image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ermenistan-partlayish1

Ermənistanda partlayış: 5 nəfər öldü, 11 nəfər yaralandı

image-legitimaz-810x90

Ötən gün Ermənistanın Göyçə vilayətində, Çəmbərək şəhərində binada baş verən partlayışda ölən və yaralananlar haqda məlumat dəqiqləşib.

”Xeberaz.info” erməni mediasına istinadla xəbər verir ki, iyunun 11-də səhər saat 08:30 radələrində Çəmbərək şəhərinin Tiqran Mets küçəsində 4 saylı binanın 1-ci girişində, 3-cü mərtəbədəki mənzildə partlayış baş verib, nəticədə 2 və 4-cü mərtəbələrdəki mənzillər də dağılıb.

Həmçinin qonşu blokdakı mənzillər də zərər görüb.

Partlayış nəticəsində 5 nəfər ölüb, 11 nəfər isə yaralanıb. İki nəfər dağıntılar altında sağ çıxarılıb.

Qeyd edək ki, ötən gün yanğın baş verdiyi və 3 nəfərin öldüyü bildirilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki