image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-mehkeme

DTX-nin saxladığı şəxsə hökm oxundu

image-legitimaz-810x90

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, xaricdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Real Nəbiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Xeberaz.info  APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Real Nəbiyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Real Nəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

Real Nəbiyevə Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki