image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-643338422_1469819211164519_6296283806980264267_n

Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı

image-legitimaz-810x90

Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı.

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılış mərasimində çıxışında vurğulamışdır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər Ermənistan üçün ciddi dərs olmalı idi. Lakin təəssüf ki, qarşı tərəf reallıqlardan nəticə çıxarmadı və destruktiv siyasətini davam etdirdi. Dövlət başçısı qeyd etmişdir ki, Zəfərdən sonra Ermənistan rəhbərliyinə dəfələrlə açıq mesajlar verilmişdir. Azərbaycan tərəfi bildirmişdir ki, heç bir xarici qüvvəyə arxalanmaq, heç bir geosiyasi hesablamaya bel bağlamaq Ermənistanı xilas etməyəcək. Azərbaycan öz suveren hüquqlarını təmin etmək əzmindədir və bu yolda heç bir təzyiq onu dayandıra bilməz. Xarici hərbi kontingentin Azərbaycan ərazisində müvəqqəti yerləşməsi də yalnız ölkəmizin razılığı əsasında mümkün olmuşdur. Prezident açıq şəkildə bəyan etmişdir ki, əgər kimsə bunu Azərbaycana təsir vasitəsi hesab edirdisə, ciddi yanılırdı. Çünki dövlətimizin siyasi iradəsi və hərbi gücü heç bir xarici faktor qarşısında geri çəkilən deyil. Azərbaycan tərəfi dəfələrlə separatçılığa son qoyulması, qanunsuz xunta rejiminin ləğv edilməsi və Qarabağda yaşayan erməni əsilli əhalinin Azərbaycan vətəndaşlığını qəbul edərək reinteqrasiya prosesinə qoşulması barədə çağırışlar etmişdir. Hətta reinteqrasiya proqramı internet vasitəsilə ictimaiyyətə təqdim olunmuş, hüquq və təhlükəsizlik təminatları açıq şəkildə bəyan edilmişdir. Lakin qarşı tərəfdən adekvat cavab verilməmişdir. Əksinə, separatçı ünsürlər və onları dəstəkləyən qüvvələr daha da radikallaşmış, 2020–2023-cü illər arasında bölgəyə qanunsuz səfərlər təşkil edilmiş, müxtəlif xarici nümayəndələr separatçılara siyasi və mənəvi dəstək göstərmişlər. Silah və mina tədarükü davam etdirilmiş, Azərbaycan dövlətçiliyinə qarşı təxribat xarakterli addımlar atılmışdır. Bütün bunlar bölgədə sabitliyin pozulmasına yönəlmiş məqsədli fəaliyyət idi. Lakin bu cəhdlərin heç biri nəticə vermədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanı heç nə çəkindirə bilməzdi. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror tədbirləri bunu bütün dünyaya nümayiş etdirdi. Qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatçı rejim tamamilə ləğv edildi və dövlət suverenliyi bərpa olundu. Bu hadisə göstərdi ki, Azərbaycanın iradəsi qəti və dönməzdir. Dövlət başçısının ifadə etdiyi prinsipial mövqe aydın idi: Azərbaycanın suverenliyinə və dövlətçiliyinə qarşı çıxan hər bir qüvvə layiqli cavabını alacaqdır. Bu, həm siyasi mesaj, həm də praktik reallıqdır. Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqları qəbul etməyən Ermənistan növbəti dəfə yanlış hesablamalar apardı. Lakin nəticədə Azərbaycan öz qətiyyəti və gücü ilə bölgədə tam nəzarəti təmin etdi və Xocalı da daxil olmaqla bütün ərazilərdə suveren hüquqlarını bərpa etdi. Bu, dövlət iradəsinin sarsılmazlığının və tarixi ədalətin qəti təsdiqidir.

Zərdab rayon Məmmədqasımlı kənd sakini Abdullayev Sehran Soltanmahmud oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki