image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-aze_macar

Dost ölkələr, strateji tərəfdaşlar

image-legitimaz-810x90

Dost ölkələr, strateji tərəfdaşlar

Dəyişən beynəlxalq düzəndə Azərbaycanın Mərkəzi və Şərqi Avropanın mühüm ölkələrindən biri olan Macarıstanla münasibətlərin dinamikası xüsusi diqqətə layiqdir. Son illər bu əlaqələr təkcə ikitərəfli dostluq və iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, həm də yeni geosiyasi reallıqlar fonunda strateji tərəfdaşlığa çevrilir. Cənab Prezidentimizin də dediyi kimi Macarıstan həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə edib.Bu da əlaqələrimizin yeni formatda inkişaf etməsini şərtləndirir. Azərbaycan–Macarıstan münasibətləri 1990-cı illərin əvvəllərində qurulsa da, onların strateji mahiyyət qazanması son on ildə müşahidə edilir. 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə və 2023-cü ildə bunun genişləndirilmiş forması artıq təkcə diplomatik akt deyil, iki dövlətin qarşılıqlı maraqları və uzunmüddətli niyyətlərini ifadə edən konseptual çərçivəyə çevrilib. Enerji təhlükəsizliyindən tutmuş, təhsil və humanitar sahələrə qədər əməkdaşlıq spektri bu tərəfdaşlığın dərinliyini nümayiş etdirir.

Qarşılıqlı anlaşma şəraitində tərəflər suverenlik, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini əsas tutaraq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməklə geosiyasi münasibətlərə özünəməxsus töhfə verirlər. Macarıstanın Avropa İttifaqı daxilində Azərbaycanın maraqlarını dəstəkləyən ölkələrdən biri olması respublikamızın Avropaya inteqrasiya səyləri üçün əhəmiyyətli diplomatik dayaq yaradır.

Macarıstanla enerji sahəsində əməkdaşlıq Azərbaycanın Avropa enerji bazarında artan rolunu təsdiqləyir. “Cənub Qaz Dəhlizi” layihəsində Macarıstanın iştirak niyyəti, “yaşıl” enerji layihələrinə qoşulması və dörd ölkənin birgə imzaladığı strateji saziş bu əməkdaşlığın təkcə ticarət deyil, strateji aspektlərini də gücləndirir.Qara dənizlə Avropaya uzanan enerji infrastrukturu yalnız texnoloji layihə deyil – bu, regionlar arasında etimadın, qarşılıqlı inamın və siyasi iradənin nəticəsidir. Azərbaycanın enerji ixracı artıq neft və qazla məhdudlaşmır, həm də “yaşıl” enerjiyə keçidi sürətləndirir. Bu gün Azərbaycan–Macarıstan münasibətləri artıq sadəcə, əməkdaşlıq deyil, qarşılıqlı strateji maraqların təmin olunduğu çoxşaxəli müttəfiqlik formatına çevrilməkdədir. Bu müttəfiqlik təkcə iki ölkə üçün deyil, region üçün də sabitlik, inkişaf və dayanıqlı tərəfdaşlıq nümunəsi təqdim edir. COP29 kimi qlobal tədbirlərdə birgə iştirak, enerji, nəqliyyat, mədəniyyət, müdafiə və hüquq sahələrində əməkdaşlıq yeni geosiyasi modelin konturlarını cızır.Bu əməkdaşlıq həm Azərbaycanın Avropadakı nüfuzunu, həm də Macarıstanın Türk dünyası ilə əlaqələrini gücləndirir. Əminliklə demək olar ki, bu tərəfdaşlıq modeli gələcəkdə daha geniş miqyası əhatə edəcəkdir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki