image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq-2

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

image-legitimaz-810x90

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

Dövlət rəmzləri hər millətin qürur mənbəyidir. Azərbaycan Respublikasının dövlət rəmzləri Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himnidir. Azərbaycan vətəndaşları Vətənini sevir, dövlət rəmzlərinə hörmətlə yanaşır. Gələcəyimiz olan, yeni formalaşan nəslə Dövlət bayrağına, Dövlət gerbinə və Dövlət himninə dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi üçün mühümdür. Rəmzlər dövlətin müstəqilliyini təcəssüm etdirir. Dövlət rəmzlərini qorumaq, onları sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqilliyimizin göstəricisi olan bu rəmzlər uğrunda minlərlə soydaşımız canını qurban vermiş, şəhid olmuşdur. Ona görə də qürur mənbəyimiz olan dövlət rəmzlərini həmişə uca tutmalıyıq.

Dövlət rəmzləri xalqımızın müqəddəs predmetləri kimi özündə xalqa məxsus olan ən ali dəyərlərin simvollarını daşıyır. Bayraq sözü müasir anlamda dövlətçilik termini olaraq, dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraq müqəddəs dövlətçilik atributlarından sayılır. Çünki dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirir. Hər hansı bir dövləti digərlərindən fərqləndirən simvol vərəmzlər  emblem, bayraq, gerb, orden, pul və s. mövcuddur. Bu mənada, azərbaycançılıq əsrlər boyu Azərbaycan dövlətinin özünəməxsusluğunu səciyyələndirən rəmzlərlə sıx bağlıdır.

Dövlət rəmzlərinin mahiyyəti və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət və ehtiram ruhunda tərbiyə edilməsi ölkəmizdə vətəndaş cəmiyyətinin, hüquqi-demokratik və vətəndaş həmrəyliyi cəmiyyətinin formalaşmasının mühüm amilidir. Azərbaycanın dövlət rəmzlərinin məna, funksiya və mahiyyətinin Azərbaycan gəncliyinə dərindən öyrədilməsi milli ideologiyamızın əsas təməl prinsiplərinin təbliğinin və tədrisinin mühüm şərtlərindən biridir.

Zərdab rayon Gəlmə kənd sakini Niyazi Həsənov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki