image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-baki

Hazırda Azərbaycan iqtisadi və siyasi müstəqilliyi ilə diqqətdədir

image-legitimaz-810x90

Hazırda Azərbaycan iqtisadi və siyasi müstəqilliyi ilə diqqətdədir

Reallıq budur ki, 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində   bütün Azərbaycan xalqı  yekdilliklə Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qarantı seçdi. Onun  fəaliyyəti dövründə  Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Qeyd etdiyimiz kimi, tükənməz əzmi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu ilə  nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar  yarandı.   Sovetlər Birliyi dövründən  miras qalan planlı idarəetmə bazar iqtisadiyyatı ilə əvəz olundu, yeni neft strategiyası müəyyənləşdirildi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə neçə-neçə müqavilənin imzalanmasına yol açdı. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Onu da qeyd edək ki, 2006-cı ilədə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatmasının  məhz 28 May-Respublika Gününə (hazırda Müstəqillik Günü) təsadüf etməsinin rəmzi mənası olduğunu bildirən dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi” nin rolu böyükdür. “Əsrin müqaviləsi” imzalanmasaydı bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun necə olacağını təsəvvür etmək çətin deyildi.

Hazırda Azərbaycan iqtisadi və siyasi müstəqilliyi ilə diqqətdədir. Etibarlı  tərəfdaş kimi nüfuz qazanan Azərbaycan reallaşdırdığı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ümummilli Lider  Heydər Əliyevin  siyasətinə sadiqliyini hər addımda təsdiqləyən dövlət başçısı İlham Əliyev dünyaya səs salan tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir ki, bunun da təməli Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qoyulub. Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu yol hər zaman xalqımıza möhtəşəm uğurlar qazandıracaq. Azərbaycanın bugünkü reallıqları Ümummilli Liderin  “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir” fikirlərinin təsdiqidir.


Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki