image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1752743397_facebook_creation_1759a0db-166b-4333-889b-7818072d07bb

“Əkinçi” qəzeti

image-legitimaz-810x90

“Əkinçi” qəzeti.

1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Milli mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzetinin yaranmasının 150 ili tamam olur. Düz əsr yarımdır görkəmli ziyalı, böyük maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu bu mətbu nümunəsi son dərəcə çətin bir mühitdə, ağır sınaqlarla üzləşib və bu maneələri mübarizəsiylə dəf edib, fəxarət duyulası şərəfli, uğurlu bir yol keçib. Həqiqət carçısı kimi dövrün, zamanın güzgüsü funksiyasını layiqincə yerinə yetirib, içtimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatın dolğun salnaməsinə çevrilib. Yarandığı gündən mütərəqqi ideyaların təbliği ilə cəmiyyət həyatının aydınlığına ,saflığına işıq tutub, xalqın maariflənməsinə, ictimai-siyasi fikrin formalaşmasına stimul verib.

Bu mənada, ümummilli liderimiz Heydər Əliyevin: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”. Bütün bunlar, həmçinin, kommunikasiya texnologiyalarının sürətli inkişafı və onların milli mətbuatımıza tətbiqi bu sahənin moderinləşməsinə, yüksəlişinə stimul verib. İnam və böyük qürurla deyə bilərik ki, mətbuatımıza diqqət və hərtərəfli qayğı bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevın qayğısı sayəsində istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələri özünün yüksəliş mərhələsini yaşayır. Ölkə başçımız İlham Əliyevin bu ilin aprel ayında Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncam da müstəsna əhəmiyyətli hadisə kimi təqdirəlayiqdir. Bu, eyni zamanda söz sənətinə, maarif və ictimai düşüncənin formalaşmasına xidmət edən yaradıcı insanların, dövrün, zamanın salnaməsini yaradan qələm sahiblərinin fəaliyyətinə, əməyinə verilən yüksək qiymətin, ehtiramın bariz nümunəsidir. Eləcə də, milli özünüdərk, tarixi yaddaş və milli kimliyin qorunması yönündə də dəyəri ölçüyəgəlməz qayğının göstəricisidir. Bəli, dərin köklərə, tarixi ənənələrə, milli -mənəvi dəyərlərə söykənən Azərbaycan mətbuatı bütün dönəmlərdə xalqımızın maariflənməsində, mədəni-mənəvi yüksəlişində mühüm rol oynayıb. Yarandığı gündən şüurlarda inqilabi rezonans yaradıb, xalqı cəhalət və xurafat məngənəsindən xilas edib elmə, təhsilə yönəltməklə tərəqqiyə səsləyib, saf məfkurə, parlaq amalla bu yolda fədakarcasına irəliləyib. Bu nəcib, ümdə və müqəddəs missiyanın banisi isə dövrünün görkəmli maarifpərvər ziyalısı Həsən bəy Zərdabi olub. Ölkə Prezidentinin imzaladığı sərəncamda vurğulandığı kimi, 150 il əvvəl-1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi –publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “ Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, milli oyanışın, özünüdərkin yaranmasına, içtimai-siyası şüurun, eləcə də, bədii fikrin daşıyıcısı olan mütərəqqi jurnalist nəslinin yetişməsinə töhfələr vermişdir.

Zərdab rayonu üzrə gənclər və idman  sektorunun əməkdaşı  Qurbanova Bahar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki