image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-6237380e067fb

Dövlət dili statusu

image-legitimaz-810x90

Dövlət dili statusu.

Bütün həyatını doğma xalqının,vətəninin inkişafına,intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib. Ulu öndər uzaqgörən siyasəti ilə hər zaman Azərbaycan dilinə qayğı ilə yanaşıb. Hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq , dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması, nəticədə Azərbaycan dilçiliyinin sürətli inkişafı, eləcə də dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi Ümummill Lider Heydər Əliyevin şərəfli xidməti idi.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi fəaliyyətinin təməlini milli-mənəvi dəyərlərimiz təşkil edirdi. Sovet hakimiyyəti illərində bu nə qədər çətin və böyük hünər tələb etsə də, Ulu Öndərimiz bütün bu işlərin öhdəsindən ləyaqətlə gəlirdi.  Azərbaycan dili məsələsi də daim onun diqqət mərkəzində olub. Ana dilinin qorunması, inkişaf etdirilməsi, mütəmadi olaraq zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xüsusi qayğı ilə yanaşırdı.

Bu istiqamətdə vacib və cəsarətli qərarlar qəbul edirdi. 1970-ci illərin ortalarından SSRİ respublikalarının ictimai-siyasi həyatında dil məsələsi geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, ittifaqda milli dillərin sıxışdırılması prosesi getdikcə güclənirdi, hətta respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən ehtiyat edirdilər. Həmin vaxt Ulu Öndər Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Məhz onun bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi.

Ulu Öndərin bu qədər ana dilimizə dəyər verməsi, onun qorunması üçün bütün çətinliklərə baxmayaraq, mübarizə aparması Vətənimizə olan sonsuz sevgisindən irəli gəlirdi: Bir sözlə, Azərbaycan dilinin qorunması və inkişafı üçün nə mümkün idisə onu da edirdi. Azərbaycanda dilçi alimlərə yüksək hörmət və qayğının göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki