image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1be820e2-ce49-4c6a-8eb0-bd4fb6bd9447

DEPUTATLARA VƏ PREZİDENTƏ 2026-ilin SUALI…

image-legitimaz-810x90

DEPUTATLARA VƏ PREZİDENTƏ 2026-ilin SUALI…

Özəlləşdirmə çekləri: Fərman qanunu ləğv edə bilərmi?

Xeberaz.info xəbər verir ki, Azərbaycanda on minlərlə vətəndaşın mülkiyyət hüququ ilə bağlı ciddi suallar hələ də cavabsız qalır.

Söhbət dövlət özəlləşdirmə payları – çeklərindən gedir. Bu çeklər 1990-cı illərdə Ulu Öndər Heydər Əliyevin imzaladığı qanunlarla hər bir vətəndaşa dövlət əmlakından əvəzsiz mülkiyyət payı kimi verilib.

Qanunvericiliyə əsasən, özəlləşdirmə çekləri qiymətli kağızdır; ödəmə-tədiyyə vasitəsi hesab olunur; bütün özəlləşdirmə dövrü ərzində istifadə olunmalıdır. Bu, həm “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 10-cu maddəsində, həm də Mülki Məcəllədə açıq şəkildə göstərilib. Lakin 2004-cü ildə qəbul edilən 75 saylı Prezident Fərmanı ilə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi istifadə məhdudlaşdırıldı, sonradan isə tam dayandırıldı. Bu addım ciddi hüquqi ziddiyyət yaradıb.

Əsas sual budur:

Qanunla verilmiş mülkiyyət hüququ fərmanla məhdudlaşdırıla və ya ləğv edilə bilərmi?

Konstitusiya bu suala aydın cavab verir:

Mülkiyyət hüququ toxunulmazdır (maddə 13, 29);
Mülki hüquqların məhdudlaşdırılması yalnız qanunla mümkündür (maddə 94);
Qanunla ziddiyyət təşkil edən fərman tətbiq edilə bilməz.

Bundan başqa, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə, qanun fərmandan üstündür. Yəni, fərman qanunu dəyişə və ya ləğv edə bilməz.

Mülkiyyət hüququnun bu cür pozulması AR Qanunvericiliyi ilə KORRUPSİYA CİNAYƏTİ hesab olunur.

Məsələnin iqtisadi tərəfi də diqqətçəkəndir. Rəsmi sənədlərə əsasən, 1997-ci ildə 1 özəlləşdirmə çekinin minimal dəyəri təxminən 500 ABŞ dolları olub, 1 pay (4 çek) isə 2000 dollar dəyərində qiymətləndirilib.
İnflyasiya və əmlak qiymətlərini nəzərə alsaq, bu gün bir özəlləşdirmə payının real dəyəri 40–80 min manat aralığında ola bilər.

Bu isə xalqın miras əmlak payıdır.

Belə olan halda, qanunla verilmiş mülkiyyətin fərmanla dəyərsizləşdirilməsi;
vətəndaşların illərdir öz hüquqlarından istifadə edə bilməməsi fonunda nəticədə
sosial narazılığın artması qaçılmaz olur.
Məmurlara qarşı tərbiyəsiz, vicdansız, şərəfsiz və ləyaqətsiz deyən vətəndaşların sayı artır, Məmur – Vətəndaş qarşıdurmasını da qaçılmaz edir.

Bu səbəbdən DEPUTATLARIN və PREZİDENTİN göstərişi ilə məsələ Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmalı, 75 saylı Fərmanın müvafiq bəndinin Konstitusiyaya uyğunluğu qiymətləndirilməlidir.

Qanunun aliliyi təmin edilmədən hüquqi dövlət qurmaq mümkün deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki