image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-623563262_1450967926382981_2020375045428554911_n

Dövlət başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görülüb

image-legitimaz-810x90

Dövlət başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görülüb

Zayed İnsan Qardaşlığı Mükafatı, müxtəlif mədəniyyətlər, dinlər və xalqlar arasında sülh, anlaşma və birlik yaratmağa çalışan şəxslərə və qurumlara verilən beynəlxalq nüfuzlu mükafatdır. BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Al Nahyanın irsi əsasında, 2019-cu ildə Papa Fransisk və Əl-Əzhərin İmamı Əhməd Əl-Tayyib tərəfindən imzalanan insan qardaşlığı sənədinə əsaslanır.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub.

Dövlət başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görülüb. Qeyd edək ki, 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nı laureatlara təqdim edib.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və strateji əməkdaşlıq münasibətləri yeni, tarixi mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşılıqlı səfərlərinin dinamikliyi əlaqələrimizin yüksələn xətlə inkişafından xəbər verir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətləri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.

Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Həmçinin, bu ölkə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesində neytrallıq nümayiş etdirərək hər iki ölkə liderinin ötən ilin iyul ayında baş tutan ikitərəfli görüşünə ev sahibliyi edib.

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülənlər arasında Prezident İlham Əliyevin yer alması da təsadüfi deyil. Çünki Azərbaycan lideri təkcə müharibədə yox, diplomatik danışıqlardan da qalib çıxdı. Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan sülhün təşəbbüskarı kimi çıxış etdi. Bu, dünyada nadir rast gəlinən bir nümunədir. Uzun illər işğala və haqsızlığa, beynəlxalq arenada ikili standartlara məruz qalan bir ölkə tarixi ədaləti öz gücü hesabına bərpa etdi və qarşı tərəfə sülh əlini uzatdı.  İlham Əliyev hər zaman sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edib. Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvlərindəndir. Bu nöqteyi-nəzərdən də, Prezident İlham Əliyevin sözügedən mükafata layiq görülməsi həm də, Azərbaycan liderinin şəxsən sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi töhfələrin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.

2026-cı il 4 fevral tarixi Cənubi Qafqazın tarixində ağ səhifənin açıldığı gün kimi də xatırlanacaq. Prezident İlham Əliyevin qazandığı “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan xalqının qələbəsinin, müdrikliyinin və sülhsevərliyinin beynəlxalq səviyyədə təsdiqidir. Mövcud saziş regionu parçalanma təhlükəsindən xilas edərək vahid və təhlükəsiz gələcəyə aparır. Artıq dünya ölkəmizi qlobal sülhə töhfə verən, regionda sabitliyin qarantı olan qüdrətli dövlət kimi tanıyır.

 

Gülnar Tağıyeva  – Zərdab rayonu, Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki