Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdaba növbəti səfəri çərçivəsində rayonun Əlvənd kəndində səyyar qəbul keçirib.
Jalə Əliyeva ilk öncə Azərbaycan respublikasının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə ehtiramlarını bildirib.Qəbulda ağsaqqallar, ziyalılar, fərdi təsərrüfatçılar, müəllimlər və s. iştirak etmişdir. Qəbul sırasında kənd ağsaqqalları Jalə Əliyevaya kənd sakinləri ilə görüşə gələrək, onların problemləriylə yaxından maraqlandığına görə təşəkkürlərini bildiriblər.
“Xeberaz.info” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Səmimi keçən görüşdə sonda kənd sakinləri Millət vəkili ilə xatirə şəkili çəkdiriblər.
”Xeberaz.info” Vüqar Rəhimov