image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1747151059-whatsapp-image-2025-05-13-at-19-42-32

Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş

image-legitimaz-810x90

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

“Xeberaz.info” V5 Gəncə Xəbər”ə istinadən xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış. Məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki