Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri
“2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi respublikamızın həyatında böyük tarixi hadisədir. Bu il, həm də tarixi Qələbəmizin büşinci ildönümüdür. Bu əlamətdar hadisələrlə bağlı Prezident cənab İlham Əliyevin Amnistiya elan edilməsi təşəbbüsü ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Cənab Prezident bu təşəbbüsü onun humanizm və sosial ədalət prinsiplərihə sadiqliyinin növbəti nümunəsidir. Sayca 13-cü olan Amnistiya aktı 20 mindən çox şəxsə şamil olunacaq. Humanizm prinsiplərinə sadiqliyin əsası Ulu Öndər Heydər Əliyev tərəfinfən qoyulub. Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir”.
Prezident cənab İlham Əliyev ölkəmizə rəhbərliyə başladığı vaxtdan indiyədək humanizm onun həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Son 22 ildə həyata keçirilən siyasi kursun əsas amillərindən biri də insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləridir. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Cənab Prezident bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Cənab Prezident bu təşəbbüsü irəli sürərkən, ilk növbədə, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi Qələbəsi olduğunu nəzərə alıb. Cənab Prezident, eyni zamanda, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edib.
Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

























