image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-01-mgbjv1xkhn0arq59ls8p

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

image-legitimaz-810x90

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müasir dövlətçilik tariximizin fundamental əsaslarına — konstitusion dəyərlərə, milli suverenliyə və hüquqi dövlət prinsipinə verilən xüsusi önəmin ifadəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmlənmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Bu əlamətdar il çərçivəsində cənab Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi təşəbbüsü isə Azərbaycan dövlətçiliyinin əsrlər boyu formalaşmış humanist və ədalətə əsaslanan idarəçilik ənənələrinin müasir dövrdə uğurla davam etdirildiyini göstərən mühüm siyasi-hüquqi addımdır.

Dayanıqlı inkişaf anlayışı yalnız iqtisadi artım göstəriciləri ilə məhdudlaşmır. O, eyni zamanda sosial ədalətin qorunmasını, hüquqi sabitliyin təmin olunmasını və insan kapitalının inkişafını özündə ehtiva edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti məhz bu kompleks yanaşmaya əsaslanır. Amnistiya təşəbbüsü də sosial siyasətin və hüquqi islahatların ayrılmaz tərkib hissəsi kimi, cəmiyyətin bütün təbəqələrinin inkişaf prosesinə cəlb olunmasına xidmət edir.

Azərbaycan dövlətçilik ənənələrində mərhəmət və ədalət anlayışları həmişə mühüm yer tutmuşdur. Tarixi dövlətçilik təcrübəmizdə bağışlama və islah etmə prinsipləri ictimai harmoniyanın qorunmasında effektiv vasitə kimi çıxış etmişdir. Müasir dövrdə bu ənənələrin hüquqi mexanizmlər vasitəsilə tətbiqi cənab Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsas xüsusiyyətlərindən biridir. Amnistiyanın elan edilməsi təşəbbüsü də məhz bu tarixi-siyasi varisliyin real təzahürüdür.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs Konstitusiyanın ali hüquqi qüvvəsini və dövlətin müstəqil qərar qəbul etmək iradəsini praktik müstəvidə nümayiş etdirir. Konstitusiya vətəndaş hüquq və azadlıqlarının təminatçısı olduğu kimi, suverenlik də bu hüquqların milli maraqlara uyğun şəkildə qorunmasının əsas şərtidir. Amnistiya aktı bu iki anlayışın uzlaşmasını, hüquqi sabitliklə humanist yanaşmanın balansını təmin edir.

Cənab Prezident İlham Əliyevin uzunmüddətli inkişaf strategiyasında sosial rifah və hüquqi etimad mühüm yer tutur. Amnistiya təşəbbüsü ailələrin sosial durumunun yaxşılaşdırılmasına, cəmiyyətə yenidən inteqrasiya imkanlarının genişləndirilməsinə və ictimai sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu isə dayanıqlı inkişafın əsas komponentlərindən olan sosial həmrəyliyin güclənməsinə səbəb olur.

Eyni zamanda, bu təşəbbüs dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm töhfə verir. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan ədalətlilik və bərabərlik amnistiya mexanizmi vasitəsilə real məzmun qazanır. Dövlətin cəza siyasətində islah yönümlü yanaşmanın gücləndirilməsi gələcəkdə hüquq pozuntularının azalmasına və cəmiyyətin hüquqi şüurunun yüksəlməsinə şərait yaradır.

 

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki