image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-643308515_1469819137831193_3880613631485266598_n

Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi

image-legitimaz-810x90

Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi.

Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında çıxışında xüsusi vurğulanan məqamlardan biri Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü fəaliyyət olmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına ən ağır və qanlı səhifə kimi həkk olunmuşdur. Bu faciə yalnız bir şəhərin deyil, bütövlükdə xalqımızın taleyinə vurulmuş dərin yaradır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması isə öz-özünə baş verən proses deyil, ardıcıl, düşünülmüş və uzunmüddətli fəaliyyətin nəticəsidir. Prezident çıxışında vurğulamışdır ki, həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət qurumları və diaspor strukturları bu istiqamətdə fəal mövqe sərgiləmişlər. Lakin bu fəaliyyətlər sırasında xüsusilə Heydər Əliyev Fondunun rolu ayrıca qeyd edilmişdir. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasına start verilmişdir. Bu təşəbbüs Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş və həyata keçirilmişdir. Son iyirmi il ərzində bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində konfranslar, simpoziumlar, təqdimatlar, anım tədbirləri təşkil olunmuş, çoxsaylı kitablar, broşürlər və maarifləndirici materiallar nəşr edilmişdir. Bu fəaliyyət təkcə informativ xarakter daşımamış, eyni zamanda beynəlxalq hüquqi və siyasi müstəvidə həqiqətlərin qəbul etdirilməsi istiqamətində mühüm rol oynamışdır. Prezident çıxışında diqqətə çatdırmışdır ki, Ermənistan dövləti və dünya erməniliyi uzun illər bu faciəni ört-basdır etməyə, hətta Azərbaycanı ittiham etməyə cəhd göstərmişdir. Tarixin üzərinə çəkilən saxta pərdəni aralamaq üçün isə ardıcıl və prinsipial mövqe tələb olunurdu. Əgər Azərbaycan tərəfi öz haqq səsini ucaltmasaydı, həqiqətlərin sistemli şəkildə beynəlxalq auditoriyaya çatdırılması təmin edilməsəydi, bu gün dünya ictimaiyyətində Xocalı soyqırımı ilə bağlı obyektiv təsəvvür formalaşmaya bilərdi. Məhz məqsədyönlü və davamlı fəaliyyət nəticəsində artıq iyirmiyə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanımışdır. Bu fakt beynəlxalq səviyyədə tarixi ədalətin mərhələli şəkildə bərpasının göstəricisidir. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, bu proses davam edir və Azərbaycan dövləti Xocalı həqiqətlərinin tam şəkildə tanınması istiqamətində fəaliyyətini bundan sonra da qətiyyətlə davam etdirəcəkdir. “Xocalıya ədalət!” təşəbbüsü təkcə bir informasiya kampaniyası deyil, milli yaddaşın qorunması, tarixi ədalətin bərpası və beynəlxalq hüquqi-siyasi müstəvidə həqiqətlərin qəbul etdirilməsi istiqamətində mühüm strateji platformadır. Prezidentin çıxışında bu məsələyə verilən xüsusi yer göstərir ki, Xocalı həqiqətlərinin dünya miqyasında tanıdılması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Zərdab rayon Məmmədqasımlı kənd sakini Azayev Aqşin Bayram oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki