəfindən qəbul edilmiş qərar əsaslandırılmış və balanslaşdırılmış hüquqi təhlilə əsaslanmamışdır.
- Beləliklə, BİM-si:
– həlledici arqumentlərə cavab verməmiş,
– normativ ziddiyyəti araşdırmamış,
– müddətin başlanmasını əsaslandırmamış,
– sübutları qiymətləndirməmiş,
– vəsatətlərə münasibət bildirməmişdir.
- Bu hallar Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu təşkil edir.
- Eyni zamanda DÖP və DÖÇ-lərin qanuni əsas olmadan faktiki olaraq istifadədən çıxarılması və kompensasiya mexanizminin yaradılmaması Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququna müdaxilədir.
- Məhkəmənin qərarı hüquqi müəyyənlik prinsipini və mülkiyyətçinin legitim gözləntilərini pozmuşdur.
- Nəticə etibarilə, BİM işi obyektiv, hərtərəfli və qanuni şəkildə araşdırmamış, əsaslandırılmamış qərar qəbul etmişdir.
- Bu səbəbdən qəbul edilmiş qərar Konvensiyanın 6-cı maddəsinə və 1 saylı Protokolun 1-ci maddəsinə zidd hesab olunmalıdır.
APELYASIYA Məhkəməsində pozuntular və hüquqi əsaslandırma
- 19 dekabr 2024-cü il tarixində ərizəçi və digər iddiaçılar Bakı İnzibati Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərarından (iş № 2(006)-3169/2024) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. 21 fevral 2025-ci il tarixli 2-1(103)-1226/2025 saylı qərarla Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdir.
- Apellyasiya instansiyası birinci instansiya məhkəməsi kimi işi hərtərəfli və obyektiv araşdırmamış, təqdim olunmuş sübutları qiymətləndirməmiş və kifayət qədər əsaslandırılmamış qərar qəbul etmişdir. Bununla ərizəçinin Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan ədalətli məhkəmə araşdırması hüququ və 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququ pozulmuşdur.
- Ərizəçilər məhkəməyə təqdim etdikləri sənədlərlə sübut etmişlər ki, dövlət özəlləşdirmə payları və özəlləşdirmə çekləri qanun əsasında verilmiş, 25 mart 1996-cı il tarixli 450 saylı Prezident fərmanı isə yalnız icra mexanizmlərini müəyyən etmişdir. Buna baxmayaraq, məhkəmə hüquqi əsas göstərmədən çeklərin fərmanla verildiyi nəticəsinə gəlmiş və qərarını bu yanlış hüquqi qənaət üzərində qurmuşdur.
- Ərizəçilər tərəfindən təqdim olunmuş rəsmi sübutlardan biri Ədliyyə Nazirliyinin 8 fevral 2025-ci il tarixli məlumatı olmuşdur. Həmin məlumatda dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə Dövlət Hüquqi Aktların Reyestrində heç bir normativ hüquqi aktın mövcud olmadığı təsdiq edilmişdir. Məhkəmə bu sübutu araşdırmamış və heç bir hüquqi akt olmadan çeklərin guya 2011-ci ildə dövriyyədən çıxarıldığını qəbul etmişdir.
Məhkəmə iclası zamanı fakt olaraq 8 Fevral 2025-ci ildə Ədliyyə Nazirliyi tərəfindən mətbuat orqanlarına DÖP/Ç-lərin dövriyyədən çıxarıması qaydalarının Hüquqi Aktların Dövlət Reyestrində olmadığı barədə rəsmı məlumat verildiyi bildirilib.
DÖP/Ç-lərin dövriyyədən çıxarılmadığını sübut edən rəsmi dövlət orqanlarının məlumatlarını – faktları və arqumentləri Apelyasiya Məhkəməsinin hakimləri araşdırmadı. DÖP/Ç-lərin “şifahi söz” əsasında 2011-ci ildə dövriyyədən çıxarıldığını qəbul etdi. Ərizəçilər tərəfindən bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsi ilə Azərbaycan Respublikası Prezidentinin 11.06.2004-cü il tarixli 75 saylı Fərmanı arasında açıq ziddiyyətlərin mövcud olduğu Apellyasiya Məhkəməsində də bildirildi, “Fərman ilə Qanun maddəsinin dəyişdirilməsinin və ya məhdudlaşdırılmasının mümkün olub-olmaması” məsələsi açıq şəkildə irəli sürüldü. Qarşı tərəfi təmsil edən üç dövlət nümayəndəsi və üc məhkəmə hakimindən heç biri bu suala hüquqi əsaslandırılmış cavab təqdim edə bilməmişdir.
Məhkəmə iclası zamanı dəfələrlə vətəndaşları təmsil edən 6 vəkil və vətəndaşlar qarşı tərəfə suallar verdilər ki: “Sizdə dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında normativ hüquqi akt və ya heç olmasa inzibati akt varmı? DÖP/Ç-lərin dövriyyədən çıxarılacağı haqqında mətbuatda elan verilibmi? DÖP/Ç-lərin kompensasiyası üçün inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin qiyməti hesablanmışdırmı? Hər vətəndaşa nə qədər kompensasiya düşürdu? və s”.
Lakin bu suallara qarşı tərəfdən heç kim cavab vermədi. Bu isə o deməkdir ki, dövlət özəlləşdirmə çeklərini dövriyyədən çıxaran normativ hüquqi akt olmadığı kimi, heç birbaşqa inzibati akt da yoxdur! Elan da yoxdur! Bu səbəbdən də cavabdeh qurum Bakı Apellyasiya Məhkəməsinə heç bir rəsmi sənədi təqdim etmədi, hətta Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi susaraq informasya əldə etmək haqqına qanunvericilik qaydalarını da pozdu. İnformasiya əldə etmək haqqında AR Qanununun 6-cı maddəsində informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi pozuldu.
- Ərizəçilər məhkəmə qarşısında 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsi ilə 11 iyun 2004-cü il tarixli 75 saylı Prezident fərmanı arasında ziddiyyət olduğunu göstərmiş və fərmanın qanunu məhdudlaşdırıb-məhdudlaşdıra bilməsi məsələsinə hüquqi qiymət verilməsini tələb etmişlər. Bu məsələ ilə bağlı nə dövlət nümayəndələri, nə də məhkəmə kollegiyası əsaslandırılmış cavab verməmişdir.
- Çeklərin dövriyyədən çıxarılmasının hüquqi əsası, rəsmi elan olunub-olunmaması və kompensasiyanın hesablanması qaydası barədə qaldırılmış digər mühüm suallar da cavabsız saxlanılmışdır.
- Apellyasiya Məhkəməsi yalnız sübut olunmamış bəyanatlara əsaslanaraq kompensasiya tələbinə dair birillik iddia müddətinin keçdiyini bildirmiş və işin mahiyyətini araşdırmaqdan imtina etmişdir. Məhkəmə qanunla verilmiş mülkiyyət hüququnun icra hakimiyyəti aktları ilə məhdudlaşdırıla bilməsi məsələsini ümumiyyətlə təhlil etməmişdir.
- İclas zamanı hakimlər xüsusi normanın ümumi normaya üstün gəldiyini qəbul etsələr də, qərarın yazılı mətnində ümumi onillik müddətin keçdiyini göstərmiş və iş üçün həlledici əhəmiyyət daşıyan Mülki Məcəllənin 384.0.5-ci maddəsinə istinadı araşdırmamışlar.
- Konstitusion məsələlərin araşdırılmaması: ərizəçilər 14 iyun 2023-cü il tarixli Ali Məhkəmə məktubunu təqdim edərək konstitusion hüquq pozuntularına dair məsələlərin Konstitusiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Apellyasiya instansiyası bu vəsatəti nəzərə almamış və tətbiq etdiyi normaların konstitusiyaya uyğunluğunu qiymətləndirməmişdir.

- Qərarın daxili ziddiyyəti: apellyasiya qərarında qeyd edilmişdir ki, gələcəkdə yeni fərman qəbul edilərsə, çeklərdən yenidən istifadə mümkün ola bilər. Bu ifadə onların hüquqi qüvvəsinin tam itirilmədiyini göstərir. Buna baxmayaraq məhkəmə bu faktı qiymətləndirməmiş və iddia müddətinin keçməsi barədə nəticəsi ilə uzlaşdırmamışdır.
Ali Məhkəmənin qərarı və pozuntuların hüquqi əsaslandırılması
- 15 mart 2025-ci il tarixində ərizəçilər Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. 686 nəfər tərəfindən imzalanmış kassasiya şikayəti üç ay sonra prosessual əsasla geri qaytarıldı (https://www.azerbaijan-news.az/az/posts/detail/ali-mehkeme-ozellesdirme-cekleri-ile-elaqedar-is-uzre-vekille-temsil-olunmadan-kassasiya-sikayetini-imzalamis-698-nefer-iddiaciya-huquqlarini-izah-etdi-1750376181/363016).
Sonradan 42 ərizəçi Ali Məhkəmənin tələbinə uyğun olaraq vəkil orderləri ilə təmin edilmiş kassasiya şikayətlərini yenidən təqdim etmişlər. 14 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsi işi mahiyyəti üzrə araşdırmadan Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərarını qüvvədə saxlamış və ərizəçilərin kassasiya şikayətlərini rədd etmişdir.
07.2025-ci ildə 42 iddiaçı AR Ali Məhkəməsinin tələbi əsasında hər şikayətçi üçün ayrı vəkil orderini də əlavə edərək təkrar kasasiya şikayətini verdilər. Maddi yetərsizlik və vaxt məhdud olduğu üçün başqa iddiaçılar bu kasasiya şikayətinə qoşula bilmədilər.
- Ərizəçilər Ali Məhkəmə qarşısında açıq şəkildə bildirmişdilər ki, aşağı instansiya məhkəmələri mübahisələndirilən Prezident fərmanının konstitusiyaya uyğunluğu barədə onların vəsatətini araşdırmamışdır. Ali Məhkəmə bu arqumentə dair heç bir əsaslandırma və cavab verməmiş, bununla da ərzəcilər tərəfindən qaldırılmış həlledici qanunvericiliyi nəzərdən keçirməmişdir. Ciddi Konstitusiyon pozuntular və faktlar araşdırılmamışdır.
- Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin mövqeyini təkrar edərək bildirmişdir ki, dövlət özəlləşdirmə payları (çeklər) Prezident fərmanı ilə verildiyi üçün müddətlə məhdud hüquq olmuşdur. Bu nəticə hüquqi aktların iyerarxiyasını nəzərə almamış və mülkiyyət hüquqlarının yarandığı dövrdə qüvvədə olmuş qanun müddəalarını araşdırmamışdır.
- Ərizəçilər çeklərin verildiyi dövrdə qüvvədə olan qanunvericiliklə sonrakı normativ aktlar arasında ziddiyyətlərin mövcud olduğunu sübut etmişlər. Nə Ali Məhkəmə, nə də aşağı instansiya məhkəmələri bu ziddiyyətləri araşdırmış və aradan qaldırmışdır.
- Ali Məhkəmə öz Qərarının 41-ci bəndində qeyd etmişdir ki, çeklərin dövriyyə müddəti 1 yanvar 2011-ci ilədək müəyyən edildiyindən həmin tarixdən sonra onların ödəmə vasitəsi kimi istifadəsi qanunsuz olmuşdur. Halbuki 878-IQ saylı 2000-ci il tarixli Qanunun 10-cu maddəsi özəlləşdirmə çeklərinin ödəmə vasitəsi kimi istifadəsinə heç bir müddət məhdudiyyəti qoymamışdır. Beləliklə, məhkəmə qanun əvəzinə tabeli aktlara əsaslanmış və qanunilik prinsipini pozmuşdur.
- Azərbaycan Respublikası Ali Məhkəməsi özü DÖP/Ç-lərin dövriyyədən hələ də çıxarılmadğını qəbul etdi. Məhz qərarın “51-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”. Bu bəndlə Ali Məhkəmə etiraf etmişdir ki, çeklərin dövriyyədən çıxarılması qaydalarını təsdiq edən heç bir normativ akt qəbul edilməmişdir və hətta onların hələ də dövriyyədə ola biləcəyini qəbul etmişdir. Buna baxmayaraq, məhkəmə onların istifadə müddətinin bitdiyi nəticəsinə gəlmişdir. Bu əsaslandırma daxili ziddiyyətlidir və özbaşınalığı göstərir.
Göründüyü kimi, Ali Məhkəmə “çeklərin dövriyyədə olması qəbul edilsə belə” deyərək, bir daha DÖP/Ç-lərin dövriyyədə olduğunu təsdiq edir. Ancaq aşağı instansiya məhkəmələrinin qərarlarını isə qanunsuz olaraq qüvvəsində saxlayır.
- Ərizəçilər çeklərin qanuni şəkildə dövriyyədən çıxarılmadığını və qanunla tələb olunan kompensasiya mexanizminin yaradılmadığını təsdiq edən geniş sənədli sübutlar təqdim etmişlər. Ali Məhkəmə bu sübutları araşdırmamış və qiymətləndirməmişdir.
- Daxili məhkəmələr “birillik kompensasiya müddəti” arqumentini avtomatik tətbiq etmiş, belə bir müddətin qanunda mövcud olub-olmadığını və praktikada əlçatan olub-olmadığını müəyyən etməmişdir. Dövlət eyni məhdudiyyəti bütün çek sahiblərinə tətbiq etmiş, lakin kompensasiya almaq üçün real imkan yaratmamışdır.
- Daxili qanunvericiliyə görə dövlət özəlləşdirmə payları vətəndaşlara məxsus mülkiyyət hüquqlarıdır, kağız çeklər isə bu hüquqları yalnız təsdiq edir. Fiziki sertifikatların dövriyyəsini tənzimləyən tabeli fərman əsas mülkiyyət hüququnu ləğv edə bilməz. Məhkəmələr bu əsas fərqi nəzərdən keçirməmişdir.
- Ərizəçilərin fərmanın daha yüksək hüquqi qüvvəyə malik normalara zidd olması barədə konstitusion arqumenti heç bir məhkəmə instansiyası tərəfindən araşdırılmamışdır. Məhkəmə nəzarətinin olmaması ərizəçiləri hüquqlarının effektiv müdafiəsindən məhrum etmişdir.
- Ali Məhkəmənin qərarı formal xarakter daşımış və kifayət qədər əsaslandırılmamışdır. Əsas arqumentlər nəzərə alınmamış, sübutlar qiymətləndirilməmiş və həlledici hüquqi məsələlər cavabsız qalmışdır. Bu cür çatışmazlıqlar hüquqi müəyyənliyi və ərizəçilərin legitim gözləntilərini sarsıdır.
- Daxili məhkəmələrin yanaşması nəticəsində ərizəçilər özəlləşdirmə payları üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməmişlər. Məhkəmə sistemi iddia edilən pozuntular üçün hüquqi müdafiə təmin etməmişdir.
- Ərizəçilərin vəziyyəti təcrid olunmuş hal deyildir. Çeklərini saxlayan və onlardan istifadə edə bilməyən çox sayda vətəndaş eyni qaydada zərər çəkmişdir. Guya mövcud olduğu iddia edilən kompensasiya müddəti barədə məlumat ictimaiyyət üçün əlçatan olmamış və şəxslərin kompensasiya almasını təmin edən praktik mexanizm yaradılmamışdır.
- 2023-cü ildə vətəndaşların Ali Məhkəməyə kollektiv müraciəti əsasında Ali Məhkəmədən 14 iyun 2023-cü ildə verilən 1-8-10/2-A-7457-23/2023 nömrəli cavab məktubunda pozulmuş insan hüquqlarının bərpası ilə bağlı AR Konstitusiyasının 130-cu maddəsinin III hisəsinin 1-7 bəndlərində nəzərdə tutulmuş məsələlərin həll edilməsi üçün şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasının vacibliyi yazılmışdır.
Bu səbəbdən də dövlət özləşdirmə payları sahiblərinin mülkiyyət hüquqlarını pozan normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına ziddir və həmin normativ hüquqi aktların – “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanın 1.1-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən birbaşa sorğunun göndərilməsi zəruri idi.
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 5.3-cü bəndində deyilir ki, “İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır”.
Ərizəçilər tərəfindən Məhkəməyə təqdim edilən vəsatətlərdə Azərbaycan Respublikasında həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsi ilə “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur” tələbi ilə AR Prezidentin 11.06.2004-cü il tarixli 75 saylı Fərmanı arasında açıq ziddiyyətin mövcud olduğu bildirildi, bunun Konstitusiya və qanunlara, hüquqi iyerarxiya prinsipinə tam zidd olduğu diqqətə çatdırıldı. Lakin məhkəmələr tərəfindən bu ziddiyyət və onun hüquqi nəticələri araşdırılmadığı kimi, iş Konstitusiya Məhkəməsinə göndərilmədi.
Daxili məhkəmələrin Konstitusiya Məhkəməsinə müraciət etməməsi normativ kolliziyanın həll edilməməsinə və ərizəçilərin mülkiyyət hüququnun effektiv müdafiə olunmamasına gətirib çıxarmışdır.
- Beləliklə, Ali Məhkəmə aşağı instansiya məhkəmələri kimi işi hərtərəfli və qərəzsiz araşdırmamış və kifayət qədər hüquqi əsasdan məhrum qərarlar qəbul etmişdir.
- Qeyd olunan halların məcmusu göstərir ki, milli məhkəmələr işin həlledici arqument və sübutlarını araşdırmamış, konstitusion məsələləri qiymətləndirməmiş, qərarlarını hüquqi əsaslara deyil, fərziyyələrə əsaslandırmış və ərizəçini effektiv məhkəmə müdafiəsi imkanından məhrum etmişdir.
- Yuxarıda göstərilən hallar Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin – məhkəməyə çıxış hüququ və əsaslandırılmış qərar hüququnun – pozuntusunu, habelə 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu göstərir, çünki ərizəçilər qanuni və proporsional əsas olmadan mülklərindən dinc istifadə imkanından məhrum edilmişlər.
Daxili məhkəmələrdə prosessual və maddi hüquq pozuntuları (Konvensiya və AİHM presedentləri)
Daxili məhkəmə instansiyalarında baş vermiş prosessual və maddi hüquq pozuntularını Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və Avropa Məhkəməsinin (AİHM) presedent hüququ kontekstində sistemli şəkildə təqdim edir.
1 saylı Protokolun 1-ci maddəsi – Mülkiyyət hüququ
- AİHM-in Kopecký v. Slovakia və Pressos Compania Naviera S.A. v. Belgium işlərində qeyd olunduğu kimi, qanunla tanınmış hüquqlar legitim gözlənti yarada bilər. DÖP və DÖÇ-lər qanunla verilmiş hüquqlar olduğundan, ərizəçilərdə legitim gözlənti formalaşmışdır.
- AİHM-in Sporrong and Lönnroth v. Sweden presedentinə əsasən, müdaxilə qanunla nəzərdə tutulmalı, legitim məqsəd güdməli və ədalətli balans təmin etməlidir. Daxili məhkəmələr bu üç mərhələli testi tətbiq etməmişdir.
- Dövriyyədən çıxarılma barədə normativ aktın olmaması müdaxilənin ‘lawfulness’ meyarına cavab vermədiyini göstərir (bax: aşağıda 66 bənd).
- Kompensasiya mexanizminin real və əlçatan olmaması proporsionallıq prinsipini pozur. AİHM-in Immobiliare Saffi v. Italy presedentində vurğulandığı kimi, dövlət müdaxiləsi fərdi üzərinə həddindən artıq yük qoymamalıdır.
Konvensiyanın 6-cı maddəsi – Ədalətli məhkəmə araşdırması hüququ
- AİHM-in formalaşmış presedent hüququna görə (məsələn, Ruiz Torija v. Spain; Hiro Balani v. Spain), milli məhkəmələr tərəflər tərəfindən irəli sürülmüş həlledici arqumentlərə cavab verməlidir. Daxili məhkəmələr ərizəçilərin normativ iyerarxiya, müddətlərin tətbiq edilməməsi və mülkiyyət hüququnun davam etməsi barədə əsas arqumentlərinə cavab verməmişdir.
- AİHM-in Beian v. Romania və Sovtransavto Holding v. Ukraine işlərində qeyd olunduğu kimi, ziddiyyətli və əsaslandırılmamış məhkəmə qərarları hüquqi müəyyənlik prinsipini pozur. Bu işdə daxili məhkəmələrin qərarları daxili ziddiyyətlidir və ‘manifest arbitrariness’ səviyyəsinə çatır.
- Ali Məhkəmənin həm dövriyyədən çıxarılmanı təsdiq edən aktın olmadığını qəbul etməsi, həm də hüququn müddətinin bitdiyini bildirməsi qərarın daxili ziddiyyətli və qeyri ardıcıl olduğunu göstərir.
- Kassasiya şikayətlərinin formal əsaslarla geri qaytarılması və mahiyyət üzrə araşdırılmaması AİHM-in Zubac v. Croatia presedentində müəyyən edilmiş məhkəməyə çıxış hüququ meyarlarına ziddir.
Ümumi nəticə – Qanunun aliliyi prinsipinin pozulması
- Qanunda özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu və ödəniş vasitəsi kimi istifadə ediləcəyi göstərilibsə və bu qanun qüvvədən düşməyibsə, onda Prezident fərmanı ilə onların istifadəsinin dayandırılması normativ aktların iyerarxiyasına zidd ola bilər. Bu isə qanunun aliliyinin və normativ aktların iyerarxiyasının pozulmasıdır.
- Konstitusiya prinsiplərinin pozulması – mülkiyyət hüququnun qanunla deyil, fərmanla məhdudlaşdırılması konstitusion baxımdan problemli sayılır.
- Hüquqi müəyyənlik prinsipinin pozulması – Avropa hüququnda çox vacib prinsip var: “legal certainty” – hüquqi müəyyənlik. Bu, o deməkdir ki, dövlət vətəndaşa bir hüquq verir, vətəndaş bu hüquqa etibar edir – dövlət sonradan onu əsassız şəkildə faktiki istifadə olunmaz vəziyyətə gətirə bilməz. Əgər çeklər verilib, amma istifadə mexanizmi dayandırılıbsa, bu hüquqi müəyyənlik və legitim gözlənti prinsipi ilə əlaqələndirilə bilər.
- AİHK baxımından bu məsələ əsasən aşağıdakı maddə ilə əlaqələndirilə bilər: Avropa İnsan Hüquqları Konvensiyası – 1 saylı Protokol, Maddə 1. Bu maddə mülkiyyət hüququnun qorunmasını təmin edir. Avropa Məhkəməsinin presedentlərinə görə: mülkiyyət yalnız fiziki əmlak deyil – qiymətli kağızlar və iqtisadi hüquqlar da mülkiyyət hesab edilə bilər Əgər dövlət vətəndaşa verilmiş iqtisadi hüququ kompensasiya olmadan faktiki istifadəsiz vəziyyətə gətirirsə, bu, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər.
- Vətəndaşların mülkiyyət hüquqlarının məhdudlaşdırılması, qanunvericiliyin icra olunmaması, dövlətin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi, vətəndaşların iqtisadi hüquqlarının pozulması – tarixi ədalətin təmin edilməməsi və “xalqa qarşı düzgün olmayan hərəkət” sayıla bilər.
Daxili məhkəmələr həlledici arqumentlərə cavab verməmiş, sübutları qiymətləndirməmiş, normativ iyerarxiyanı araşdırmamış, Konstitusiya Məhkəməsinə müraciət etməmiş və Konvensiya üzrə tələb olunan proporsionallıq təhlilini aparmamışdır. Bu hallar Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu təşkil edir.
KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN KONKRET TƏLƏBLƏR
Konstitusiya Məhkəməsindən aşağıdakıların müəyyən edilməsini xahiş edirik:
- Dövlət özəlləşdirmə paylarının (çeklərinin) mülkiyyət hüququ obyekti olduğunu təsdiq edən hüquqi mövqenin müəyyən edilməsi.
2.Məhkəmələrin DÖP/Ç-lərinin dövriyyədən çıxarıması, 1 illik kompensasiya müddətinin və 10 illik müddət barədə olan Qərarının qanunlara və Konstitusiyaya ZİDD olduğununun müəyyən edilməsi.
- Prezidentin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının bu gün qüvvədə olan 16 may 2000-ci il tarixli, 878-IQ nömrəli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 10-cu maddəsinə zidd olduğunun Konstitusiyaya uyğunluğunun yoxlanılması.
- Həmin fərmanın Konstitusiyanın 13, 29, 94, 147 və 149-cu maddələrinə zidd hesab edilməsi.
Qeyd: bu hüquqi material özəlləşdirmə çekləri sahiblərinin hüquqi nümayəndələri tərəfindən hazırlanıb və redaksiyamıza ünvanlanıb.
Müəllif: Aydın Gəray


















