image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ddce1e88-9948-307a-904f-0dd94dc80361_850

COP29 ölkədə ilin tədbiri oldu

image-legitimaz-810x90

COP29 ölkədə ilin tədbiri oldu.

Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Qısa müddətdə yaradılmış optimal texniki şərait, müzakirələr üçün əlverişli iclas zalları, qurulmuş povilyonlar tədbirin arzuolunan şəkildə reallaşmasını və öz işini effektiv, səmərəli yekunlaşdırmasını təmin etdi.

Əvvala ondan başlamalıyıq ki, biz bu tədbiri Azərbaycanın bədxahlarının qarayaxma kampaniyası, yəni sessiyanın boykot olunmasına çağırışlar şəraitində reallaşdırdıq. Bir sıra dövlətlər ciddi ekoloji müzakirələrə həssaslıq göstərmək əvəzinə, Azərbaycanın evsahibliyinə qısqanclıq, başqa sözlə ölkəmizə olan hörməti həzm etməməkdən irəli gələn kobud davranış sərgiləyirdilər. Daxildəki müəyyən qüvvələr də xaricdəki qulp qoyanlarla, pozucu qüvvələrlə səs-səsə vermək istəyirdi. Məqsəd nə olur-olsun, tədbir baş tutmasın, Azərbaycan beynəlxalq aləmdə rüsvay olsun kimi bədniyyətlilikdən doğurdu; Ölkəmizin uğurlarını gözü götürməyənlərin xislətindən irəli gəlirdi. Əslində həmin qüvvələrin bədxahlığı dünyanın iqlim siyasətinə vecsizlik, dünyanı fəlakətlərdən qorumaq addımları əleyhinə atılmış addım kimi mənalanırdı. Məhz belə bir şəraitdə COP29-a hazırlıq aparılırdı və xalqımız Prezident İlham Əliyevin bu tədbirlə bağlı verdiyi tapşırıqların, ciddi hazırlıqların ölkəmizə, bütövlükdə dünyaya fayda gətirəcəyinə inanırdı. Ona görə də tədbirin təşkilində güclü bir həmrəylik yarandı, sessiyaya böyük könüllü ordusu, gənclər maraq göstərdi. Media qurumları, televiziyalar, xarici jurnalistlər bütün diqqəti COP29-a yönəltdi. Və ən əsası, boykota çalışan dairələrin çirkin səylərinə baxmayaraq, tədbirdə 80 ölkənin prezidenti, vitse-prezidenti, baş naziri iştirak etdi. Prezident İlham Əliyevin açılış nitqində bədxahlara etdiyi xitab COP29-un ən təntənəli nidası idi: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”.

 

Veteran müəllim Vəfadar Niftəliyev.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki