İyunun 12-də Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı tərəfindən 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə “Heydər Əliyev şəxsiyyəti Milli Qurtuluşun bünövrəsidir” mövzusunda tədbir keçirildi.
İlk öncə Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, xatirəsi ehtiramla yad olundu.
“Xeberaz.info” xəbər verir ki, tədbiri YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev giriş sözü ilə açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Çıxışında Azərbaycan Respublikasının şanlı tarixinin mühüm mərhələsi olan Milli Qurtuluş Gününün dövlətçilik və müstəqillik üçün mühüm dönüş nöqtəsi olmasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanı məhv olmaqdan xilas etməsindən bəhs edən İlkin Əliyev qeyd etdi ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə sabitlik və inkişaf dövrü olmuşdur. Bildirildi ki, Bu gün Ulu Öndərin müəyyən etdiyi strateji yol Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmiz beynəlxalq arenada nüfuzlu və söz sahibi olan bir dövlətə çevrilmişdir. İqtisadi islahatlar, infrastruktur layihələri, beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakımız, eyni zamanda mədəni və humanitar sahədə əldə edilən nailiyyətlər tərəqqimizin əyani göstəriciləridir.
Tədbirdə çıxış edən Partiya fəalları Rasif Qaçayzadə, Lamiyə Bədəlzadə və Gülşən Quliyeva 15 iyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin dərin zəkası, yüksək səviyyəli dövlət idarəçiliyi bacarığı nəticəsində Azərbaycan Respublikasının qurtuluşdan başlayaraq, hal-hazırda Prezident cənab İlham Əliyevin dəmir iradəsi sayəsində tərəqqi ilə irəliləyərək yeni-yeni zəfərlər qazanmasından bəhs etdilər.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edildi.