image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-578344493_1385034822976292_6014748064059704273_n

“Dəmir yumruq” milli birliyin və gücün rəmzidir”

image-legitimaz-810x90

“Dəmir yumruq” milli birliyin və gücün rəmzidir

Azərbaycan xalqı üçün “Dəmir yumruq” ifadəsi yalnız hərbi qələbənin deyil, həm də milli birliyin, dövlətin gücünün və xalqın iradəsinin təcəssümüdür. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Bu qələbənin arxasında Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordunun peşəkarlığı və xalqın bir amal ətrafında sıx birləşməsi dayanırdı. “Dəmir yumruq” həm simvolik, həm də ideoloji baxımdan milli həmrəyliyin təzahürüdür. Müharibə zamanı bütün cəmiyyətin — ön cəbhədən tutmuş arxa cəbhəyə qədər – eyni məqsəd uğrunda birləşməsi Azərbaycanın mənəvi gücünü nümayiş etdirdi. Bu birlik modeli postmüharibə dövründə də qorunaraq ölkədə sosial-iqtisadi dirçəlişin və azad edilmiş torpaqlarda quruculuq işlərinin aparılmasının əsas dayaq nöqtəsinə çevrildi.

Bu rəmz həm də dövlətin yenilməz iradəsinin simvoludur. Azərbaycanın milli maraqlarını qorumaq, suverenliyini möhkəmləndirmək və ərazi bütövlüyünü bərpa etmək istiqamətində atılan addımlar “dəmir yumruq” ruhunu dövlət idarəçiliyinin və vətəndaş həmrəyliyinin ayrılmaz hissəsinə çevirmişdir. Nəticə etibarilə, “Dəmir yumruq” ifadəsi artıq sadəcə hərbi gücü deyil, Azərbaycan xalqının milli qürurunu, birliyini və gələcəyə inamını ifadə edən mənəvi dəyərə çevrilmişdir.

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki