image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c10d49b20d6af98f12d70f7d8009b4f6-1

Fransa Avropanın “ürəyində” müharibəyə hazırlaşmağa çağırdı

image-legitimaz-810x90

Fransanın yenilənmiş “Milli Strateji Baxışı – 2025” sənədində qeyd olunur ki, 2030-cu ilə qədər Avropanın birbaşa “ürəyində” — yəni Fransa ərazisindən kənarda, lakin onun iştirakı ilə yüksək intensivlikli genişmiqyaslı hərbi münaqişə baş verə bilər. Bu risklər ilk növbədə Rusiyanın artan təhdidləri ilə əlaqələndirilir.

”Xeberaz.info” xəbər verir ki, sənəddə qarşıdakı 3–5 il ərzində Moldova, Balkanlar və ya NATO ölkələrinin Rusiyanın mümkün aqressiyasının hədəfi ola biləcəyi göstərilib.

Fransa isə özünü bu mümkün təhlükələrə qarşı müdafiə etməyə və gələcək istənilən təcavüzü önləməyə hazır olmalıdır.

Fransanın müdafiə və milli təhlükəsizlik üzrə Baş Katibliyinin hazırladığı sənəddə vurğulanır ki, Moskva son illərdə Avropa dövlətlərinə qarşı casusluq, kiberhücumlar, seçkilərə müdaxilə və ictimai rəyə təsir cəhdləri ilə “düşmən və dağıdıcı” fəaliyyətlərini kəskin şəkildə artırıb.

Sənədə əsasən, bu təhdidlər fonunda Fransa və Avropa dövlətləri “strateji ayıqlıq” nümayiş etdirməli, müdafiə qabiliyyətlərini gücləndirməlidirlər.

Prezident Emmanuel Makronun sözlərinə görə, Fransa 2027-ci ilə qədər müdafiə büdcəsini 2017-ci illə müqayisədə ikiqat artıracaq. Bunun üçün 2026-cı ildə əlavə 3,5 milyard avro, 2027-ci ildə isə daha 3 milyard avro vəsait ayrılması planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki