Qrenlandiya krallığın bir hissəsidir və ABŞ təhdidlərini dayandırmalıdır.
“Xeberaz.info” xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
O bildirib ki, Vaşinqtonun adaya nəzarəti ələ keçirməsinin heç bir anlamı yoxdur:
“ABŞ-ın krallığın 3 subyektindən (Danimarka, Qrenlandiya və Farer adaları) heç birini ilhaq etmək hüququ yoxdur. Danimarka Krallığı və buna görə də Qrenlandiya NATO-nun bir hissəsidir, alyansın təhlükəsizlik zəmanətləri altındadır. Artıq krallıq və ABŞ arasında ABŞ-a Qrenlandiyaya geniş giriş imkanı verən müdafiə müqaviləmiz var və biz Arktika təhlükəsizliyinə əhəmiyyətli dərəcədə sərmayə qoymuşuq.
Buna görə də mən ABŞ-ı tarixən yaxın müttəfiqə, eləcə də satış üçün olmadığını açıq şəkildə bildirən başqa bir ölkəyə və başqa bir xalqa qarşı təhdidləri dayandırmağa çağırıram”.
Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp Qrenlandiyanın ABŞ-ın müdafiəsi üçün lazım olduğunu açıq şəkildə qeyd edib.


























