image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1747149499_1747068515_1746985534_1746897400_xalid-hicran-seyidova

Fəzilət şairi XALİDƏ HİCRAN – V HİSSƏ

image-legitimaz-810x90

Xalidə Hicran yaradıcılıgının bir gücü də ondadır ki,mən buna şairin sevimli oxucularına olan sonsuz məhəbbətinin təsiri deyərdim, o,özünü oxucularının yerində hiss etməyi,onlarin dərdinə şərik olmagı bacarır. O, həmçinin üzünü görmədiyi bu insanların emosional halını hiss etmək və duymaq qabiliyyətinə malik bir şairdir. Belə bir hal psixologiya elmində empatiya adlanır.Empatiyaya görə “ insan özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hissləri keçirdiyini, mənəvi əziyyətini, sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü başa düşə bilir”. Onu da deyim ki, bir qayda olaraq empatiya qabiliyyəti olanlar yaxşı dinləyici, diqqətli müşadidəçi, özünün fərqində olan , müsbət tərəfləri görməyə üstünlük verən insanlardır. Başqasının dərdinə, hiss və həyacanına şərik olmaq, şəfqət göstərmək, halına yanmaq, keçirdiyi hissləri başa düşmək və doğru, düzgün yol göstərmək Xalidə Hicran mənəvi dünyasının təntənəsi və dəyərləridir. Məhz buna görə də Xalidə Hicran poeziyası, qələmə alınmış ədəbi nümunələr oxucuların hissinə, psixologiyasına, zehninə, qəlbinə, ruhuna təsir göstərir, onları düşündürür, müsbət əhval- ruhiyyə yaradır, yaşamaq, işləmək ehtirasını və inamını artırır. Əlbəttə, bütün bunlar Xalidə Hicran fəzilətinin insanlarda yaratdığı təsir və doğurduğu müsbət emisiyalardır.

Xalidə Hicran həmişə bütün yaradıcılığı boyu o fikrin əleyhinə olmuşdur ki, dünya inkişaf etdikcə, demokratik cəmiyyət quruluqca, insanlar Avropa mədəniyyətinə yaxınlaşdıqca əxlaqi dəyərlər azalır, münasibətlər qarşılıqlı hörmət və etimad üzərində deyil, yalnız maraqlar üzərində qurulur və formalaşır.Bu isə özlüyündə bir çox insanı dəyərlərin və əxlaqi fəzilətlərin arxa plana keçməsinə, öz dəyər və əhəmiyyətini itirməsinə səbəb olur.Xalidə xanım bu cür fikir və düşüncələri qətiyətlə rədd edir. O, hesab edir ki, dostluq, səmimiyyət, qarşılıqlı hörmət, məhəbbət, nəzakət, ədalət və digər sadə əxlaq normaları və ictimai fəzilətlər heç də təsadüfən yaranmamış və tarix boyu insanların bir-birinə olan mənəvi tələbindən meydana gəlmişdir. Bu, həm də min illər boyu bəşəriyyətin əxlaq təcrübəsinin nəticəsidir və bunlarsız insanı təsəvvür etmək mümkün deyil. Çünki bu dəyərlər insanlıq mahiyyətilə bağlıdır.

Xalidə Hicran poetikasini diqqətlə izlədikdə biz bu həqiqətin şahidi olur və açıq- aydın görürük ki, Xalidə xanım əsrlərdən bəri yaranan mənəvi dəyərlərimizi müqəddəs sərvət kimi dəyərləndirib vəsf edir. Onun fikrincə, əxlaqi dəyərlərin genişlənməsi və yüksək qiymətləndirilməsi insana öz əxlaqi hərəkət və davranıçlarını daha düzgün seçməyə, bunların mümkün müsbət nəticələrini görməyə imkan verir ki, bu da şəxsiyyətin özünə hakim olması və bu həqiqəti dərk etməsi anlamına gətirir. Özünə hakimlik isə çox ciddi bir məsələdir. Hələ çox qədim dövrlərdən bəri bir fikir formalaşmışdır ki, insanın ağlı ilə əxlaqı eyni kökdən olan və bir-birini qidalandıran fəzilətlərdir. Xalidə Hicran janrından asılı olmayaraq bütün yazılarında – şeir və qəzəllərində, məsnəvi və hekayələrində, təmsil və sərbəst beytlarində oxucalıranıa onu başa salmağa çalışır ki, bütün insanlar bir planetin- Yer kürəsinin övladlarıdır. Bu insanları bir- birinə bağlayan cəhətlər ayıran cəhətlərindən qat-qat çoxdur. Bunlar insani dəyərlər, bəşəri duyğular və ictimai fəzilətlərdir. Biz Xalidə Hicran yaradıcılığı məziyyətləri haqqında danışarkən bu barədə daha ətraflı söhbət açmış, qismən də olsa şərh etmiş və onun bəşəri, dünyavi bir şair olduğu qənaətinə gəlmişdik. Xalidə Hicran yaradıcılığına bu prizmadan yanaşanda 18 gün kosmosda qalıb Yeri müşahidə edən gənc alim Vitali İvanoviç Sevastyanovun yazdığı fikirlər yadıma düşür. O. öz həyəcan, fikir və duyğularını belə ifadə etmişdir: “ Hər dəfə Yer ətrafında dolanarkən məni bir fikir düşündürürdü: bizim planetimiz nə qədər kiçikdir!.. Mən Varşavanın üzərindən uçarkən bütün Avropa sağımda- solumda bir qarış torpaq parçası kimi görünürdü. Öz- özümə deyirdim: bu bir qarış torpaqda nə qədər dovlətlər var, nə qədər problemlər, nə qədər ziddiyyətlər var. İmkanım olsa bütün insanları kosmosa qaldırıb deyərdim: baxin Yerə, bu kiçik kürənin 71 faizini su, ancaq 29 faizini quru təşkil edir. İnsanın məskəni bu əl boyda quru qitələrdir. Buradakı insanların yalnız bir məqsədi olmalıdır: əl-ələ verib bu yeganə insan məskənini qorumaq və burada əmin-amanlıq, firavanlıq yaratmaq!.. Özgə heç bir ideal, heç bir məqsəd bunu əvəz edə bilməz. Bütün insanların bu məqsədi dərindən dərk etmələri zəruridir.” Bəli,bu fikir, bu həyatı düşüncə Xalidə Hicran şeiriyyatının əsl maliyyətini, fəlsəfəsini əks etdirir.O,bütün insanların,ən əsası isə ziyalıların dünya qarşısında, bəşəriyyət qarşısında ciddi mənəvi və əxlaqi məsuliyyət daşıdığını dönə-dönə vurğulayır və bunu öz əsərində tərənnüm edir.

Xalidə Hicran yazır:

Gör nə cür tərtib olub Yer, Göy, böyük bir asiman,
Gər onu tətqiq edək, hər sirrin açmaz kəhkəşan.

***
Yoxla, var, boş söz deyil, fəhm elə bir çox fərqi var,
Var olub yoxundan cahan, həm Qərbi, həm Şərqi var,

Fəzilət haqqında fikirlər, təsəvvürlər bu günün, dünənin işi deyil, Uzun sürən tarixi inşikafın məhsuludur. Məhz bunun nəticəsidir ki, tarix boyu ayrı-ayrı xalqların, millətlərin görkəmli adamları, söz və düşüncə sahibləri, yazıçıları, şairləri, mütəfəkkirləri fəziləti yüksək qiymətləndirmiş, tərənnüm etmiş və necə deyərlər, onun keşiyində dayanmışlar. Xalidə Hicran da məhz xalqımızın belə milli-mənəvi və əxlaqi dəyərlərinin keşiyində duran şairlərimizdən biridir. O, çox gözəl bilir ki, yaxşı əməl, xeyirxahlıq, mənəvi saflıq insanın özündən sonra qoyub getdiyi və heç vaxt unudulmayan bəşəri sərvətdir. İnsanların xoş əməlləri, yaratdığı xarüqələr, etdiyi yaxşılıqlar heç də özləri ilə bərabər ölüb getmirlər. Bunlar insanların yaddaşına yazılır, onlar bu dəyərlərdən bəhrələnir və gələcək nəsillərə ötürürlər. Hansısa filosof demişdir ki, “ İnsanın fəaliyyətli həyat sürməsi onun bu dünyada qoyub gedəcəyi ən zəngin bir mirasdır”. Həyatda bir çox elə həqiqətlər var ki, biz onları görür, duyur, şahidi olur, ancaq əhəmiyyət vermirik, etinasız yanaşır, yenə də öz bildiyimiz, dərk etdiyimiz kimi davranırıq. Lakin vaxt gələr, zaman yetişərsə çevrilib arxaya baxanda acı təəssüf hissləri keçiririk. Xalidə Hicran öz poetik nümunələrində bu həqiqətləri dönə-dönə vəsf edir, anladır, fəzilətli, şərəfli ömür sürməyi sevimli oxucularına tövsiyə edir.

Xalidə Hicran insanın fəzilətlərlə bərabər doğulması haqqında fikirlərin əksinə olaraq bu dəyərlərin əqli təkmilləşmənin, ruhi zəhmətin, mənəvi çalışmaların sayəsində yarandığı qənaətindədir. Və o düşünür ki, bu ali insani keyfiyyətlər böyük zəhmət və bacarığın, yüksək tərbiyyə işlərinin nəticəsində meydana gəlir və Fransa yazarı Pol Lafarqın dediyi kimi “ İnsan ruhu da, mənəviyyatı da bütün təbiət hadisələri kimi fasiləsiz, arasıkəsilməz dəyişmə prosesində olub, yeni bir fəzilət və qəbahət, hiss və ehtirasları ya qazanıb inkişaf etdirir, ya da itirir”. (P.Lafarq, seçilmiş əsərləri, 2- ci cild səh. 263).

Mən böyük məmnuniyyətlə qeyd edərdim ki, Xalidə Hicranın 4- cildlik “Hikmət Xəzinəsi” və “Hicrannamə” əsərləri əqli və əxlaqi fəzilətləri tərənnüm edən, oxucularını bu ali dəyərlərlə bəhrələnməyə səsləyən elə gözəl, dərin məna və mahiyyət kəsb edən poetik incilər var ki, insan oxuyur, oxuduqca düşünür, düşündükcə həyatı daha dərindən dərk edir.

Duzsuz bir söz söyləyib, aranı qatma qəsdən,
Bu özünə qəsd olar, heç özündə bilməzsən.

***
Dağda-daşda yerisən də, çalış ki, büdrəməyəsən,
Günahı yollarda deyil, gərək, ağlında görəsən

***
Həddini sən heç aşma, həddini bil hər zaman,
Bəndin də bir həddi var, aşsa sel edər tüğyan

***
Könlün şam kimi əriyər, peşmançılıq çəkən zaman,
Peşiman olmamışdan düz iş gör, var ikən zaman.

***
Gəlibsən, xoş gəlibsən, ömrün xoş olsun deyə,
Dünyada elə yaşa, dərd olma bir kimsəyə.

***
Olma nəfsin ucbatından tərəzidə əksik çəkən,
Zərrəcə qəbahətinlə bir dünya günah edərsən.

***
Qandal kimi bağlanma sən sevdiyinin ayağına,
Sevdiyin qoy düşünməsin dolaşırsan ayağına.

***
Xırmanda sovrulsa dən, o da ayrılar sünbülündən,
Nəfinə uyub ayrılma, düz yoldakı əməlindən.

***
Ömür qısa həyat əbədi, dünya bir müvəqqəti,
Bu ömrü elə yaşa ki, itirməyəsən hörməti.

Düşünmək istəyənlərimiz üçün bu beytlərin hər biri çox dəyərli və qiymətlidir. Biz kitablardakı poetik nümunələrin bir qismini ədəbi-tənqid nöqteyi-nəzərindən şərh etsək də, ordakı fəzilətlərdən yazmaq, Xalidə Hicran altruizmindən bəhs etmək imkanımız olmamışdı və biz söz vermişdik ki, əgər gələcəkdə mümkün olarsa bu barədə qismən də olsa bir qədər ətraflı söhbət açarıq. İndi düşünürəm ki, həmin məqam yetişmiş və biz imkanımız daxilində Xalidə Hicran yaradıcılığında fəzilət və alruizm inikası, onun nəcib xüsusiyyətləri və təsiri haqqında fikirlərimizi davam etdirərək bəzi məqamlara aydınlıq gətirək.

“Hikmət xəzinəsi” kitabının hər bir cildini oxuduqca Xalidə Hicran fəziləti mənəviyyatımızın sabit tərkib hissəsinə çevrilərək canımıza, qəlbimizə hopur, əsil həqiqətləri, təbiət və cəmiyyətdəki zərurətləri dərk etməkdə, öyrənməkdə bizə yaxından kömək edir. Bizim görüb duyduğumuz, hiss etdiyimiz, lakin fərqində olmadığımız və ya əhəmiyyət vermədiyimiz elə şeylər var ki, Xalidə Hicran deyimində biz onları sanki yeni görür və dərk edirik. Bu, həm də bizə onu ayırd etməkdə yaxından kömək göstərir ki, fəzilətin haqqını qoparıb əlindən alan, onun donunu geyib özünü fəzilət kimi göstərən qəbahəti riyakarlığı, pisliyi görür və özümüzü bu cür rəzalətlərdən qoruyuruq. Şair hamının başa düşəcəyi bir dildə, çox aydın və dürüstlüklə başa salır ki, fəzilətin əksi olaraq belə mənfi hallar ömrün və cəmiyyət həyatının nizamını, ölçüsünü, ritmini pozur, normal yaşayış həyatına ciddi maneələr yaradır, sabitliyə, rahatlığa, ahəngdarlığa mənfi təsir göstərir. Əxlaq nəzəriyyəçilərinin fikrincə desək, sabitliyin, ahəngdarlığın pozulması ömrü parçalamağa, onu təsadüflərin ixtiyarına buraxmağa, hər işin, hər şeyin arxasınca bir az qaçmağa, başqa şəkildə desək, həyatı plansız keçirməyə sürükləyir. Əslində hər yerdə olmaq, ora- bura qaçmaq heç yerdə olmamaq deməkdir. Xalidə Hicran ustalıqla anladır və öz ədəbi örnəkləri ilə başa salır ki, fəzilət hər şeydən əvvəl mənəvi bütövlükdür, həyatda nizam- intizam, sabitlik və rahatlıqdır. Filosoflar və əxlaq nəzəriyyəçiləri hesab edirlər ki, “ əxlaqi aspektdə harda fəzilət yoxdursa, harada şəxsiyyət bütövlüyü, sabitlik yoxdursa, orda azadlıq da yoxdur”.

Ardı var…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki