image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1689075253-peskov

“Fikirlərimiz üst-üstə düşür” – Peskov

image-legitimaz-810x90

“Moskvanın baxışı Serbiya prezidenti Aleksandr Vuçiçin fikri ilə üst-üstə düşür: Avropa ölkələrində həqiqətən də güclü militarist əhval-ruhiyyə var”.

“Xeberaz.info” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi bir sıra ölkələrdə hərbi büdcələrin artdığını qeyd edib. Lakin onun fikrincə, bu yanaşma Aİ-yə daha böyük ziyan vuracaq: “Bu, iqtisadi yüklənməyə gətirib çıxarır və ortamüddətli perspektivdə daha ciddi nəticələrə səbəb olacaq”.

Peskov vurğulayıb ki, Moskva həmişə belə bir təhlükənin olduğunu anlayıb, ona görə də onun maraqlarını və təhlükəsizliyini təmin etmək üçün əvvəlcədən bütün tədbirlər görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki