COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik.
İqtisadçıların rəylərinə əsasən COP dünyanın ən böyük tədbirlərindən hesab olunur. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. COP29 da bu kontekstdən fərqlənən tədbir oldu. Ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbirlərdən hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük dividendlər qazandırdı. Bu da bir tərəfdən, xüsusən də, Azərbaycanın turizm potensialının təqdim edilməsi baxımından vacibdir. Bu, turizmin inkişafına xüsusi töhfə verəcək. COP tədbirləri ölkənin təqdimatına xüsusi imkan yaratdı. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq. Ona görə də turizm də Azərbaycan üçün əsas sahələrdən olduğuna görə bu, turizmin inkişafını stimullaşdıracaq. Sərmayenin cəlb edilməsi baxımından üstünlüklərə malikdir. Çünki həm də bu yalnız turizm sektoru deyil, bütövlükdə ölkənin iqtisadi potensialının təqdim edilməsinə imkan yaradacaq. Bu kontekstdən sərmayələrin cəlb edilməsi, ölkə iqtisadiyyatının inkişafının təşviq edilməsinə imkan yaradacaq. İqtisadi inkişaf startegiyasına əsasən postneft dövündə iqtisadiyyatın əsas istiqamətlərindən biri turzim sektoru olacaq. Bütövlükdə COP29 Azərbaycan üçün həm siyasi, həm iqtisadi baxımdan vacib tədbirlərdəndir. Ona görə də bu, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan tədbir hesab olunur.
Ölkəmiz iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq etmiş ölkələrin hər biri üçün məqbul olacaq təkliflər vermişdir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bununla belə, ölkəmizin alternativ enerji potensialı da yüksək dəyərləndirilir. COP29 kimi qlobal miqyaslı tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir daha təsdiqləyir ki, dünya birliyi ölkəmizə və onun Liderinə inanaraq böyük etmad göstərir.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov