image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-putin_army

Hər şey sonda Putindən asılı olacaq – NYT

image-legitimaz-810x90

Ukrayna və Avropa nümayəndələri ABŞ Prezidenti Donald Trampın qəfil və Kremlin xeyrinə olan sülh planını yumşaltmaq cəhdlərindən sonra rahat nəfəs alıblar.

Xeberaz.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

“Bütün bu diplomatik qarışıqlığın üzərində xoşagəlməz bir həqiqət var: hər şey sonda Rusiya Prezidenti Vladimir Putinin nələri qəbul etməyə hazır olmasından asılıdır.

Rusiya lideri bildirib ki, o, Ukraynanı faktiki olaraq Rusiyaya tabe edəcək tələblərə razı salmaq üçün – döyüş meydanında ağır itkilərə və ölkə daxilində iqtisadi çətinliklərə baxmayaraq, müharibəni davam etdirməyə hazırdır”, – nəşr vurğulayıb.

Qeyd olunur ki, Rusiya lideri üçün daha genişmiqyaslı Ukrayna kollapsını gözləmək daha böyük güzəştlər əldə etməyə imkan verə bilər.

“Onun (Vladimir Putin – red.) müharibəsinin mahiyyəti Ukraynanı zəiflətməkdir”, – Karnegi “Rusiya-Avrasiya” Mərkəzinin böyük elmi əməkdaşı Tatyana Stanovaya söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki