Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva ötən gün Zərdab rayonunun Şahhüseynli kəndlərindən olan seçiciləri ilə görüşüb.
” Xeberaz.info” görüşdə vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər olub.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.
Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Jalə Əliyeva tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.
Görüşdə seçicilər həllini tapmış (internet şəbəkəsinin quraşdırılması, uşaq bağçasının əsaslı təmirə başlanması, beton kanal çəkilərək kənddən uzaq 834 hektar əkin sahəsinin suvarılması, məktəb yoluna çınqıl daşların tökülməsi ) məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Jalə Əliyevaya dərin təşəkkürlərini ifadə etmişdirlər.
Onu da qeyd edək ki, deputat Jalə Əliyeva hər ay seçicilərilə görüşür, mütamadi olaraq əlamətdar günlərdə və bayramlarda müxtəlif aksiyalar keçirərək seçicilərinin yanında olur, onların qaldırdıqları problemlər dinlənilir, həlli üçün qanunauyğun müvafiq addımlar atılır.
Xeberaz.info. Vüqar Rəhimov