HƏMAS yaraqlıları İsrail əsirlərindən birinin meyitini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil veriblər.
“Report”un “Ynet”ə istinadən məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti xəbər verib.
Məlumata görə, qaçırılan əsgərin meyitinin olduğu tabut tibb işçilərinə təhvil verilib və hıkimlər onu Qəzza zolağındakı İsrail Ordusunun nümayəndəsinə təqdim edəcəklər.


























