image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-teyyare-c130

Gəncədən qalxan Türkiyə təyyarəsi niyə qəzaya uğradı? – General

image-legitimaz-810x90

C-130 hərbi yük təyyarələri asanlıqla qəzaya uğramaz. Doğrudur, bunlar köhnədir, təxminən, 60-70 yaşları var, amma 4 motora sahibdir. Bir motor sıradan çıxsa belə, digəriləri təyyarənin idarəsini saxlamağa qadirdir. Eyni zamanda, quş sürüsü ilə toqquşma olsa belə, istənilən yerə asanlıqla gedə, yaxın bir əraziyə eniş edə bilərlər.

Xeberaz.info Globalinfo.az-a istinadla xəbər verir ki, bunu təqaüddə olan türkiyəli general Hüseyn Fazla deyib.

Onun sözlərinə görə, bu qəzanın arxasında müxtəlif versiyalar ola bilər:

“Terror ehtimalını gözardı etmək olmaz. Lakin bölgədə bunun baş verməsi üçün hər hansı gərginlik yoxdur. Bəs görəsən, bu hadisə nədən baş verib? İdarənin itirilməsi, elektrik sistemlərinin sıradan çıxması da ehtimallar sırasındadır.

Hadisənin gündüz baş verməsi müsbət haldır. Xilasedicilər üçün əlverişli fürsət yaradır. Azərbaycan da lazımi dəstəyi verəcək. İran Prezidentinin təyyarəsinin qəzaya uğraması zamanı Türkiyənin atdığı addımlar təkrarlana bilər. Müəyyən icazələr alınaraq həmin ərazilərdə axtarışlar aparılacaq”.

Qeyd edək ki, bir qədər əvvəl Gəncədən qalxan Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki