image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-resize_3532e2602d8fcd875aa42edede3d73f8-780x470

Dövlət Bayrağı Muzeyi Azərbaycan dövlətçiliyinin yüzillik tarixini əyani şəkildə nümayiş etdirir

image-legitimaz-810x90

Dövlət Bayrağı Muzeyi Azərbaycan dövlətçiliyinin yüzillik tarixini əyani şəkildə nümayiş etdirir

 

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Dövlət Bayrağı eni bərabər üç üfüqi zolaqdan ibarətdir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasındakı ağ aypara və səkkizguşəli ulduz türk mənşəyimizi və milli birliyimizi təcəssüm etdirir. Bu bayraq müstəqil Azərbaycanın göylərində dalğalanmaqla xalqın iradəsinin, dövlətin əbədiliyinin, milli birliyin rəmzinə çevrilib.

Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması üçrəngli rəmzimizin müqəddəsliyini əbədiləşdirdi. 2010-cu ildə istifadəyə verilən bu meydan bu gün Azərbaycanın qürur məkanı, milli birliyimizin, dövlətçilik ideologiyasının simvolu kimi tanınır. Meydanda fəaliyyət göstərən Dövlət Bayrağı Muzeyi Azərbaycan dövlətçiliyinin yüzillik tarixini əyani şəkildə nümayiş etdirir.

2024-cü ilin noyabrında yenidən açılan Dövlət Bayrağı Meydanında bu gün dünyanın ən böyük bayrağı dalğalanır. Burada yaradılan “Zəfər qalereyası” 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda ucaldılan bayraqların əzəmətini əks etdirir.

Vaxtilə Ümummili lider Heydər Əliyev demişdi: “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə yox, hər bir ailənin həyatının əziz bir hissəsi olmalıdır.” Bu, sadəcə bir tövsiyə deyil, milli kimliyimizi yaşadan bir vəsiyyət idi. Azərbaycan Konstitusiyasının 75-ci maddəsi də bu mənəvi dəyərləri hüquqi norma səviyyəsinə yüksəldir – hər bir vətəndaş dövlət rəmzlərinə hörmət etməlidir.

44 günlük Vətən müharibəsindən sonra üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalananda xalqın yüzillik arzusu gerçəkləşdi. O bayraq Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Cəbrayılda qaldırılarkən, minlərlə şəhidin ruhu rahatlıq tapdı. Bayraq artıq yalnız dövlətin deyil, həm də Qələbənin, dirçəlişin, milli qürurun rəmzidir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. O, canımızdır, ürəyimizdir.”

Bu gün üçrəngli bayraq Azərbaycan xalqının birliyinin, azərbaycançılıq ideologiyasının, müstəqil dövlətimizin əbədi simvoludur. Hər bir azərbaycanlı bu bayrağın altında həm tarixini, həm kimliyini, həm də gələcəyini görür.

Heydər Əliyev demişdi: “Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”

Azərbaycanın müstəqilliyinin, xalqımızın azadlıq eşqinin və milli həmrəyliyinin bu rəmzi əbədi olaraq göylərdə dalğalanacaq. Çünki bu bayraq yalnız parça deyil – bu, bir xalqın keçmişi, bu günü və gələcəyi, bir millətin vüqarı, azad nəfəsi, sonsuz inamıdır. 9 noyabrda dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qəlbində elə bir ucalığa yüksəlir ki, o ucalıqdan yalnız azadlıq görünür.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki