image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17667433741224944659_1200x630

Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir

image-legitimaz-810x90

Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir. Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir

Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı nüfuzun və etimadın bariz göstəricisidir. Bu titul təkcə paytaxtımız üçün deyil, bütövlükdə Azərbaycan dövləti və xalqı üçün böyük şərəf və qürur mənbəyidir. Eyni zamanda, bu qərar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir.

Son illər Bakı beynəlxalq idman tədbirlərinin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilmişdir. Paytaxtımız müasir idman infrastrukturu, yüksək təşkilatçılıq qabiliyyəti və təhlükəsiz mühiti ilə dünyanın diqqətini cəlb edir. Məhz bu amillər Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsini şərtləndirən əsas meyarlardır. Bu titul Azərbaycanın idman sahəsində qazandığı uğurların məntiqi davamıdır və ölkəmizə göstərilən böyük etimadın ifadəsidir. Bakıya verilən bu şərəfli ad, eyni zamanda, böyük məsuliyyət deməkdir. Azərbaycan dövləti və idman ictimaiyyəti bu etimadı doğrultmaq, idman mədəniyyətini daha da inkişaf etdirmək və beynəlxalq əməkdaşlığı genişləndirmək əzmindədir. Əminliklə demək olar ki, ölkəmiz bu yüksək adı ləyaqətlə daşıyacaq, idman sahəsində əldə etdiyi nailiyyətləri daha da artıracaqdır.
Azərbaycanda idmançılara və idman mütəxəssislərinə göstərilən diqqət və qayğı da bu siyasətin mühüm tərkib hissəsidir. İdmançıların, məşqçilərin və idman mütəxəssislərinin mükafatlandırılması artıq uzun illərdir ki, gözəl bir ənənəyə çevrilmişdir. Təxminən 30 ilə yaxındır davam edən bu ənənə idman sahəsində ədalət, şəffaflıq və stimullaşdırma prinsiplərinə əsaslanır. Azərbaycanın idman şöhrətini ucaldan şəxslərin dövlət tərəfindən yüksək qiymətləndirilməsi onların gələcək uğurlara daha böyük həvəslə hazırlaşmasına şərait yaradır. Bu mükafatlandırma sistemi idmançıların əməyinə verilən dəyərin göstəricisidir. Dövlət tərəfindən göstərilən bu diqqət idmançıların yalnız maddi rifahına deyil, həm də mənəvi motivasiyasına mühüm təsir göstərir. Bu, gənc nəslin idmana marağını artırır, onları böyük nailiyyətlər qazanmağa ruhlandırır və peşəkar idmançı kimi formalaşmalarına töhfə verir. Eyni zamanda, idman mütəxəssislərinin fəaliyyətinə layiqli münasibət göstərilməsi idmanın davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məşqçilər, həkimlər, idman menecerləri və digər mütəxəssislər idman uğurlarının görünməyən, lakin əsas dayaqlarıdır. Onların əməyinin qiymətləndirilməsi idman sisteminin sağlam və səmərəli fəaliyyətini təmin edir.

Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanınmasının parlaq nümunəsidir. Bu hadisə həm qürurvericidir, həm də yeni vəzifələr müəyyən edir. Dövlətin idmana göstərdiyi davamlı dəstək, formalaşmış mükafatlandırma ənənələri və yaradılmış müasir infrastruktur Azərbaycanın idman şöhrətinin gələcəkdə də yüksələcəyinə tam əsas verir.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki