image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-photo_97838

Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi

image-legitimaz-810x90

Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi.

1992-ci ilin fevral qarlı bir gecədə Xocalıda 613 günahsız insanın həyatı sona çatdı. Onlardan 63-ü hələ uşaq, 106-sı qadın, 70-i isə qoca idi . O qanlı gecədə səhərə kimi 8 ailə kökündən silindi, 25 uşaq həm anadan, həm atadan yetim qaldı, 130 uşaq isə valideynlərindən birini əbədi itirdi . Minlərlə insan əsir götürüldü, yüzlərlə uşaq isə ömürlük əlil oldu . Bu rəqəmlər yalnız statistika deyil, bir xalqın qəlbinə çəkilmiş qanlı izlərdi və bu izlər unudulmamalı, bu faciəyə dünyanın gözü qarşısında ədalət tələb olunmalı idi.

Elə bu məqsədlə, Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı beynəlxalq hərəkatına start verdi . Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan bu kampaniya qısa müddətdə dünyanın 20-dən çox ölkəsində Xocalı həqiqətlərinin səsinə çevrildi . Londondan Romaya, Podqoritsadan Moskvaya qədər şəhərlərin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən plakatlar asıldı, nəqliyyat vasitələrində faciənin qanlı rəqəmləri əks olundu . Bu rəqəmlər – 61363106 – artıq yalnız Azərbaycan xalqının yaddaşında deyil, beynəlxalq ictimaiyyətin də vicdanında bir sual olaraq qalırdı.

Bu hərəkatın gücü ilə Xocalı faciəsi dünyaya tanıdıldı. Bu günə qədər 20-yə qədər ölkə Xocalı soyqırımını rəsmi səviyyədə tanıdı . Zamanla “Xocalıya ədalət!” kampaniyasının simvoluna çevrilən badam ağacı, qırılan budaqlara baxmayaraq təzədən çiçəkləyən həyatı və ədalətin təntənəsinə olan inamı təmsil edir . 2026-cı ildə işğaldan azad olunmuş Xocalı şəhərində ucaldılan Xocalı Soyqırımı Memorialı isə bu mübarizənin ən böyük nişanəsidir . Bu abidə, o gecə susan uşaq səslərinin, yarımçıq qalmış talelərin əbədi xatirəsini yaşatmaqla yanaşı, həm də ədalətin nəhayət zəfər çaldığını bütün dünyaya elan edir.

 

   Zərdab rayonu Otmanoba kəndi kənd sakini-Tumarxan Ağayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki