Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirak etdik bu sözləri Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Elnur Allahverdiyev “Xeberaz.info”-a bildirib.
YAP Yasamal rayon“Zərdab və Zərdabın tanınmışları” ensiklopedik kitabının II cildi Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, həmyerlimiz Elnur Marat oğlu Allahverdiyevə təqdim edildi. təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov, YAP Veteranlar Şurasının üzvləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ali təhsil və tibb müəssisələrinin rəhbərləri və digərlərinin iştirakı ilə baş tutan tədbirdə qeyd olunmuşdur ki, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin xalq və dövlət qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Azərbaycanın ali mənafeyini öz fəaliyyətində təməl prinsip kimi qəbul edən Ulu Öndər müstəqillik dövründə xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə ölkəmizi tənəzzüldən qurtararaq inkişaf yoluna çıxarmışdılar.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb.


























