Dövlətə xəyanət etməkdə təqsirləndirilən Zamanlı İsmayıl Rafail oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Xeberaz.info APA-ya istinadla xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd olunub ki, İsmayıl Zamanlı Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunub. O, DTX tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib.
Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.


























