image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-59d1463b8764ee6b3b6934aee93934e6

Dövlətçiliyimizin ideoloji təməli

image-legitimaz-810x90

Dövlətçiliyimizin ideoloji təməli.

Hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyası – dövlətçilik ideologiyası mövcuddur. Milli ideologiya hər bir dövlətin daxili və xarici siyasətinin əsasını təşkil edir. Milli ideologiya siyasi ideologiyadan fərqli olaraq ayrı-ayrı qruplara, siniflərə, partiyalara deyil, bütöv millətə, cəmiyyətə, müstəqil dövlətə, milli dövlətçiliyə xidmət edir. Başqa sözlə, milli ideologiya millətin əsrlər boyu davam edən tarixinin, mədəniyyətinin, mənəvi həyatının, milli düşüncə tərzinin, dini və mifik görüşlərinin sintezi şəklində yaranıb, formalaşır, ümummilli maraqlara və vahid dövlətçilik təfəkkürünə əsaslanır. Azərbaycançılıq ideologiyası Azərbaycan xalqının tarixi varlığını, dilini, mədəniyyətini, milli kimliyini və dövlətçilik ənənələrini özündə birləşdirən güclü milli düşüncə sistemidir. Bu ideologiyanın dövlət səviyyəsində formalaşdırılması və möhkəmləndirilməsi prosesi isə birbaşa olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı yalnız bir xilaskarlıq aktı deyil, eyni zamanda yeni dövlətçilik fəlsəfəsinin əsasının qoyulması idi.

Milli ideologiyamızın mühüm tərkib hissələrindən biri ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən Azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər-bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Milli ideologiyamızın bütün təməl prinsipləri bizim milli kimliyimiz olan müqəddəs üçrəngli Dövlət Bayrağımızın hər bir simvolu ilə uzlaşaraq bir vəhdət təşkil edir.

Bu gün tam əminliklə deyə bilərik ki, əsası və təməli keçən əsrin əvvəllərində – 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük azərbaycançılıq ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik, güclü və qüdrətli müstəqil Azərbaycanın və onun Ümummilli Lideri Heydər Əliyevin timsalında tapmışdır. Azərbaycanın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasını, onun dönməzliyinin təmin edilməsini özünün müqəddəs, prioritet, ümdə vəzifəsi saymışdır və bu vəzifələr hal-hazırda onun siyasi varisi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də davam etdirilməkdədir.

Zərdab rayon Gəlmə kənd sakini- Ruhiyyə Allahverdiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki