image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-creator-gd-jpeg-v1-0-using-ijg-jpeg-v80-quality-100

Əbədi müstəqilliyimizin memarı

image-legitimaz-810x90

Əbədi müstəqilliyimizin memarı.

Tarix yazmaq asan, tarixi yaratmaq isə olduqca mürəkkəb bir işdir. Tarix yaratmaq hər liderə nəsib olmur. Bunun üçün öz qətiyyətin ilə mənsub olduğun xalqı arxanca aparmaq, sonunda qalib olmalısan. Məhz belə bir dahi şəxsiyyət Azərbaycan xalqının taleyinə yazılan Heydər Əliyev oldu. Öz siyasi nüfuzu ilə dünya tarixində əbədi iz qoymuş bu şəxsiyyət qeyri- adi zəkası və fitri istedadı ilə Azərbaycanı dünyaya tanıtdı.
Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi ilə keçmiş SSRİ-də geridə qalmış respublikalardan biri sayılan Azərbaycanın siyasi və mədəni həyatında görünməmiş canlanma, böyük əhəmiyyətli inkişaf baş verdi. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyinin möhkəm təməli qoyuldu, milli ruh, türkçülük məfkurəsi yüksəlməyə başladı. Lakin sonralar baş verən mühüm hadisələr Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Azərbaycan xalqının həyatında baş verən hadisələr, o cümlədən 20 Yanvar faciəsi dahi rəhbərin vətənə qayıtmasına səbəb oldu. O, vətənin ağır günlərində xalqa dayaq olaraq biganə qala bilmədi. Müstəqillik addımlarını yenicə atan ölkəmiz təhlükə qarşısında idi. Ölkədə müharibə gedirdi. Nicat yolu isə xalqı bu ağır vəziyyətdən, hərbi – siyasi böhrandan xilas edəcək bir liderin hakimiyyətə gəlməsində idi.

1993-cü ilin əvvəllərindən ölkədə vətəndaş müharibəsinə zəmin yaranması, bölgələrimizdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın müstəqilliyinə, bir dövlət kimi varlığına son qoyulması ilə nəticələnə bilərdi. Ölkədə bütün sahələrdə böhran hökm sürürdü. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən qorudu. Ulu Öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parçalanmaq, dağılmaq təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanı xalqa qaytardı. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı qürur səhifəsi yazıldı. Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Gününə bağlı oldu.

1993 – cü il iyunun 15, respublikanın ən ağır vəziyyətində hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev çox çətin və ən şərəfli bir işi öhdəsinə götürdü. Çox az müddət ərzində hərc- mərclik və özbaşınalığa son qoyan Heydər Əliyevin sülh, insanpərvərlik kimi bəzi bəşəri amillər uğrunda nəcib fəaliyyəti ilə ölkədə keçirilən çoxsahəli islahatlara dəyərli töhfələr verən Ulu Öndər iqtisadi irəliləyişi təmin edərək Ordu quruculuğunun inkişaf etdirilməsində zəmin yaratdı. Bu, düşmən tərəfindən işğal olunan ata – baba torpaqlarımızın geri qaytarılmasında atılacaq ən vacib məsələ idi. Ən önəmlisi Xalq da ordunu öz parçası kimi qəbul etdi, orduya qayğı ümummilli dəyərə çevrildi.

Ümummilli Liderin başladığı müqəddəs işləri şərəflə davam etdirən İlham Əliyev ikinci Qarabağ müharibəsində 44 gün ərzində məhz Ulu Öndərin vəsiyyətini həyətə keçirərək haqq savaşında haqq yolunda qalib oldu.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki