Dağ iqlimi ilə termal suyun birləşdiyi unikal mühit
İstisu” Kompleksin layihəsinin əsas xüsusiyyətlərindən biri təbii müalicə ənənələrinin müasir tibbi texnologiyalarla birləşdirilməsidir. Burada planlaşdırılan tibbi mərkəzlərdə aşağıdakı xidmətlər nəzərdə tutulur: Suyun tərkibinə əsaslanan fərdi müalicə proqramları, Kardioloji və nevroloji reabilitasiya bölmələri, Fizioterapiya kabinetləri və idman-reabilitasiya zalı, Termal su ilə müalicə hovuzları, Diqnoz və analiz laboratoriyaları
Bütün bunlar “İstisu”nu sadəcə kurort deyil, həm də elmi-tibbi mərkəz kimi inkişaf etdirməyə imkan verir. Kompleks yalnız sağlamlıq yönümlü deyil, həm də geniş turizm potensialı daşıyır. Burada yay və qış turizmi, yürüş və trekking marşrutları, dağ velosipedi yolları, qışda xizək və qar fəaliyyəti, ailəvi istirahət zonaları, kimi imkanlar formalaşdırılır.
Bu yanaşma “İstisu”nu bütün fəsillərdə fəaliyyət göstərən çoxfunksiyalı istirahət kompleksi səviyyəsinə yüksəldir.
Kompleksin istifadəyə verilməsi Kəlbəcər rayonunun sosial-iqtisadi inkişafında mühüm mərhələdir. Burada yüzlərlə yeni iş yerləri yaranacaq, turizm axını artacaq, xidmət sektoru genişlənəcək. Yerli məhsulların, xüsusilə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının turistlər üçün bazara çıxışı da daha asan olacaq.
Bununla da “İstisu” layihəsi təkcə sağlamlıq turizminin inkişafına yox, həm də bölgənin ümumi iqtisadi dirçəlişinə xidmət edir.
“İstisu” Müalicə-İstirahət Kompleksi yalnız bir turizm layihəsi deyil, Kəlbəcərin təbii, tarixi və müalicəvi imkanlarını beynəlxalq səviyyədə tanıdacaq strateji bir məkan kimi formalaşır. Gələcəkdə kompleksin beynəlxalq konqreslərə, sağlamlıq simpoziumlarına, elmi-tibbi tədbirlərə ev sahibliyi etməsi də planlaşdırılır.
Bu layihə Azərbaycanın post-münaqişə dövründə yaratdığı dirçəliş modelinin parlaq nümunələrindən biri kimi, “İstisu” markasını yenidən dünya miqyasında tanıtmağa imkan verəcək.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc




















