image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-cd0050d781cd98c71cfd29a6bf1023a9

  Dayanıqlı inkişafa səbəb olmuş islahatlar

image-legitimaz-810x90

Tarixi Zəfərimizdən sonra başlanan yeni dövr islahatları, təkmilləşməni bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan mətbuat ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Prezidentimiz cənab İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Medianın inkişafının dəstəklənməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradıldı. Qurum yarandığı gündən müstəqil medianın inkişafına xidmət edən layihələri, jurnalist peşəkarlığının artırılmasına yönələn addımları ilə diqqətdədir. Həmçinin mətbuatın müasir dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirilməsinə yönələn addımlar sırasında yeni “Media haqqında” Qanunun qəbul edilməsini qeyd edə bilərik. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Əminliklə söyləyə bilərik ki, bu gün qalib, bütövləşən Azərbaycanın mətbuatı özünün sürətli inkişaf dövrünü yaşayır.

Tarixi paralellər əsasında müqayisəli təhlil apardıqda hər bir dövrün mövcud ictimai-siyasi hadisələrinin mətbuatın qarşısında mühüm vəzifələr qoyduğunu görürük. Bu baxımdan müstəqillik tariximiz xüsusi qeyd edilməlidir. Belə ki, 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa edən Azərbaycan olduqca ağır bir mərhələ yaşadı. Həmin dövrdə hakimiyyətsizliyin hökm sürməsi, anarxiya ölkəni faciələrlə üz-üzə qoydu. Digər sahələr kimi, mətbuatımız da ağır dövrünü yaşadı. Mətbuat azadlığından danişmaq belə mümkün deyildi. Azərbaycan həmin ağır dövrü yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra arxada qoydu. Ulu Öndərin bu qayıdışı mətbuatımızın da qarşısında geniş imkanlar açdı. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Azərbaycan mətbuatı özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Son 20 ildən artıq dövrdə Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Prezident cənab İlham Əliyev daim bu çağırışı edir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıb. Həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək səviyyədədir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki