image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-hakan-fidan-yeni

Fidan açıqladı: Bu, türk dünyasını daha güclü edir

image-legitimaz-810x90

Geostrateji dəyişikliklər hər yerdə olduğu kimi, türk dünyasına da təsir edir. Bununla belə Türk Dövlətləri Təşkilatının getdikcə artan institusional strukturu və koordinasiyalı fəaliyyəti bizi böhranlara qarşı daha dayanıqlı edir. Bu birlikdə tutduğumuz ortaq struktur xarakterli mövqeyin nəticəsidir.

Xeberaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Güclü dövlətlər birləşdikdə daha güclü bir quruluş yaranır. Ona görə də indiki yolumuza davam etdiyimiz müddətcə qlobal böhranlara daha dözümlü türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz Qəbələdə bu məsələləri müzakirə edəcəklər”, – deyə nazir bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki