Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi.
Heydər Əliyev Fondu yarandığı ilk dövrlərdən etibarən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu istiqamətdə həyata keçirilən ən mühüm və genişmiqyaslı təşəbbüslərdən biri də “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası olmuşdur. Bu hərəkatın əsas məqsədi Xocalı faciəsi haqqında həqiqətləri dünya ölkələrinə çatdırmaq, soyqırım qurbanlarının xatirəsini yad etmək və beynəlxalq səviyyədə bu faciəyə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdır. Xocalıya ədalət! kampaniyasına start verilməsi Azərbaycanın informasiya siyasətində mühüm mərhələ kimi qiymətləndirilir. Bu təşəbbüs nəticəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər, anım mərasimləri, aksiyalar keçirilmiş, Xocalı həqiqətlərini əks etdirən kitablar, bukletlər və filmlər hazırlanaraq geniş auditoriyaya təqdim olunmuşdur. Hərəkatın həyata keçirdiyi tədbirlər yalnız faciənin tanıdılmasına deyil, həm də Azərbaycan gənclərinin milli ruhda tərbiyəsinə, onların tarixə və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət etmişdir. Bu kampaniya beynəlxalq aləmdə böyük rezonans doğurmuş və bir sıra ölkələrin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsinə münasibət bildirilməsi ilə nəticələnmişdir. Dünyanın müxtəlif şəhərlərində Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidələr, keçirilən kütləvi yürüşlər və imzatoplama kampaniyaları bu hərəkatın geniş miqyasını göstərir. Bütün bunlar bir daha sübut edir ki, məqsədyönlü və ardıcıl fəaliyyət nəticəsində həqiqətləri dünyaya çatdırmaq mümkündür. “Xocalıya ədalət!” kampaniyası eyni zamanda informasiya müharibəsi şəraitində Azərbaycanın haqlı mövqeyinin müdafiəsində mühüm rol oynayır. Müasir dövrdə həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün şəkildə təqdim edilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Fondun həyata keçirdiyi layihələr sistemli və düşünülmüş şəkildə qurulmuşdur. Sosial şəbəkələr, beynəlxalq media qurumları və müxtəlif platformalar vasitəsilə aparılan təbliğat işləri kampaniyanın təsir dairəsini daha da genişləndirmişdir. Nəticə etibarilə, “Xocalıya ədalət!” hərəkatı yalnız bir məlumatlandırma kampaniyası deyil, həm də tarixi ədalətin bərpasına yönəlmiş mühüm beynəlxalq təşəbbüsdür. Bu kampaniya Azərbaycan xalqının yaddaşının qorunmasına, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə və dünya ictimaiyyətində həqiqətlərin tanıdılmasına xidmət edir. Fondun bu istiqamətdə gördüyü işlər gələcək nəsillər üçün də mühüm əhəmiyyət kəsb edir və milli həmrəyliyin gücləndirilməsinə töhfə verir.
Şamil Babayev – Zərdab Gənclər evinin dərnək rəhbəri























