image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-resize_3532e2602d8fcd875aa42edede3d73f8-780x470

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

image-legitimaz-810x90

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur.

Hər bir xalqın varlığını, müstəqilliyini və milli kimliyini yaşadan əsas amillərdən biri onun dövlət rəmzləridir. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı da bu mənəvi dəyərlərin, azadlıq və suverenliyin rəmzidir. 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın milli qürur, vətənpərvərlik və birliyini təcəssüm etdirən əlamətdar gündür.

Üç rəngli bayrağımızın hər bir rəngi dərin məna daşıyır: mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirlik və inkişafı, yaşıl rəng isə islam mədəniyyətinə bağlılığımızı ifadə edir. Ay və səkkizguşəli ulduz isə Azərbaycan xalqının müstəqil dövlətçilik ənənələrinin rəmzidir. Bu bayraq yalnız bir parça parça deyil – o, xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun, azadlıq uğrunda şəhidlərimizin qanı bahasına əldə edilən müstəqilliyin simvoludur.

Dövlət bayrağımıza hörmət göstərmək hər bir vətəndaşın müqəddəs borcudur. Bayrağımızın ucalığı, onun daim dalğalanması ölkəmizin gücünü və birliyini nümayiş etdirir. Hər bir azərbaycanlı bu rəmzi qürurla qoruyub saxlamalı, gələcək nəsillərə vətənpərvərlik ruhunda ötürməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bu gün üçrəngli bayrağımız ölkəmizin hər guşəsində, beynəlxalq tədbirlərdə, idman arenalarında və diplomatik missiyalarda qürurla dalğalanır. O, Azərbaycan xalqının birliyinin, dövlətimizin müstəqilliyinin və gələcəyə olan inamının təcəssümüdür.

Bayrağımıza hörmət – dövlətə, xalqa və tarixə hörmətdir.

 

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki